16 Mart 2023 09:30
392
DÜNYA
A- A+

ABŞ Zelenskinin Baxmutla bağlı qərarını dəstəkləyir  

 

ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskinin Baxmut şəhərini müdafiə etmək qərarını dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun - “Ramştayn” formatının 10-cu görüşündən sonra keçirdiyi brifinqdə ABŞ-nin müdafiə naziri Lloyd Ostin deyib.

“Ukraynalılar Baxmut ərazisində qeyri-adi iş görüblər. Ruslar 7 aydır ki, bu şəhəri ələ keçirmək istəyirlər, lakin Ukrayna Silahlı Qüvvələrinin səyləri nəticəsində, onlar buna nail olmayıblar”, - deyə Ostin əlavə edib.

Pentaqon rəhbərinin sözlərinə görə, Zelenski silahlı qüvvələri müvəqqəti geri çəksə belə, bu, müharibəni uduzmaq demək olmayacaq.

“Bu şəhər əhəmiyyətlidir. Prezident Zelenski döyüşür, o, şəhərin müdafiəsi üçün nəyin vacib və nəyin əhəmiyyətsiz olduğuna dair qərarların qəbulunda xüsusi olaraq iştirak edir”, - deyə Ostin vurğulayıb.

“Biz Zelenskinin istənilən qərarını dəstəkləyəcəyik. İndi ümid edirik ki, ukraynalılara döyüş meydanındakı dinamikanı dəyişmək imkanı yaradacağıq”, - deyə ABŞ müdafiə naziri əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video