17 Yanvar 2025 08:20
218
CƏMİYYƏT
A- A+
Ağstafada "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş intellektual yarış keçirilmişdir

Ağstafada "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş intellektual yarış keçirilmişdir


Ağstafada rayon icra hakimiyyətinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə təhsil sektorunun və "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə "Azərbaycanın suverenliyi və ərazi bütövlüyü" adlı  intellektual yarış  keçirilmişdir.

Təhsil ocaqlarında hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərin, eyni zamanda qoruq ərazisində yerləşən abidələrin təbliği tədbirlərinə dəstək olmaq məqsədi ilə keçirilən yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir. 31 komandanın iştirak etdiyi 3 mərhələli yarışda komandalara Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, Azərbaycan Respublikasının Konstitusiyası, bölgələrimizin tarixi irsinə aid suallar təqdim olunmuşdur.

Gərgin və maraqlı bilik mübarizəsi şəraitində keçən yarışda Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin "Zəfər" komandası 1-ci, Dağkəsəmən kənd 1 nömrəli tam orta məktəbin "Avey" komandası 2-ci, Muğanlı kənd tam orta məktəbin "Tağlar" komandası 3-cü yerə layiq görülmüşdür. Qalib komandalar Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən sertifikat və hədiyyələrlə təltif olunmuşlar.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Türkiyə XİN rəsmiləri siyasi məsləhətləşmələr aparıblar  

22:26
10 Fevral

Misli Premyer Liqası: “Neftçi” səfərdə “Zirə”yə qalib gəlib

22:25
10 Fevral

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib

22:23
10 Fevral

Nazir Ceyhun Bayramov Belarusun ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

22:20
10 Fevral

Bakıda İranın milli bayramı qeyd olunub  

22:19
10 Fevral

Türkiyədə 2024-cü ildə 842 terrorçu zərərsizləşdirilib

19:49
10 Fevral

Keniyanın gənclər çempionu Azərbaycanın bu ölkədəki səfirliyində olub  

19:48
10 Fevral

Səudiyyə Ərəbistanı uşaqları Həcc ziyarətinə gətirməyi qadağan etdi

19:21
10 Fevral

Kənd təsərrüfatı naziri bölgələrdə fəaliyyət göstərən şərab istehsalı və quşçuluq müəssisələri ilə tanış olub  

19:20
10 Fevral

Polşalı musiqiçilər “Qış nağılı” festivalında

19:18
10 Fevral

Dövlət katibi: Sloveniya Azərbaycanla ikitərəfli əlaqələri dərinləşdirməkdə maraqlıdır  

18:32
10 Fevral

Premyer Liqa: "Araz-Naxçıvan" - "Kəpəz" oyunu qolsuz başa çatıb

18:20
10 Fevral

Xıdır Nəbi bayramının özünəməxsus şəkildə qeyd olunduğu kənddən 

18:19
10 Fevral

Bakıda sahibsiz heyvanlar probleminə həsr olunmuş tədbir keçirilib  

18:17
10 Fevral

ETX: “Google Chrome” brauzerində kritik boşluq aşkarlanıb  

18:14
10 Fevral

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib  

18:13
10 Fevral

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin binası mükafata layiq görülüb  

18:12
10 Fevral

Vəkillər Kollegiyasının rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşüb  

18:11
10 Fevral

Kənd Təsərrüfatı Nazirliyi: Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir  

18:10
10 Fevral

Qazaxıstan ordusunun arxa cəbhə təminatının modernləşdirilməsi məsələsi müzakirə olunub  

18:08
10 Fevral

“DeepSeek”in istifadəçi sayı rekord həddə çatıb

17:59
10 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!