17 May 2022 12:45
503
SİYASƏT
A- A+

ABŞ mətbuatında Azərbaycanın Türkiyə-İsrail münasibətlərindəki rolundan bəhs edilib  

 

ABŞ-ın Xarici Siyasət Assosiasiyasının informasiya portalında Türkiyə-İsrail münasibətlərinin normallaşması prosesində Azərbaycanın rolundan bəhs edən "Azərbaycan Türkiyə-İsrail barışığına necə kömək etdi?" sərlövhəli məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, siyasi şərhçi Reyçel Avrahamın qələmə aldığı məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailin Müstəqillik Günü ərəfəsində bu ölkənin prezidenti İsxak Hersoqa təbrik məktubu göndərməsinə diqqət çəkilib, bunun iki dövlət başçısı arasında son həftələrdə gerçəkləşmiş üçüncü təmas olduğu vurğulanıb. Həmçinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun cari ilin mayın 24-də İsrailə səfərinin gözlənildiyi barədə məlumat verilib.

İsrail cəmiyyətinin tanınmış simalarının fikirlərinin yer aldığı məqalədə bu prosesdə Azərbaycanın açar rolu oynadığına ifadə olunan inam fonunda ölkəmizin İsrail ilə Türkiyə arasında münasibətləri yaxşılaşdırmaq üçün səylərini əsirgəmədiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, xalqları etnik köklər baxımdan qardaş olan Azərbaycan və Türkiyənin dövlət başçıları arasındakı münasibətlər də qardaş və dost münasibətləridir, antisemitizm Azərbaycan və Türkiyə xalqlarının mədəniyyətinə yaddır. Azərbaycan və Türkiyə diasporları bütün dünyada qarşılıqlı təsir zəminində fəaliyyət göstərir və qeyd olunan bu amillər Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasında Azərbaycanın həlledici rol oynamasına imkan verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video