18 Sentyabr 2023 16:06
260
DÜNYA
A- A+

Afrika İttifaqı Liviyaya daha çox yardım etməyə çağırır


Afrika İttifaqı üzv dövlətləri və beynəlxalq ictimaiyyəti Liviyada daşqın qurbanlarına humanitar yardım göstərmək səylərini təcili sürətləndirməyə çağırır. Bunu Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Məhəmməd deyib.
O xatırladıb ki, 11 mindən çox insan təbii fəlakətin qurbanı olub, 40 mindən çox sakin isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Onun sözlərinə görə, təbii fəlakət zonasında dağılmış infrastrukturun bərpası üzrə səylər çərçivəsində Afrika İttifaqı Liviyaya kənd təsərrüfatı, humanitar yardım, iqtisadiyyat və səhiyyə sahələrində mütəxəssislər göndərəcək.
Sentyabrın 10-da Liviyanın şimal-şərqi güclü "Daniel" siklonunun hücumuna məruz qalıb. Qasırğa Aralıq dənizi sahillərində yerləşən şəhərlərə fırtınalı küləklər və tufanlarla müşayiət olunan leysanlar gətirdi.
“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video