31 Oktyabr 2024 09:20
276
DÜNYA
A- A+
12 dövlət başçısı, 140-a yaxın nazir

12 dövlət başçısı, 140-a yaxın nazir


Kolumbiyada COP16 - BMT-nin Biomüxtəliflik Konfransının ikinci mərhələsi başlayıb


BMT-nin Kolumbiyada təşkil olunmuş Biomüxtəliflik Konfransı bu həftə başa çatır. Yekun müzakirələrdə 140-a yaxın nazir və 12 dövlət başçısı iştirak edəcək.

Kolumbiyanın Kali şəhərində COP16 - BMT-nin Biomüxtəliflik Konfransının ikinci mərhələsi başlayıb. Müzakirələr noyabrın 1-dək davam edəcək. Amerikadakı yerli icmaların nümayəndələri ölkələri iki il əvvəl götürdükləri öhdəliklərə əməl etməyə çağırıblar.

CECONSEC-in (Perunun Yerli İcmaları Assosiasiyası) başçısı Teddi Sinakay Tomas diskussiyalar zamanı  çıxışında deyib:  "Hökumətlərimiz qərarlar qəbul etməkdə tələsmirlər,  onlar dəyişiklikləri çox ləng həyata keçirirlər. Hakimiyyətlər qanunların icrasına və siyasətlərin standartlaşdırılmasına diqqət yetirirlər, lakin zərərli fəaliyyətlərin  dayandırılması, habelə biomüxtəlifliyin bərpası və qorunması üçün tədbirlər görmürlər."

Konfrans iştirakçıları iki il əvvəl qəbul olunmuş Qlobal Biomüxtəliflik Çərçivə Proqramının tətbiqinin nə dərəcədə uğurlu həyata keçirildiyini qiymətləndirməyə çalışırlar. Tərəflərin əsas öhdəliyi 2030-cu ilə qədər quru və dənizlərin ən azı 30 faizini qorumaq və deqradasiyaya uğramış ekosistemlərin 30 faizini bərpa etmək olub.

Kolumbiyanın WWF təşkilatının Baş direktoru Sandra Valenzuela konfransda bildirib: "Bu gün dünyanın quru ərazilərinin 17 faizi qorunur, lakin dəniz və okeanların sahil sularının yalnız 8 faizi qorunur. Buna görə də milli fəaliyyət planları mühafizəni gücləndirmək üçün təcili olaraq zəruri addımların atılmasını tələb edir. Lakin bu plan digər məqsəd, yəni ekosistemin bərpasını təşviq etməli olan 2-ci məqsəd olmadan həyata keçirilə bilməz".

Xatırladaq ki, təxminən 200 ölkə Qlobal Biomüxtəliflik Çərçivə Proqramını imzalayıb. Qarşıya qoyulan vəzifələrin icrasında lider Avropa İttifaqıdır.

Kalidə çıxışında Avropa Komissiyasının Ətraf Mühit Departamentinin Baş Direktoru Florika Fink-Hoyyer nikbin danışıb: "Bizim bir-biri ilə əlaqəli qorunan ərazilərin geniş şəbəkəsi olan "Natura 2000" layihəmiz var. Bunun sayəsində, eləcə də Təbiəti Bərpa Aktına əsaslanaraq tam əminik ki, 2030-cu il torpaq hədəflərinə nisbətən tezliklə çatacağıq. Suya gəlincə, bu, bir az daha mürəkkəbdir. Amma biz çox çalışırıq, su ehtiyatlarının davamlılığını təmin etmək üçün strategiya təqdim edəcəyik".

Qeyd edək ki, Kolumbiyada həm də əsas layihələrin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparılır. BMT hesab edir ki, "yaşıl investisiya"lar üç dəfə artırılmalıdır.

COP16-nın ikinci həftəsində müzakirələrdə dünyanın müxtəlif ölkələrindən 140-a yaxın nazirin və 12 dövlət başçısının iştirakı gözlənilir. Kolumbiyada qəbul olunacaq mühüm qərarlar təbiətin məhvinin dayandırılması vədinin reallaşdırılmasına kömək edəcək .


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!