Ağsuda Antik dövrə aid nekropolda aparılan tədqiqat yekunlaşıb
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərlik etdiyi Nərgizava arxeoloji ekspedisiyası Ağsu rayonunun Gəgəli kəndi ərazisində yerləşən Antik dövrə aid nekropolda tədqiqatı yekunlaşdırıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, nekropolun əsas hissəsi Gəgəli kəndinin yaşayış evlərinin yerləşdiyi məhəllələrdə üzə çıxdığı üçün ekspedisiya işinə İpək yolu küçəsi, ev 91 ünvanında yerləşən həyətyanı sahədə başlayıb. Qazıntı 64 kvadratmetr sahədə aparılıb, əvvəlcə 60 sm dərinliyə qədər qarışıq təbəqə təmizlənərək götürülüb. Qarışıq təbəqə uzun dövrlər ərzində şum işlərinin görülməsi, təsərrüfat quyularının qazılması nəticəsində yaranıb. Qarışıq təbəqədən Ellin dövrünə aid nərgizava tipli qabların müxtəlif hissələrinin parçaları, küpə, parç, dolçaların fraqmentləri seçilərək götürülüb.
Qazıntı sahəsinin 60 sm dərinlikdə birinci kvadratının şimal-şərq hissəsindən bir-birinə yaxın iki sadə torpaq qəbir üzə çıxıb. Birinci qəbirdə gənc qadına məxsus skelet qalıqları təmizlənib. Skelet sıx bükülü vəziyyətdə sağ böyrü üstə başı cənub-şərqə olmaqla dəfn olunub. Skeletin üzü qarşısından bir ədəd oturacağında “tələf deşiyi” (kill hole) olan saxsı qab, çanaq hissəsi istiqamətində isə yerə başıüstə basdırılmış daş heykəlin baş hissəsi aşkar olunub. Ümumilikdə 2023-cü ilin sentyabr ayında Nərgizava nekropolunda 15 sadə torpaq qəbir öyrənilib. Qəbirlərin yarısı azyaşlı uşaqlara məxsusdur. Onların bəzilərini iri küp parçaları ilə örtüblər, yanlarına istiqamət göstərən daşlar qoyublar. Uşaq skeletlərinin üzərindən tunc, dəmir, əqiq, pasta, şüşə bəzək əşyaları, üzüklər, qolbaqlar, sancaqlar, muncuqlar aşkar olunub. Böyüklərin skeletləri içərisində kişi skeletləri üstünlük təşkil edir. Onların baş və ya ayaq tərəfində dəmir nizə və bıçaqlar qoyulub. Maraqlıdır ki, bəzən kişi və qadınlar eyni qəbir quyusunda dəfn edilib. Ona görə də Nərgizava qəbir abidələri pilləli qəbirlər adlandırılır. Hazırkı qazıntıda 5 saylı kişi qəbirinin altında 7 saylı qadın qəbiri üzə çıxıb. Bu, onu göstərir ki, qadın kişidən daha əvvəl vəfat edib. Əksər qəbirlərdə nərgizava tipli dördqulplu qablara ya skeletin baş tərəfində, ya da ayaq tərəfində rast gəlinir. Qəbirlərdən analiz üçün kömür və sümük qalıqları götürülüb.
İlk dəfədir ki, Nərgizava abidəsində qəbir avadanlığı içərisində oturacağında “tələf deşiyi” olan saxsı qablara rast gəlinir. Bununla yanaşı, bu abidədə daş heykəlin başının qoparılaraq başıüstə qoyulması və saxsı qabların sınıqlarının qəbir avadanlığına daxil edilməsi dini ayinlərlə bağlı yeni tapıntıdır. İlkin araşdırmalar göstərir ki, belə rituallar Qafqazla yanaşı, Ellin dövründə Ptolomeylər Misirinə xasdır və daha əvvəlki dövrlərin dini ayinlərini əks etdirir.
Qazıntı dövründə orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları və Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin şagirdləri üçün təlim və ustad dərsi keçirilib.
Qafqaz Albaniyasının Ellin dövrünə aid yeni tapıntılar üzə çıxdığı üçün Nərgizava arxeoloji ekspedisiyası növbəti mövsümdə işlərini davam etdirməyi planlaşdırır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Thonqlun Sisulitə
02 Dekabr
DTX-nin Akademiyasının yaradılmasının 25 illiyi münasibətilə tədbir təşkil olunub
02 Dekabr
Çexiya parlamentinin Deputatlar Palatasının sədri Qarabağdakı antiterror tədbirləri barədə məlumatla...
02 Dekabr
İcma: Ermənistan hələ də utopiya ilə məşğuldur
02 Dekabr
Dünya birjalarında neft ucuzlaşıb
02 Dekabr
İsrail ordusu Qəzza zolağında 4 girovun öldüyünü təsdiqləyib
02 Dekabr
Qəzzada ölən media nümayəndələrinin sayı 61-ə yüksəlib
02 Dekabr
Qadın futbolçulardan ibarət Azərbaycan millisi B Liqasına yüksəlib
02 Dekabr
Azərbaycanın COP28-dəki pavilyonu fəaliyyətə başlayıb
02 Dekabr
Güləşçilərimiz əzmkarlıq göstərirlər
02 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!