11 Dekabr 2025 18:12
223
CƏMİYYƏT
A- A+
AKİA sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib  

AKİA sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib  


Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Quba və ətraf rayonlardan rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən subsidiyaların ödənişi, kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi, lizinq yolu ilə texnika alışı və digər məsələlərlə bağlı olub.

AKİA sədri Yalçın Camalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Yalçın Camalov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verdiyini vurğulayıb.

Vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbul zamanı fermerlərə aqrar sahədə yeni subsidiya mexanizmlərinin yaradılması, Aqrar Subsidiya Şurasının qəbul etdiyi yeni subsidiya əmsalları, kənd təsərrüfatı texnika və avadanlıqlarının satışına dövlət güzəştləri, aqrar təyinatlı kredit və mikrokreditlər barədə geniş məlumat verilib.

Qəbuldan sonra AKİA sədri rayonun Pirvahid kəndində fermer Bahadır Əhmədovun intensiv meyvə bağına baş çəkib, Küçeyi kəndində fermer Mirseyid İslamova məxsus heyvandarlıq təsərrüfatının fəaliyyəti ilə tanış olub, aqrar sahəyə dövlət dəstəyi mexanizmləri mövzusunda fikir mübadiləsi aparıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Psixologiya Elmi- Tədqiqat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib  

15:16
12 Dekabr

DTX-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

14:34
12 Dekabr

Baş nazir Əli Əsədov Türkmənistanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib  

14:20
12 Dekabr

Səhiyyə Nazirliyinin rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib  

14:00
12 Dekabr

Prokurorluq əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər  

13:59
12 Dekabr

Ağdərənin Həsənriz kəndinə növbəti köç yola salınıb  

13:58
12 Dekabr

On bir ayda müavinətlər üzrə 1 milyard 66 milyon, Prezident təqaüdləri üzrə 685 milyon manat ödənilib  

13:58
12 Dekabr

İqtisadi fəal əhalinin sayı açıqlanıb  

13:51
12 Dekabr

Azərbaycan əhalisinin gəlirləri açıqlanıb  

13:50
12 Dekabr

Əmanətlərin 68,8 faizi milli, 31,2 faizi xarici valyutada qoyulub  

13:48
12 Dekabr

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda leysan olacaq  

13:47
12 Dekabr

Baş nazir Əli Əsədov Aşqabadda Neytrallıq Abidəsini ziyarət edib  

13:34
12 Dekabr

Kiyev Donbasda cəbhə xətti boyunca bufer zonasının yaradılmasına razılıq verib  

13:33
12 Dekabr

Ağdərə sakini: Bu gün həm sevincli, həm də qürurluyam  

13:30
12 Dekabr

Böyük Qayıdış: Ağdərənin Vəngli kəndinə daha 16 ailə yola salınıb  

13:29
12 Dekabr

Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib

13:22
12 Dekabr

Xocalıda Ulu Öndərin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib  

13:18
12 Dekabr

Heydər Əliyev irsi Azərbaycan xalqının qiymətli sərvətidir  

13:16
12 Dekabr

“ChatGPT” qətl və sonrakı intiharda iştirak etməkdə ittiham olunur  

12:54
12 Dekabr

Ən çox istifadə olunan sığorta növləri hansıdır?

12:41
12 Dekabr

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib  

12:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!