05 Avqust 2023 00:48
13117
Qanunlar
A- A+
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12 (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12 (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874,    № 6, maddə 1190, № 11, maddə 2207, № 12 (I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790, № 11, maddə 1693, № 12, maddə 1909; 2020, № 5, maddə 506, № 11, maddələr 1324, 1325, № 12 (I kitab), maddələr 1428, 1430; 2021, № 1, maddə 9, № 12, maddələr 1322, 1324, 1325; 2022, № 6, maddə 590, № 7, maddə 711, № 11, maddə 1238, № 12, maddə 1397; 2023, № 1, maddələr 29, 42, № 4, maddə 468; Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 875-VIQD nömrəli Qanunu) 2-ci maddəsinə "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)" yubiley medalı;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın   30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı;". 
Maddə 2. "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
Maddə 3. "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsviri" təsdiq edilsin (əlavə olunur).

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 14 iyul 2023-cü il

 

Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 984-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir

 

"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993 2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ

 

Maddə 1. Təltif edilən şəxslər
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanda xidməti vəzifələrini həyata keçirərkən fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə həmin orqanın fəaliyyətinin təmin olunmasında fəal iştirak edən və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)"Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir.

Maddə 3. Taxılma qaydası
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)"Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.


Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 984-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir

 

"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən  orqanın 30 illiyi (1993 2023)" Azərbaycan Respublikasının  yubiley medalının təsviri

 

Maddə 1. Medalın ümumi təsviri
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan, hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduz kompozisiyalı lövhədən ibarətdir.
 
Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfində relyefli xətlərin əhatəsində qızılı rəngli dairə yerləşdirilmişdir. Dairənin mərkəzində ətrafı qızılı rənglə konturlanan və daxili Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərində 3 üfüqi zolağa bölünən səkkizguşəli ulduz əks olunmuşdur. Mavi rəngli zolağın  üzərində "1993", yaşıl rəngli zolağın üzərində "2023" rəqəmləri yazılmışdır, yuxarı və aşağı hissələrdə qızılı rənglə konturlanmış qırmızı rəngli zolağın üzərində ağ rəngdə ay və səkkizgüşəli ulduz həkk olunmuşdur. Dairənin yuxarı hissəsində qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN" sözləri, aşağı hissəsində   qövs boyunca "TƏHLÜKƏSİZLİYİNİ TƏMİN EDƏN ORQAN" sözləri yazılmışdır. Yuxarı və aşağı hissələrdəki yazıların arasında hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz təsvir olunmuşdur.
2.2. Bütün yazılar və təsvirlər qabarıqdır. Yazılar tünd-qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfinin səthi hamardır, yuxarı hissəsindən başlayaraq açıq-qızılı rəngdə "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)" sözləri yazılmışdır.
3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri
4.1. Medal paltara bərkidilmək üçün elementi olan, aşağı və yuxarı hissələrinə 5,5 mm x 40 mm ölçülü düzbucaqlı qızılı lövhə bərkidilmiş 37 mm x 50 mm ölçülü düzbucaqlı yaşıl xara lentə ilgək və iki halqa vasitəsilə birləşdirilir. 
4.2. Xara lentin sol və sağ kənarlarında 1 mm enində ağ rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir. 

 

"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı

 

 


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!