56 ölkə, 4200 atlet
Bu gün Türkiyədə V İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək
Bu gün Türkiyədə V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək. Birliyin və idmanın təntənəsi olan yarışların açılışı Konyadakı 42 min tamaşaçı tutumuna malik Böyükşəhər Bələdiyyəsi Stadionunda keçiriləcək və 3 saat davam edəcək.
Yarışda 56 ölkədən 4200 idmançı medallar uğrunda mübarizə aparacaq. İdmançılar atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayacaqlar.
Olimpiyaçılar 483 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışda ilk səkkiz yeri tutan atletlərə xüsusi sertifikat təqdim olunacaq.
Xatırladaq ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Lakin koronavirus pandemiyası ilə əlaqədar oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu.
IV İslam Həmrəyliyi Oyunlarına yüksəksəviyyəli evsahibliyi edən ölkə
Avqustun 18-dək keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək nümayəndə heyəti artıq Türkiyənin Konya şəhərindədir.
Azərbaycan ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanının Məkkə, Mədinə və Ciddə şəhərində İslam Həmrəyliyi Oyunlarına qatılıb. I İslam Həmrəyliyi Oyunlarında idmançılarımız 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazanıblar. II İslam Həmrəyliyi Oyunları 2009-cu ildə İranda keçirilməli idi. Amma Tehranla ərəb ölkələri arasında yaranmış mübahisə ucbatından İslamiada baş tutmayıb.
2013-cü ildə isə İndoneziyanın Palembanq şəhərində III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 53 idmançı ilə 8 idman növündə təmsil olunub. Azərbaycan idmançıları vətənə 24 medalla (7 qızıl, 8 gümüş və 9 bürünc) qayıdıblar. Qızıl medalları karateçilər Rəfael Ağayev, Ayxan Mamayev, yüngül atletlər Hayle İbrahimov, Yekaterina Sarıyeva, üzgüçü Boris Kirilov, həmçinin Rəfael Ağayev, Ayxan Mamayev, Niyazi Əliyev və Şahin Atamovdan ibarət Azərbaycan karate yığması qazanıblar. Azərbaycan medal sıralanmasında 41 ölkə arasında 8-ci yeri tutub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan siyasət ölkəmizin hər bir regionunda müasir idman komplekslərinin, stadionların tikilərək uşaqların, yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi böyük idmançı ordusunun formalaşmasını və idmanın inkişafını təmin edib. Eyni zamanda bir-birini əvəzləyən idman yarışları Bakının ən mötəbər turnirlərə, dünya və Avropa çempionatlarına evsahibliyi etmək imkanlarını təsdiqləyib.
İslam Həmrəyliyi İdman Federasiyası məhz bu amilləri nəzərə alaraq, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinə qərar verib və həmin İslamiada Azərbaycanın və İslam ölkələrinin idman tarixində mühüm və əlamətdar hadisəyə çevrilib.
2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 162 medal (75 qızıl, 50 gümüş və 37 bürünc) qazanaraq yarışların qalibi olub. Ölkəmizin hesabına qızıl medalları Kamran Məmmədov, Elvin Mürsəliyev, İslam Abbasov, Orxan Nuriyev, Mahir Əmiraslanov, Hacı Əliyev, Nurməhəmməd Hacıyev, Camaləddin Məhəmmədov, Mariya Stadnik, Leyla Qurbanova, Elisa Manolova və Tatyana Omelçenko (güləş), Orxan Səfərov, Nicat Şıxəlizadə, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elxan Məmmədov və Erdenebat Bazarraqça, habelə Azərbaycan yığması (cüdo), Nurlan İbrahimov, Elmir Cəbrayılov, Elçin Muradov, Oloxan Musayev, Samir Nəbiyev (2) və Yelena Çebanu (2) (paraatletika), Ayxan Tağızadə, Milad Beigi, Ramin Əzizov, Radik İsayev, Patimat Abakarova və Yaprağ Əriş (taekvondo), Rəfael Ağayev, Ayxan Mamayev, Roman Heydərov, Fəridə Abıyeva və İrina Zaretska (karate), Elçin Talıbov, Ramil Qasımov, Afaq Sultanova və Ramilə Kaşdayeva (paracüdo), Cavid Çələbiyev, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov ( boks), Murad Ağarzayev, Bense Talas (2) və Yuliya İnşina (hamısı idman gimnastikası idman növü üzrə), Ruslan Lunyov (4), Nigar Nəsirova/Ruslan Lunyov cütlüyü və Əli Hüseynli/Aydan Camalova cütlüyü (atıcılıq), Marina Durunda (2) və Jalə Piriyeva, habelə Azərbaycan yığması (bədii gimnastika), Nazim Babayev və Anna Skidan (yüngül atletika), ağır atlet Anastasiya İbrahimli, suya tullanan Olqa Bıkovskaya (2), üzgüçü Maksim Şemberev (4) və zorxana ustası Rüfət Gülalıyev, Azərbaycanın basketbol 3x3 (kişi və qadın), futbol (kişi), həndbol (qadın) və voleybol (qadın) üzrə yığma komandaları yazdırıblar.
Azərbaycan İslamiadaya 281 idmançı ilə yollanıb
Azərbaycan Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün 281 idmançı ilə yollanıb. İdman nümayəndə heyətimizin bayraqdarları da artıq məlumdur. Bu gün keçiriləcək açılış mərasimində ölkəmizin adı yazılan lövhəni Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, üçqat dünya çempionu, üçqat Avropa çempionu, Avropa oyunlarının qızıl və bürünc mükafatçısı güləşçi Hacı Əliyev daşıyacaq.
Üçrəngli bayrağımızı isə Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Universiadanın ikiqat qalibi atlet Nazim Babayev və qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı, "Çağırış" kubokunun qalibi, "Qızıl Avropa" liqasının və IV İslam Həmrəyliyi Oyunlarının çempionu Ayşən Abduləzimova aparacaqlar.
Qeyd edək ki, yarışlar açılış mərasimindən əvvəl başlayıb. Avqustun 7-də Azərbaycan velosipedçiləri növbəti yarışlarda iştirak ediblər.
Elit/U23 yığma komandamızın üzvləri Konya velodromunda trek velosipedinin xallar üzrə qrup ötüşməsi növündə mübarizə aparıblar. Qadınlar arasında yarışda Viktoriya Sidorenko və Ayan Xankişiyeva, kişilər arasında isə Musa Mikayılzadə və Nəcəf Bağırov güclərini sınayıblar. Perspektivli velosipedçimiz Ayan Xankişiyeva əzmkar mübarizə apararaq 13 xalla 4-cü yerə layiq görülüb, M.Mikayılzadə isə 8 xalla 7-ci yerə çıxıb. Digər idmançılarımız V.Sidorenko və N.Bağırov ümidləri doğrultmayıb və mübarizəni dayandırıblar.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında baş məşqçilər Asif Həsənovun (şose üzrə) və Elçin Qərəmanovun (trek üzrə) rəhbərliyi ilə kişi velosipedçilərdən Elçin Əsədov, Nəcəf Bağırov, Əmral Abduləzizli, Əli Qurbanov, Musa Mikayılzadə, Şahin Eyvazov, Elgün Əlizadə, qadın velosipedçilərdən isə Viktoriya Sidorenko, Ayan Xankişiyeva və Lalə Əbdürəhmanova iştirak edirlər. İdmançılarımız həm trek, həm də şose növlərində yarışırlar.
Srağagün qadın həndbolçulardan ibarət Azərbaycan millisi ilk oyunda Kamerun yığması ilə qarşılaşmalı idi. Lakin kamerunlular meydana çıxmadığından millimizin aktivinə qələbə yazılıb - 10:0. Bu gün Əfqanıstan seçməsi ilə qarşılaşacaq komandamız avqustun 11-də qrup mərhələsinin son turunda İran millisi ilə görüşəcək.
Həndbol yarışlarında yarımfinal görüşləri avqustun 13-də, mükafatlar uğrunda oyunlar avqustun 14-də olacaq.
Stolüstü tennis üzrə şəxsi yarışlara da start verilib. İslamiadada Azərbaycanı milli komandamızın üzvləri Ləman Əbdülhəmidova, Adil Əhmədzadə, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Emin Məmmədov, Zemfira Mikayılova, Mərziyyə Nurmətova və Nəzakət Qarayeva təmsil edirlər.
Kişilərin şəxsi yarışında Azərbaycan idmançısı Emin Məmmədov Qazaxıstan təmsilçisi Akimali Bakdauletə 3:0 hesabı ilə qalib gələrək 1/16 finala yüksəlib.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları avqustun 11-dək davam edəcək.
Dünən axşam atletlər, üzgüşülər, futbolçular və qadın voleybolçular mübarizəyə başlayıblar.
Rizvan CƏFƏROV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Cəbrayıl rayonu coğrafi cəhətdən Azərbaycan üçün çox əhəmiyyətli ərazidə yerləşir. Eyni zamanda, ra...
04 Oktyabr
Beynəlxalq Astronavtika Konqresində növbəti plenar iclasda Çinin bu sahədə uğurlarından danışılıb...
04 Oktyabr
Basketbolçu Maykl Cordan ən varlı 400 amerikalının sırasında yer alıb
04 Oktyabr
Daşaltıda nəşinin qalıqları tapılan Veysəl Qasımov torpağa tapşırılıb
04 Oktyabr
İsrail silah ixrac edəcəyi ölkələrin siyahısını genişləndirib
04 Oktyabr
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir
04 Oktyabr
2002-2003-cü illərdə Türkiyənin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar...
04 Oktyabr
Azərbaycanın qeyri-neft ixracı 10,6 faiz artıb
04 Oktyabr
VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin açılış mərasimi olub
04 Oktyabr
XİN: Katrin Kolonnanın Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik...
04 Oktyabr
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan şərtlərini elan etdi04 Oktyabr 2023

O, müasir dünya siyasətini gözəl bilir03 Oktyabr 2023

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib Prezid...02 Oktyabr 2023

Böyük inamın 20 illik təntənəsi01 Oktyabr 2023

Naxçıvandan türk dünyasına: Səmimi qardaşlıq, strateji müttəfiqlik, dinamik inkişaf29 Sentyabr 2023

ÇOX OXUNANLAR
Böyük liderlik missiyası03 Oktyabr 2023

Ümummilli savaş01 Oktyabr 2023

İLHAM ƏLİYEVİN "DƏMİR YUMRUĞU" VƏ İFLASA UĞRAYAN LAYİHƏ30 Sentyabr 2023

Sonsuz təşəkkürlər, CƏNAB PREZİDENT!29 Sentyabr 2023

İKİ GÖZ YAŞI27 Sentyabr 2023

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...25 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!