21 Sentyabr 2023 12:38
424
DÜNYA
A- A+

ABŞ Konqresində Ukraynaya yardımla bağlı fikir ayrılığı dərinləşir  

 

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri Konqresində Kiyevə yarımın genişləndirilməsi, o cümlədən Ağ evin 24 milyard dollar əlavə yardım ayrılması ilə bağlı müraciəti ətrafında güclənən fikir ayrılığı fonunda keçir.

AZƏRTAC xəbər verir ki, Nümayəndələr palatasının spikeri Kevin Makkarti ABC telekanalına müsahibəsində Ukrayna Prezidentinə suallarının olduğunu deyib. “Mənim Volodimir Zelenskiyə suallarım var... Bizim indiyə qədər xərclədiyimiz pulların hesabatı haradadır? Düşünürəm ki, amerikalılar bunu bilmək istəyir”, - deyə Kevin Makkarti bildirib.

Kiyevə ayrılan vəsait üzərində nəzarətin gücləndirilməsini digər respublikaçılar da tələb edir. Bir müddət öncə Pentaqonda ABŞ tərəfindən Ukrayna hökumətinə təqdim olunan hərbi yardımın istifadəsinə nəzarət edəcək xüsusi qrupun formalaşdırıldığı barədə məlumat yayılıb.

Qeyd edək ki, Birləşmiş Ştatlarda 2024-cü il üçün hökumətin maliyyələşməsi üzrə tədbirlərin Konqres tərəfindən təsdiq ediləcəyi sonuncu müddət – sentyabrın 30-u yaxınlaşdıqca partiyadaxili mübarizə kəskinləşir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video