«012 Bakı Public Art Festivalı» çərçivəsində rəssam Nəzrin Məmmədovanın «Xəzər» əsəri təqdim edilmişdir
Mayın 18-də Bakıdakı Fəvvarələr meydanında "YARAT!" qeyri-kommersiya təşkilatının Birinci "012 Bakı Public Art Festivalı" çərçivəsində rəssam Nəzrin Məmmədovanın "Xəzər" əsəri təqdim edilmişdir.
AzərTAc xəbər verir ki, Nəzrin Məmmədovanın installyasiyası 260x200x30 ölçülü dəniz suyu ilə doldurulmuş akvariumdan ibarətdir.
Tarixi aspektdə Xəzər - tədqiq üçün çox qəribə obyektdir: okeanla əlaqəsi olmadan, o, suyunun tərkibi və orada yaşayan endemik (yerli) canlıların növlərinə görə dəniz hesab olunur. Azərbaycanın iqtisadi, mədəni və siyasi inkişafında Xəzər dənizinin rolu böyükdür. Bakı buxtası isə müxtəlif mədəniyyətləri və xalqları ticarət yolları vasitəsilə birləşdirən məkandır. Sahilyanı landşaftların, infrastrukturun dağılmasına, biomüxtəlifliyin azalmasına, suyun daha da çirklənməsinə səbəb olan və Xəzər dənizində suyun səviyyəsi ilə əlaqəli qeyri-adi mühüm ekoloji problemə də diqqət yetirmək lazımdır.
İnstallyasiyanın əsas vəzifələrindən biri iqlim dəyişiklikləri ilə şərtləndirilən təhlükələrin XXI əsrdə bəşəriyyət üçün həddindən artıq ciddi təhdid kimi qəbul edilməsinə auditoriyanın diqqətini yönəltməkdir. Akvariumun Bakı şəhərinin mərkəzində yerləşdirilməsi layihənin əsas detalıdır. Bu bir növ Xəzər dənizinə ucaldılmış abidədir.
Hər bir mədəniyyət bizə nəyin qorunmasını və saxlanılmasını, nəyin isə unudulmasını diktə edir. Bu baxımdan N.Məmmədovanın əsəri bizə onu xatırladır ki, indiki müasir və dinamik inkişaf edən şəhərin yerində bir vaxtlar müəmmalı Xəzər dənizi uzanırdı...
Son yüz əlli il ərzində Xəzər dənizinin səviyyəsinin xeyli və dəfələrlə dəyişdiyini dövrümüzə gəlib çatan arxiv fotoşəkilləri əsasında ehtimal etmək olar. Hərbi fotoqraf A.Ulskinin 1883-cü ildə çəkdiyi şəkillərdə sahil xətti Qız qalasının ətəyinin, yəni indiki Muğam-Klub restoranının və qalanın Kiçik Karvansara adlandırılan tikilisinin yanından keçdiyi əks olunmuşdur. A.Mişonun Dağüstü park tərəfdən Bakı mənzərəsini həkk etdirmiş 1895-ci ilə aid fotoşəklində xeyli dəyişikliklər görmək olar: dəniz tərəfdən sökülmüş qala divarının arxasında bütöv silsilə evlər peyda olmuş, Aleksandr küçəsi (indiki Neftçilər prospekti) çəkilmiş, lakin sahil xətti boyunca bir dənə də olsun kiçik belə ağac yox idi. Şəhər Dumasının, o cümlədən onun üzvü Məmməd Həsən Hacınskinin təşəbbüsü ilə 1909-1911-ci illərdə Bulvar bağının salınmasına başlanmışdır. Həmin illərin fotomaterialları da buna əyani sübutdur. Beləliklə, su səviyyəsinin təbii dəyişiklikləri nəticəsində, habelə antropogen amillərin təsiri altında Bakının mərkəzi hissəsində, ayrı-ayrı yerlərdə sahil xətti xeyli geriyə çəkilmişdir.
N.Məmmədovanın əsərləri Bakıda keçirilmiş "Azerbaijani Women" (2009), "Art Bazaar" (2010), "Alüminium IV" "Transformation" və digər sərgilərdə nümayiş etdirilmişdir.
"012 Bakı Public Art Festivalı"nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri əsərlərində əks etdirmişlər. Layihə sentyabrın 1-dək davam edəcəkdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
Təhlükəsizlik təmin olunacaqmı?
04 May
Ölkəmizdə ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
04 May
Gənc rəssamın rənglər dünyası
04 May
Ən çox alqışlanan "balaca əsgər"
04 May
"Su axar, çuxurunu tapar"
04 May
BP-dən Azərbaycanda kibertəhlükəsizlik üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək
04 May
Ekoloji problemlər bütün beynəlxalq tədbirlərin əsas mövzularından biri olur
04 May
Azərbaycanın güc strukturları müasir texnologiya əsasında istehsal edilən texnika, silah və döyüş su...
04 May
Azərbaycan Fransa zülmündən xilas olmaq istəyən xalqların himayədarıdır
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!