132 ölkə arasında birinci
Məlum olduğu kimi, bu ilin yanvar ayında ABŞ-ın Yel və Kolumbiya universitetləri Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Environmental Performance Index) üzrə aparılmış beynəlxalq araşdırmanın yekunları barədə hesabat yayıb.
ABŞ universitetlərinin açıqladığı beynəlxalq hesabatın meşələrlə bağlı məsələlər bölümündə qiymətləndirmə 3 komponent üzrə aparılıb. Bunlar meşələrin ehtiyatlarının vəziyyəti, örtüyünün dəyişməsi və meşə itkiləridir. Azərbaycan 132 dövlət arasında son 10 ildə bu göstəricilərə görə ən yüksək nəticə əldə edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiətin mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə bu faktı belə şərh etdi: "Bu yüksək qiymət hamımızı sevindirdi. Çünki Azərbaycan azmeşəli ölkə olmağına baxmayaraq, görülmüş işlərin miqyası böyükdür və onlar öz layiqli qiymətini alıb. Bu qiymətləndirmədə yeni meşə əkinləri nəticəsində meşə ilə örtülü sahələrin ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artırılması aparıcı rol oynayıb. Qiymətləndirmə zamanı eləcə də mövcud meşə fondu torpaqlarının meşə ilə örtülü ərazilərinin 2,6 faiz çoxaldılması, sənaye qırıntılarının dayandırılması, regionların qazlaşdırılması, meşələrin mühafizəsi və qorunması tədbirlərinin gücləndirilməsi nəzərə alınıb. Bu amillərə habelə KİV və QHT-lərlə birgə ictimaiyyət arasında aparılmış təbliğat tədbirləri hesabına qırıntı hallarının ilbəil azalması daxildir".
Azərbaycanda son illərdə həqiqətən də meşələrin mühafizəsi, bərpası, yeni meşə və yaşıllıqların salınması məqsədilə bir sıra ciddi tədbirlər görülüb. Toxum tədarükü, əkin materiallarının yetişdirilməsi, meşələrin bərpası, yeni meşə massivlərinin salınması sahəsində göstəricilər bir neçə dəfə artıb, meşə fonduna daxil olmayan ərazilərdə müvafiq işlər aparılıb.
R.Səttarzadə bunları təsdiqləyən bir sıra rəqəmlər də göstərdi. Belə ki, əgər 2002-ci ildə cəmi 7750 hektar sahədə əkin, səpin və təbii bərpaya kömək tədbirləri aparılmışdırsa, 2011-ci ildə bu rəqəm artıq 10504 hektar olub. Ümumilikdə, 2003-2011-ci illər ərzində 91176 hektardan artıq sahədə meşəbərpa işləri görülüb. Bunun 33157 hektarında yeni meşələr salınıb. Meşəsalma ilə bağlı idarəetmə sisteminin effektivliyinin artırılması məqsədilə Abşeron, Quba, Kür və Giləzi regional meşə tingliyi müəssisələri yaradılıb. Bununla yanaşı, şəhərsalma prosesinə məruz qalmış çətin meşəbitmə şəraitinə malik ərazilərdə sözügedən müəssisələr tərəfindən yeni yaşıllıq massivləri yaradılıb. Yaşıllıq ərazilərinin artırılması üçün Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin magistral avtomobil yollarının kənarında 6 milyon ədəd ağac və kol bitkiləri əkilib.
Son illər ölkədə ətraf mühit sahəsində aparılan islahatlar və fəaliyyətin qiymətləndirilməsinin təhlili ekoloji problemlərin həlli istiqamətində sürətlə həyata keçirilən tədbirlərin effektiv olduğunu və bu işlərin istiqamətinin düzgün seçildiyini göstərir.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
Ramil Quliyevdən zədədən qayıtdıqdan sonra İLK
04 May
Everesti fəth etmək üçün icazələrin sayı azalacaq
04 May
Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
04 May
Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib
04 May
Nigeriyada qızılca xəstəliyindən 42 nəfər ölüb
04 May
Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlu...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!