12 Avqust 2025 12:21
462
İQTİSADİYYAT
A- A+
ABŞ-la imzalanan strateji tərəfdaşlıq sənədi ilə Azərbaycan ixrac və elektron ticarətdə yeni imkanlar əldə edir  

ABŞ-la imzalanan strateji tərəfdaşlıq sənədi ilə Azərbaycan ixrac və elektron ticarətdə yeni imkanlar əldə edir  


Azərbaycan və Ermənistan arasında ABŞ dövlət başçısının iştirakı ilə sülh müqaviləsinin paraflanması regionun siyasi mənzərəsini dəyişməklə yanaşı, həm də ixracatçılarımız üçün yeni imkanlar yaradır.

AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov yeni ixrac imkanları barədə əsas məqamları şərh edib. O deyib: “Artıq bir neçə ildir çalışırıq ki, “Azexport” portalının imkanlarından faydalanmaqla Azərbaycan məhsullarının ən qısa zamanda və ən aşağı logistik xərclə dünya bazarlarına çıxış imkanlarını tapmağa çalışırıq. Yeni geosiyasi reallıq isə məhz buna xidmət edəcək. Belə ki, Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə birbaşa quru yolu vasitəsilə birləşməsi Azərbaycan istehsalçıları üçün Türkiyə limanlarına çıxışı sürətləndirəcək. Bu isə Avropa və Amerika bazarlarına daşınma müddətini əhəmiyyətli dərəcədə azaldacaq”.

“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, “Amazon”, “Etsy” və digər qlobal platformalarda elektron ticarətlə məşğul olan şirkətlər üçün logistik imkanların genişlənməsi təkcə qiymət üstünlüyü deyil, həm də zaman üstünlüyü yaradır. Bilirik ki, Azərbaycanın ərzaq məhsulları dünya bazarında təbii, keyfiyyətli və dadlı olması ilə seçilir. Həmçinin bu kateqoriyadan olan məhsullar əsasən məhdud istifadə müddəti ilə seçildiyindən onların ixracında zəruri tələblər daha sərt şəkildə nəzarətdə saxlanılır. Belə olan halda, logistik imkanların daha əlçatan olması malların ixrac bazarında rəqabət imkanlarını genişləndirir, ixracı stimullaşdırır. Məhdud istifadə müddəti olan məhsullar, məsələn, qida, çiçək və dərmanlar artıq daha qısa müddətdə və keyfiyyət itkisi olmadan ABŞ və Avropa bazarlarına çatdırıla biləcək.

Portal rəhbəri əlavə edir ki, yeni imkanlar Azərbaycan məhsullarını Amerika və Avropa bazarlarında daha möhkəm mövqe tutmağa dəstək olacaq. Belə ki, ABŞ-a ixracımızda artıq mühüm paya sahib olan ərzaq məhsulları (cem, mürəbbə, meyvə jelesi, meyvə püreləri), aqrar kimyəvi məhsullar (azot gübrələri), sənaye xammalı (ferrosilisium ərintiləri, ilkin polimerlər), eləcə də alüminium vərəqlər və konstruksiya qurğuları bu yeni dəhliz sayəsində daha ucuz, daha sürətli və daha rəqabətədavamlı şəkildə bazara çıxacaq.

Bununla yanaşı, “OTS Made” brendinin inkişafı və Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə istehsal-ixrac təşəbbüslərinin genişlənməsi də yeni mərhələyə qədəm qoyur. Türk dövlətlərində istehsal olunan məhsullar artıq bu imkanlardan istifadə etməklə dünya bazarlarına daha sürətli və ucuz çıxış əldə edəcək. Bu, həm regional ticarət əlaqələrini möhkəmləndirəcək, həm də ixracatçıları rəqabət üstünlüyü ilə təmin edəcək.

Ən önəmlisi isə odur ki, formalaşan bu yeni logistika reallığı Azərbaycanı qlobal e-ticarət platformaları üçün strateji əhəmiyyətli mərkəzə çevirir. ABŞ və Avropa bazarlarına daşınma vaxtının azalması, Türkiyə limanlarına sürətli çıxış və həm Şərq, həm Qərb bazarlarına eyni dərəcədə yaxın mövqeyimiz “Amazon”, “eBay”, “Alibaba” kimi nəhəng platformalar üçün ölkəmizi potensial regional logistika mərkəzinə çevirə bilər. Bu şirkətlər üçün Azərbaycanda anbar və paylama mərkəzləri qurmaq həm xərcləri azaldar, həm də Yaxın Şərq, Mərkəzi Asiya və Avropa bazarlarına eyni nöqtədən xidmət göstərmək imkanı yaradar. Belə bir mərkəz həm Azərbaycan istehsalçılarının məhsullarını daha asan ixrac etməsinə, həm də ölkəyə xarici investisiyaların artmasına xidmət edəcək.

Ayxan Qədəşov vurğulayıb ki, ABŞ-la imzalanan strateji tərəfdaşlıq sənədində rəqəmsallaşma və süni intellektin inkişafı da prioritet istiqamət kimi müəyyən olunub. Bu da öz növbəsində elektron ticarətdə innovativ həllərin tətbiqini sürətləndirəcək, Azərbaycan şirkətlərinin qlobal bazarlarda mövqeyini gücləndirəcək. İnvestisiyaların, yeni texnologiyaların və kənd təsərrüfatında müasir aqrotexnologiyaların ölkəmizə gətirilməsi həm istehsal həcmini, həm də ixrac keyfiyyətini artıracaq. Formalaşan yeni reallıq təkcə sülhün deyil, eyni zamanda, davamlı iqtisadi inkişafın, rəqabətədavamlı ixracın və qlobal elektron ticarət imkanlarının zəmanətçisi ola bilər: “Azexport” olaraq biz bu imkanların maksimum dərəcədə reallaşması üçün bütün ixracatçılarımızla birlikdə daha aktiv, daha hədəfli fəaliyyət göstərəcəyik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!