Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır
Biz Forum çərçivəsində keçirilən tədbirlərdə daha inklüziv dünya və sülh yaratmaq üçün önəmli mövzuları müzakirə etdik. Bunlardan mədəniyyət və irs, təhsil və texnologiya, din, miqrasiya, gənclərin cəlb olunması və turizmin mədəniyyətlərarası dialoqa təsirini misal göstərə bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimində çıxışı zamanı deyib.
Forumda Bakıda keçiriləcək COP29 ilə bağlı önəmli fikirlər səsləndirildiyini bildirən nazir qeyd edib: “Bu gün Bakı Forumu yekunlaşır. Forumun açılış mərasimində Prezident İlham Əliyevin dərin məzmunlu çıxışına və mədəniyyətlərarası dialoqa göstərdiyi xüsusi dəstəyinə görə minnətdarıq.
Bizim əsas məqsədimiz mədəniyyətin bəşəriyyətin qarşıdan gələn iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır. Daha güclü və dayanıqlı gələcək üçün dəyişikliklər etməliyik”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Akademik Urxan Ələkbərov: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin siyasi və iqtisadi nüfuzunun g...
17 May
Azərbaycan və Ermənistanın parlament sədrləri dialoqun davam etdirilməsi barədə razılığa gəliblər ...
17 May
Nazir: Azərbaycanda dekorbonizasiya haqqında qanun layihəsi hazırlanır
17 May
Türkiyə parlamentinin deputatı: Türk dövlətləri Qərb ölkələrinin riyakarlığını yadda saxlamalıdır ...
17 May
Azərbaycanda dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli rayonuna gəlib ...
17 May
COP29 çərçivəsində Parlament görüşünün təşkilinə dair Anlaşma Memorandumu imzalanıb ...
17 May
Bu il “Kapital Bank” manatla istiqraz buraxacaq
17 May
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri FOTO
17 May
BMT maliyyə çətinlikləri fonunda qərargahda məhdudiyyətlər qoyur
17 May
İsrail ilə bağlı qanun layihəsi təsdiqləndi
17 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!