Afroditanın məbədi tapılıb
Misir sahillərində Afroditanın batmış məbədi aşkar edilib. Ölkənin Turizm və Qədim Əsərlər Nazirliyinin verdiyi xəbərə görə, Misir və Fransadan olan arxeoloqlar qrupu İsgəndəriyyə yaxınlığında suyun altında qalan qədim yunan gözəllik ilahəsinə həsr edilmiş məbəd tapıblar.
E.ə. V əsrə aid olan məbəd Əbu Kir körfəzində batmış qədim Heraklion şəhərində sualtı qazıntılar zamanı aşkar edilib. Məbədin içərisində Yunanıstandan gətirilmiş tunc və keramika əşyalar tapılıb. Onun xarabalıqları 45 metrə qədər müxtəlif dərinliklərdə yerləşir.
Qeyd etmək lazımdır ki, e.ə. VII əsrdə inşa edilən Heraklion e.ə. 331-ci ildə İsgəndəriyyə tikilənə qədər Qədim Misirin ən böyük ticarət mərkəzi və limanı olub. Şəhər təxminən 1200 il əvvəl su altında qalıb. Heraklion 2006-cı il, yəni arxeoloqlar tərəfindən kəşf edildiyi gündən sualtı muzey hesab edilir.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Filippində universitetdə baş verən partlayış nəticəsində ölənlərin sayı 11-ə çatıb
04 Dekabr
Pentaqon: Qırmızı dənizdə ABŞ hərbi gəmisi və bir çox ticarət gəmisi hücuma məruz qalıb...
04 Dekabr
BMT Qəzza zolağında yayılan xəstəliklərlə bağlı xəbərdarlıq edib
04 Dekabr
COP28 çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialı ilə bağlı təqdimat olub...
03 Dekabr
Azərbaycanın energetika naziri COP28 çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək...
03 Dekabr
Xəzərsahili dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək
03 Dekabr
Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq
03 Dekabr
Sabah paytaxtda şimal-qərb küləyi əsəcək
03 Dekabr
İcma: BMT-nin xüsusi məruzəçisinin iddialarını kəskin şəkildə pisləyirik
03 Dekabr
Qərbi Azərbaycan İcması Fransız-alman Arte kanalında yayımlanan reportajla bağlı bəyanat yayıb...
03 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!