Vaşinqton İranın Kəşfiyyat azirliyinə və keçmiş prezident Mahmud Əhmədinejada ABŞ vətəndaşlarının qanunsuz həbslərində iştirak etdiklərinə görə sanksiyalar tətbiq edib. Bunu prezident Co Bayden bildirib.
INTERFAX agentliyinin xəbərinə görə, Bayden deyib: “Bu gün biz İranın keçmiş prezidenti Mahmud Əhmədinejada və İran Kəşfiyyat nazirliyinə qanunsuz həbslərdə iştirak etdiklərinə görə sanksiyalar tətbiq edirik.
Sənəddə qeyd edilir ki, Birləşmiş Ştatlar “regionda təxribat xarakterli hərəkətlərə” görə İrana qarşı tədbirlər görməyə davam edəcək.
ABŞ administrasiyası bu aktivlərin köçürülməsinə görə xarici banklara sanksiya tətbiq etməməyə razılaşıb.
Ağ Ev qeyd edir ki, o, bu sanksiyaları bazar ertəsi Dohada ABŞ və İran arasında məhbus mübadiləsi fonunda elan edib.
Bundan əlavə, Bayden bildirib ki, o, “bütün amerikalılara İrana səfərin yaratdığı ciddi riskləri xatırladır”.
Prezident qeyd edib ki, "ABŞ pasportu olanlar oraya getməməlidirlər".
Əl-Cəzirə telekanalı xəbər verir ki, İran və ABŞ arasında əsirlərin mübadiləsinə dair əvvəlki razılaşma çərçivəsində beş Amerika vətəndaşının olduğu təyyarə Tehrandan Qətərə uçub.
Əksəriyyəti Amerika sanksiyalarını pozduqları üçün ABŞ-da həbs edilən iranlı məhbuslar da vətənə getməzdən əvvəl Qətərə üz tutublar. Bazar ertəsi səhər saatlarında beş iranlı məhbusdan ikisi artıq Doha hava limanına gətirilib. Lakin 3 nəfər mübadilədən sonra İrana qayıtmamaq qərarına gəlib.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyi mübadilə üçün fundamental tələbin yerinə yetirildiyini açıqlamışdı - İranın əvvəllər Cənubi Koreyada dondurulmuş aktivlərinin 6 milyard dolları Tehran və Vaşinqton arasında danışıqlarda vasitəçi kimi çıxış edən Qətərə göndərilib.
ABŞ administrasiyası bu aktivlərin köçürülməsinə görə xarici banklara sanksiya tətbiq etməməyə razılaşıb.
"Azərbaycan"