05 Sentyabr 2024 08:40
502
İQTİSADİYYAT
A- A+
1100  kilometrlik sualtı "yaşıl dəhliz" layihəsinin praktiki icrası yaxınlaşır

1100  kilometrlik sualtı "yaşıl dəhliz" layihəsinin praktiki icrası yaxınlaşır

 

Prezident İlham ƏLİYEV: "Bu, "Cənub qaz dəhlizi"ndən də daha böyük layihə olacaq"

 

2022-ci il dekabrın 17-də Buxarestdə imzalanan "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"də nəzərdə tutulan məsələlərin gerçəkləşməsi istiqamətində tədbirlər davam edir. Bu günlərdə Rumıniya paytaxtında sazişin icrası məqsədilə 8-ci Nazirlər-Rəhbər Komitənin iclasının keçirilməsi də deyilənləri təsdiqləyir. 
Təbii ki, hər hansı bir ixrac layihəsinin həyata keçirilməsi öncədən genişmiqyaslı işlərin görülməsini, infrastrukturun yaradılmasını tələb edir. Elektrik enerjisinin ötürülməsinin isə üstəlik özünəməxsus çətinlikləri və spesifik cəhətləri var. Dənizin dibi ilə uzanacaq 1100 kilometrlik "yaşıl dəhliz" də bu qəbildən olan layihədir. Odur ki, Buxarestdə  keçirilən sözügedən tədbirdə layihənin CESI şirkəti tərəfindən həyata keçirilən texniki-iqtisadi əsaslandırmasının (TİƏ) cari vəziyyəti, birgə müəssisənin təsis edilməsi ilə bağlı görülən işlər, "yaşıl enerji" dəhlizinin fiber-optik komponenti, həmçinin Bolqarıstanın layihəyə inteqrasiyası imkanlarına və digər istiqamətlərə dair məsələlər müzakirə edilib. 
"Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının ilkin nəticələrinin təqdimatının isə cari ilin noyabrında ölkəmizin evsahibliyi edəcəyi COP29 çərçivəsində nəzərdə tutulur. Buxarestdəki iclasda iştirak edən   energetika naziri Pərviz Şahbazov  bunları vurğulayaraq, həmçinin layihənin statusu, digər komponentləri, atılacaq növbəti addımlar, eləcə də Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında qurulacaq "yaşıl enerji" dəhlizinin inkişafı ilə bağlı fikirlərini bölüşüb.
Yeri gəlmişkən xatırladaq ki, Qazaxıstan və Özbəkistan da özlərinin istehsal etdikləri bərpaolunan enerjini Azərbaycan üzərindən bu dəhlizə qoşmaq qərarındadırlar. Deməli, ölkəmiz "yaşıl enerji"nin həm də tranzitini həyata keçirəcək. "Bizim planlarımız, istədiyimiz həyata keçsə, Özbəkistan və Qazaxıstandan Xəzər dənizindən keçərək Azərbaycana, Gürcüstana, Türkiyə və Rumıniyaya uzanacaq kabel xətti inşa edə bilərik. Yəni bu layihə "Cənub qaz dəhlizi"ndən də daha böyük layihə olacaq. Amma bizim əməkdaşlığa, eyni zamanda koordinasiyaya ehtiyacımız var", - deyə dövlətimizin başçısı cari il iyulun 20-də II Şuşa Qlobal Media Forumunda bu barədə fikirlərini demişdir. 
Dövlətimizin başçısı, həmçinin bildirmişdir ki, bizim həm texniki, həm də iqtisadi sahədə böyük potensialımız var. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamaları göstərir ki, iqtisadi baxımdan quruda günəş və külək stansiyaları vasitəsi ilə 27 qiqavat həcm istehsal edə bilərik: "Bununla yanaşı, biz texniki əsaslandırma işləri həyata keçiririk. Söhbət Xəzər dənizindəki külək enerji stansiyalarından Rumıniyaya Qara dənizin dibi ilə uzanacaq elektrik kabel layihəsindən gedir. Orada da potensial dörd qiqavatdır. Biz "ACWA Power" şirkəti ilə saziş imzalamışıq ki, istehsal edilən bərpaolunan enerjinin saxlanma şəraiti olmalıdır". 
Beləliklə, bərpaolunan enerjinin inteqrasiya edilməsi  üçün münasib interkonnektorların yaradılması zamanın tələbidir. Buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək.
Bu günlərdə Buxarestdə keçirilən tədbirdə birgə müəssisənin təsis sənədlərinin imzalanması ilə layihə yeni mərhələyə qədəm qoyur. Müzakirələrdən sonra Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları - "AzərEnerji", "Gürcüstan Dövlət Elektrosistem", "Transelectrica", MVM arasında birgə müəssisənin Buxarest şəhərində yaradılmasını nəzərdə tutan "Səhmdar Müqaviləsi", həmçinin iclasın yekunlarına dair Protokol imzalanıb. Birgə müəssisə və İşçi qrupa müəyyən edilmiş müddət ərzində layihənin texniki-iqtisadi əsaslandırmasının tamamlanması üçün məsləhətçi şirkətlə birgə prosesləri sürətləndirmək, nazirlərin növbəti görüşünədək birgə müəssisənin fəaliyyət planının hazırlanması və layihə üzrə biznes modellərlə bağlı məsləhətləşmələrə başlamaq tapşırılıb.
Birgə müəssisə - Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti layihənin texniki-iqtisadi əsaslandırmasını maliyyələşdirəcək, TİƏ-nin hazırlanması və icrası proseslərinə nəzarətə məsul, iştirakçı ölkələr tərəfindən həvalə edilmiş tədbirləri həyata keçirən qurum kimi fəaliyyət göstərəcək. "Yaşıl enerji" dəhlizinin əsas resurs mənbəyi - Azərbaycan Avropa ölkələrinin bərpaolunan enerji sahəsində də əsas tərəfdaşlarından biri olacaq.
Macarıstanın Baş naziri Viktor Orbanın mətbuat katibi Zoltan Kovaç bu ölkənin  xarici işlər naziri Peter Siyartoya istinadla bildirib ki, gələcəkdə "yaşıl enerji"ni Azərbaycan və Gürcüstandan Macarıstan və Rumıniyaya idxal etməyə imkan verən layihə praktiki icrasına yaxınlaşır. Belə ki, "yaşıl enerji" sahəsində Macarıstan-Azərbaycan-Gürcüstan-Rumıniya tərəfdaşlığına dair Buxarestdə keçirilən görüşdə nazir bu çətin zamanlarda milli təhlükəsizliyin əsas elementi kimi enerji təhlükəsizliyinin vacibliyini vurğulayıb.
Nazir, həmçinin "yaşıl enerji" dəhlizi layihəsinin Gürcüstandan və Azərbaycandan yeni enerji mənbələri təqdim edəcəyini, Macarıstanın enerji istehlakında dayanıqlığını artıracağını  deyib.
Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja da "yaşıl dəhliz" layihəsinin reallaşdırılmasının ölkəsi  üçün milli təhlükəsizlik məsələsi olduğunu vurğulayıb.
 
Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə Prezidenti: Ankara və Dəməşq Suriyada gərginliyin yenidən artmasına və xaosa izn verməyəcək  

15:32
15 Yanvar

Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti yenidən uzadılıb

14:53
15 Yanvar

İlon Maska qarşı məhkəmə iddiası

14:52
15 Yanvar

Avropa anbarlarında qaz ehtiyatları 65 faizdən aşağı düşüb

14:37
15 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:24
15 Yanvar

Türkiyə mediası Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində ilk hazır mənzilləri nümayiş etdirib  

14:23
15 Yanvar

Özbəkistan Azərbaycan üzərindən Avropaya tranzit marşrutlarını inkişaf etdirəcək  

14:22
15 Yanvar

Növbəti köç karvanı Xocalıya çatıb

14:13
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNİB 

14:12
15 Yanvar

İstehlak bazarında qiymətlər açıqlanıb

14:10
15 Yanvar

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  

14:09
15 Yanvar

Azərbaycana məxsus şəkər yükü daşıyan gəmi ABŞ-a çatıb

13:41
15 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!