04 Oktyabr 2023 10:35
655
İQTİSADİYYAT
A- A+
2 milyard dollarlıqdan çox qeyri-neft məhsulları ixrac olunmuşdur

2 milyard dollarlıqdan çox qeyri-neft məhsulları ixrac olunmuşdur

 

Məlumdur ki, iqtisadi inkişafın əsas göstəricilərindən biri istehsal və ixracın paralel şəkildə davam etməsidir. O üzdən ticarət yollarının genişləndirilməsi və nəzarətə götürülməsi uğrunda indi dünyada ciddi rəqabət gedir.
Azərbaycan bu sahədə şanslı ölkələrdəndir, çünki bizim istehsal və ixracla bağlı problemimiz yoxdur. Dövlət Statistika Komitəsinin məlumatına müraciət edək: cari ilin yanvar-iyul aylarında Azərbaycan dünyanın 190 dövlətindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir, 111 ölkəyə məhsul ixrac, 181 ölkədən idxal edilmişdir.
Hesabat dövründə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla xarici ticarət dövriyyəsinin dəyəri 26 milyard 333,2 milyon dollar, o cümlədən ixracın dəyəri 16 milyard 776,7 milyon, idxalın dəyəri 9 milyard 556,5 milyon dollar təşkil etmiş, nəticədə 7 milyard 220,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
Ticarətdə müsbət saldonun olması hər bir ölkə üçün önəmlidir. Bu, ilk növbədə ölkənin gəlirliyini təmin edən mühüm amildir. İkincisi, maliyyə sabitliyi və strateji valyuta ehtiyatlarını yaratmağa imkan verir. Ən başlıcası isə istehsal edilən məhsulun dünya bazarında problemsiz realizasiya olunmasıdır. Belə hal istehsalı stimullaşdırır və istehsalçının qazanclı olmasını təmin edir.
Qayıdaq rəqəmlərə: Dövlət Gömrük Komitəsinin məlumatına görə, xarici ticarət dövriyyəsinin 92,5 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Yunanıstan, İsrail, Hindistan, İspaniya, Çexiya, Türkmənistan, Gürcüstan, Rumıniya, Fransa, İrlandiya, Xorvatiya, Birləşmiş Krallıq, ABŞ, İran, Vyetnam, Niderland, Yaponiya, Qazaxıstan, Koreya və Bolqarıstanla həyata keçirilmişdir.
Göründüyü kimi, ölkəmizin ixrac və idxal coğrafiyası genişdir, 181 ölkə az deyil. Üstəlik, xarici ticarət tərəfdaşlarımız əsasən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdir. İdxalda əsas ticarət partnyorlarımız Rusiya, Çin, Türkiyə, Almaniya, Türkmənistan, Fransa, İran, İtaliya, Koreya, Yaponiya, Birləşmiş Krallıq, Belarus, Qazaxıstan, Ukrayna, Braziliya, Hindistan, Polşa, Vyetnam, Niderland, İspaniya, Özbəkistan və Gürcüstandır. Həmin ölkələrdən idxal edilən mallarda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, mineral məhsulların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, azqiymətli metallar və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil etmişdir. Həmin dövr idxal olunan bir sıra məhsulların çəkisi azalmışdır. Bu, əsasən yerli istehsalın artması və tələbatın azalması ilə bağlıdır.
İxracın strukturunda isə xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, plastik kütlə və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və ondan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı üstün olmuşdur. Bu yerdə qeyd edək ki, 7 ayda qeyri-neft-qaz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 17,8, real ifadədə 14,2 faiz artaraq 2 milyard  6,9 milyon dollara bərabər olmuşdur.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!