02 May 2024 15:57
253
DÜNYA
A- A+

300 illik şəhər quraqlıq zamanı yenidən peyda oldu

Filippinin Pantabanqan şəhərində qurumuş göldə 300 il əvvələ aid sirli şəhər yenidən peyda olub, köhnə kilsənin və evlərin xarabalıqları görünüb. Ötən əsrin 70-ci illərində su elektrik stansiyasını qidalandıran və yerli fermerləri su ilə təmin edən su anbarının tikintisinə yer ayırmaq üçün kəndi su altında qoyublar.
Suyun altında XIX əsr kilsəsi, bələdiyyə binası, qəbiristanlıq və böyük bir torpaq sahəsi qalıb. 1300 yerli sakin evlərini tərk edərək üzü Asiyanın ən böyük bəndlərindən birinə baxan hündür yerə köçmək məcburiyyətində qalıb. Köhnə şəhər gölə çevrilməzdən əvvəl ölən insanların qalıqları yeni qəbiristanlığa köçürülüb.
Bura ilin əksər hissəsi demək olar ki, tamamilə su altında qalır - yalnız kilsənin xaçı görünür. Ancaq isti və quraqlıq mövsümündə turistlər keçmiş qəsəbədən qalanları görə bilirlər.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video