08 Oktyabr 2024 08:50
1046
İQTİSADİYYAT
A- A+
141 il əvvəl Azərbaycanın ucqar kəndlərində elektrik enerjisi istehsal olunanda Avropanın mərkəzində kerosin lampalarından istifadə edilirdi

141 il əvvəl Azərbaycanın ucqar kəndlərində elektrik enerjisi istehsal olunanda Avropanın mərkəzində kerosin lampalarından istifadə edilirdi


Qarabağ və Şərqi Zəngəzur isə bu gün dünyanın azsaylı "yaşıl enerji" regionlarındandır 


Azərbaycanda ilk su-elektrik stansiyası (SES) 1883-cü ildə Gədəbəyin Qalakənd kəndində tikilib. Həmin SES 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən tikilmiş misəritmə zavodunun və mədənin ərazilərini, həmçinin emalatxana və binaları elektriklə təmin edirdi. 

Bu o zaman idi ki,  Avropanın mərkəzi şəhərlərindən olan London, Paris, Sankt-Peterburqda hələ  kerosin lampalarından istifadə olunurdu. Gədəbəydə isə elektrik enerjisi istehsal olunurdu. Bu gün Azərbaycanda Qalakənd SES-in "varis"ləri çoxdur - "Arpaçay-1", "Arpaçay-2", "Biləv", Füzuli, Mingəçevir, "Taxtakörpü", "Varvara", "Yenikənd", "Şəmkirçay" su-elektrik stansiyaları, "Vayxır", Göyçay, "İsmayıllı-1", "İsmayıllı-2", "Balakən-1" - hansını deyəsən, hansını yazasan...

SES-in üstünlüklərini bilməyən yoxdur. Amma yəqin az adam bilir ki, ekoloji təmiz olan su-elektrik stansiyaları həm də yeraltı suları  daşqın və seldən qoruyur. Azərbaycan iqtisadiyyatının, onun sosial həyatının istər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə dinamik inkişafı bir çox mühüm amillərlə yanaşı, elektrik enerjisi ilə də bağlıdır. Hazırda Azərbaycan müstəqil elektrik enerji sisteminə malikdir və bunun əsası ötən əsrin 70-ci illərində qoyulub. 141 illik bir yol qət edən energetikamız sovetlər dönəmində Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin diqqəti və fəaliyyəti sayəsində öz inkişafının sürətli mərhələsinə qədəm qoyub. Bunun sayəsində respublikamız elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödəyib. 

Böyük Zəfərdən sonra Şərqi Zəngəzurun, Qarabağın qaranlıq günlərinə son qoyuldu. Ötən 4 ildə regionda tikilən su-elektrik stansiyaları Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi  vacib infrastruktur layihələrindəndir. Bu illər regionda çoxlu sayda  böyük və kiçik su-elektrik stansiyaları tikilmişdir. Həmin hesaba ölkə enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionunun elektrik enerjisinə olan tələbatı 100 faiz "yaşıl enerji" hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə ötürülür. 

Hələ may ayında dövlət başçısı  "Zəngilan" və "Sayıflı" su-elektrik stansiyalarının açılışını etmişdir. Onda burada hər birinin gücü 10,5 meqavat olmaqla ümumi gücü 21 meqavat olan adıçəkilən SES-lər üçün maşın zalları tikilmişdir. Çətin iqlim və sərt relyefli olmasına baxmayaraq, ərazidə böyük həcmli torpaq, beton və digər işlər həyata keçirilərək sıfırdan yeni SES-lər tikilmişdir. İstər derivasiya boruları çəkilərkən, istər maşın zalı tikilərkən, istərsə də digər quraşdırma işləri aparılarkən layihəyə uyğun olaraq ekoloji normalara əməl olunmuşdur. Maşın zallarının hər birində 4 yaşıl sertifikatlı Avropa istehsalı olan iki ekoturbin və generatorlar quraşdırılmışdır. Bu turbinlər çayda su azaldıqda ekoloji normaların qorunması üçün özünü avtomatik dayandırmaq, suyun keyfiyyətinə təsir etmədən istiqamətləndirici aparat vasitəsilə yağ və digər zərərli maddələrin suya qarışmasının qarşısını almaq qabiliyyətinə malikdir.

Bir neçə gün əvvəl isə dövlət başçısının bu istiqamətdə atdığı növbəti addım yenə də Zəngilanda  oldu. "Azərenerji"ASC-nin "Sarıqışlaq" su elektrik stansiyasının açılışında iştirak edən Prezident onu işə saldı. Qeyd edək ki, "Sarıqışlaq" SES-in də daxil olduğu 4 SES-dən ibarət 42 meqavatlıq Zəngilan silsiləsi işğaldan azad edilən ərazilərdə yaradılan ən böyük silsilədir. Yerli mütəxəssislər tərəfindən layihələndirilməklə tam yeni tikilmiş 42 MVt gücündə olan kaskad tipli bu 4 stansiya qoyuluş gücünün 70 faizdən çox hissəsi ilə çalışır. Burada istehsal olunan enerjinin bir hissəsi daxili tələbata sərf edilir, artıq qalan enerji isə ölkə enerji sisteminə yönləndirilir. Bu da regionun enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.

Ümumiyyətlə, indiyədək "Azər-enerji" tərəfindən Qarabağda və Şərqi Zəngəzurda istismara verilən 270 meqavat gücündə 32 su-elektrik stansiyasında hava şəraitindən asılı olan digər bərpaolunan enerji mənbələrindən fərqli olaraq 24 saat fasiləsiz "yaşıl enerji" istehsal edilir. Prezident İlham Əliyevin regionun "yaşıl enerji" zonasına çevrilməsi barədə qəti mövqeyinin nəticəsi kimi ölkə enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionları istismarda olan su-elektrik stansiyaları hesabına ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı bölgəyə çevrilib. 


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!