12 Yanvar 2022 12:39
581
DÜNYA
A- A+

ABŞ əfqan xalqına 308 milyon dollar həcmində maliyyə yardımı ayrılmasını elan edib

 

Çərşənbə günü Birləşmiş Ştatlar Əfqanıstana 308 milyon dollar həcmində yeni humanitar yardım ayrılmasını elan edib.

AZƏRTAC xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Emili Hornun sözlərinə görə, yardım bilavasitə Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyindən (USAID) “müstəqil humanitar təşkilatlara” daxil olacaq.

USAID təmsilçiləri bəyan ediblər ki, maliyyə vəsaiti ərzaq təminatına, tibb müəssisələrinin dəstəklənməsinə və mobil tibbi xidmətlər göstərilməsinə, humanitar əməkdaşların gediş-gəliş çətin olan rayonlara səfərlərinə, həmin bölgələrə təchizat vasitələrinin çatdırılmasına, həmçinin insanları qışı salamat keçirmələrinə kömək proqramlarına yönləndiriləcək.

USAID-in məlumatında deyilir: “Birləşmiş Ştatlar əvvəlki kimi Əfqanıstan xalqına yardımın göstərilməsinə tərəfdardır. Lakin bu yardımın bütün humanitar əməkdaşlara, xüsusən qadınlara maksimum faydalı olmasından ötrü sərbəst və təhlükəsiz hərəkət etməyə icazə verilməlidir. Bu əməkdaşlar maneəsiz olaraq qadınlara və qızlara yaxınlaşmaq imkanı əldə etməlidirlər. Birləşmiş Ştatlar “Taliban”ı maneəsiz humanitar əlçatanlıq təqdim etməyə, humanitar təşkilatlar üçün təhlükəsiz şərait yaratmağa, bütün imkansız insanlara sərbəst şəkildə kömək göstərilməsini təmin etməyə və hər iki cinsdən olan humanitar işçilərə sərbəst hərəkət üçün imkan yaratmağa səsləməkdə davam edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video