Ağstafada aqrar innovasiya festivalı keçirilib
Əvvəlcə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin təşəbbüsü ilə "İxraca hazırlıq diaqnostikası, brendləşmə və məhsul strategiyasının hazırlanması" təlimi və "Peyk sistemi əsasında nəqliyyatın monitorinqi" mövzularında məlumat sessiyaları keçirilmişdir.
Ölkəmizdə fəaliyyət göstərən iri şirkətlərin mütəxəssisləri öz uğurlu təcrübələrini, eləcə də təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalarla bağlı məlumatları panel müzakirəsində bölüşmüşlər.
Aqrar innovasiyaların təbliği və təşviqi, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində keçirilən festivalda yerli şirkətlər innovativ suvarma texnikalarını, müxtəlif təyinatlı çoxfunksiyalı dronları, zərərvericilərə qarşı yeni mübarizə vasitələrini, kənd təsərrüfatı üçün alternativ enerji mənbələrini, həmçinin innovativ məhsul və texnologiyalarını nümayiş etdirmişlər.
Festivalda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov çıxış edərək diqqətə çatdırmışdır ki, bu festival sayca 9-cudur. Festivalların keçirilməsində əsas məqsəd ölkədə kənd təsərrüfatı sahəsində innovasiyaların təşviqini və tətbiqini artırmaqdır.
Məlumat üçün bildirək ki, festivala Ağstafa ilə yanaşı, ətraf rayonlardan 630 nəfər fermer dəvət olunmuşdu.
Sabir ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
KÖHNƏ BAYATILAR KÖMƏYƏ GƏLMİR
11 Avqust
Sarsılmaz qardaşlıq nümunəsi
11 Avqust
Müsəlman dövlətlərinin birliyi güclənir
11 Avqust
Təhlükəli viruslardan qorunmaq üçün qaydalara riayət olunmalıdır
11 Avqust
Bakıda "sauna", Budapeştdə "soyuq duş"
11 Avqust
Pambığı “ağ qızıl” edənlər
11 Avqust
Ağcabədililərdən nümunə olacaq xeyirxah təşəbbüs
11 Avqust
Ağdam rayonunda 420 hektar sahədə təkrar əkin aparılıb
11 Avqust
Sabirabadda yeni nasos stansiyası istifadəyə verilib
11 Avqust
"Yaylaq fındığı" yığılır
11 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!