Zərif biznes
Azərbaycanlı qadın sahibkarların fəaliyyət sahələri genişlənir
Dünyanın hər yerində sahibkarlıqla maliyyə, fiziki və sosial riskləri olan, kifayət qədər zəhmət və vaxt sərf edərək yeni dəyər yarada bilən kişilər və qadınlar məşğuldur. Azərbaycanda həmin fəaliyyət növündə kişilərlə bərabər uğur əldə edən xeyli qadın da var və onların fəallığı artan dinamika ilə müşayiət olunur. Bu dinamikanın səbəbi Azərbaycan qadınının ənənələri, milliliyi, innovativliyi, intellekt və sosial aktivliyi özündə cəmləşdirib, istər şəxsi həyatında, istərsə də ictimai həyatda və iş dünyasında tətbiq etməsidir.
Bu gün Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün hər cür şərait mövcuddur. Sahibkar qadınların biznes və istehsal sahəsindəki fəaliyyətlərini daha da genişləndirmək üçün dövlət öz dəstəyini əsirgəmir. Qadın sahibkarlığının inkişafı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) prioritet istiqamətlərindən olduğu üçün lider xanımlara göstərdiyi diqqət təqdirəlayiqdir. Qurum ölkə iqtisadiyyatının inkişaf prioritetləri, həmçinin milli xüsusiyyətlər nəzərə alınmaqla, qadın sahibkarlığının inkişafını təşviq edir və zəruri xidmətlər göstərir. Qeyd edək ki, qadınların cəmiyyətdə gördüyü işlərin daha qabarıq görünməsi üçün 2017-ci ildə Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası təsis edilib. Sahibkar qadınları özündə birləşdirən bu qurum Prezident İlham Əliyevin tövsiyəsi ilə yaradılıb. Assosiasiyanın yaranmasında məqsəd ölkədə lider qadınların işgüzar birliyinin bir çətir altında birləşməsidir. Əsas məqsədlərdən biri qadınları daim bu platformada görmək, onların arzularının yerinə yetirilməsi üçün şərait yaratmaqdır.
Adətən Azərbaycan xanımı deyəndə göz önünə ailəni bütöv saxlayan dayaqlardan biri olan ana, milli-mənəvi dəyərləri qoruyan cəfakeş qadın gəlir. Lakin bu parametrlər qadının iş dünyasındakı fəaliyyəti ilə tərs-mütənasib də deyil, əksinə, hər atılan addımda bütün üstünlükləri ilə hiss olunur. Dövlət idarəçiliyində, təhsil, səhiyyə, sosial müdafiə, hüquq-mühafizə orqanlarında, humanitar sektorda, yerli idarəetmə orqanlarında, siyasətdə çalışan xanımların sayı ilbəil artır. Azərbaycan qadınının səsi dünyanın hər yerindən gəlir. 20 il əvvəlin qadını ilə bu günün qadını arasındakı fərq onun cəmiyyətin üst pilləsində möhkəm bərqərar olmasındadır. O həm sosial rifahını yüksəldir, ailəsinə dəstək olur, onu ayaqda saxlayır, həm də başqalarının "qolundan tutub" işlə təmin olunmalarında rol oynayır. Üstəlik də vergi ödəyicisi kimi özünü təsdiq edərək dövlətin vergi siyasətində müəyyən yer tutur. Güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı ilə məşğul olanların vergilərdən azad edilməsi isə bu xanımlara çox böyük köməkdir.
Əvvəllər qadın sahibkarlar məhdud sahələrdə sahibkarlıq fəaliyyətinə, xüsusilə də tibbə və təhsilə maraq göstərirdilər. Amma son vaxtlar reklam menecmenti, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatının müxtəlif sahələri və ekoturizmdə də qadınların iştirakını görürük. Hətta hazırda onların arasında müəyyən rəqabət mühiti formalaşıb. Sovetlər dönəmindən fərqli olaraq müstəqil Azərbaycanda fərdi sahibkarlıqla məşğul olan xanımlar heç də kişilərdən geri qalmır. Dövlət Statistika Komitəsinin məlumatına görə, fərdi sahibkarların 22, 7 faizini (299,8 min nəfər) qadınlar təşkil edir. Bu o deməkdir ki, Azərbaycanda 300 min nəfərə yaxın qadın təkcə mikrosahibkar kimi deyil, həm də iri sahibkarlıq fəaliyyəti üçün potensialını ortaya qoyur.
Onu da deyək ki, qadın sahibkarlar bu gün yerli əhəmiyyətli əlaqələr qurub, şəbəkələr yaradırlar. Bu işlərin uğurlu alınması qurumun keyfiyyətindən xəbər verir. Məhz bu keyfiyyətə söykənən qadın sahibkarlığının inkişafı yoxsulluğun azalmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına, bir çox halda cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına kömək edir.
Lider qadınlar beynəlxalq səviyyədə də əlaqələr qururlar. Ölkəmizi beynəlxalq arenada uğurla təmsil etməsi Azərbaycan qadınının gücünü göstərir. Həmin güc xüsusilə türk dövlətləri arasında qarşılıqlı ticarət və investisiya əlaqələrinin inkişafında daha qabarıq görünür. Məlumat üçün bildirək ki, 2019-cu ildə Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanı birləşdirən Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) və Türk Dövlətləri Təşkilatının əməkdaşlığı çərçivəsində Türk Ticarət və Sənaye Palatası təsis edilib. 2021-ci ilin noyabrında isə Türk Ticarət və Sənaye Palatası (TSO) Qadın Sahibkarlar Komitəsi yaradılıb. Qurumun sədrliyinə Azərbaycan nümayəndəsi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının rəhbəri Səkinə Babayeva seçilib. Komitədə türkdilli dövlətlərin hər birindən 10 nümayəndə iştirak edib. Ötən iki ildə üzv ölkələrin qadın təşkilatları arasında biznes-forumlar, seminarlar, sərgilər təşkil olunub. Türk dövlətlərinin qadın sahibkarları arasında olan həmrəylik genişlənib və əməkdaşlıq imkanları artıb.
Bu cür qarşılıqlı əlaqələrin davamı olaraq bu günlərdə İstanbulda Türkiyə Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin ikinci Baş Assambleyası baş tutub. Tədbirdə 2021-ci ilin noyabr ayında Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının təşəbbüsü ilə ölkəmizi təmsil etmək məqsədilə namizədliyi irəli sürülən, 2 ildən çoxdur Türkiyə Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinə sədrlik edən Səkinə Babayeva görülən işlərlə bağlı geniş məlumat verərək deyib ki, türk dünyası qadın sahibkarları ilə keçirilən ümumi görüşlərin sayı 120-ni ötüb. Bu dövr ərzində türkdilli ölkələrə 30-dan çox səfər təşkil olunub, 8 ölkədə 60-a yaxın layihə, tədbirlər həyata keçirilib. Ümumi yığıncaqda Türkiyə təmsilçisi Hatice Kal, Qazaxıstandan Lazzat R. Kerimkulovna, Qırğızıstandan Aijan Chynybaeva, Özbəkistandan Nodira N. Shotursunova, Türkmənistandan Gulbahar İlliyeva, Şimali Kipr Türk Respublikasından isə Yaprak Özyalçın iştirak ediblər.
Yığıncağın qərarına əsasən, Türkmənistan təmsilçisi rəsmi olaraq Qadın Sahibkarlar Komitəsinin tərkibinə daxil olub. Bundan sonrakı dövrdə bütün ölkələrin nümayəndələrinin öz dillərində danışmalarının qərara alınması da təqdirəlayiq haldır. Daha sonra 2021-ci ildə komitənin qəbul olunmuş əsasnaməsinə dair qərarlara istinadən Qadın Sahibkarlar Komitəsinin sədrliyi Səkinə Babayevadan Qazaxıstan Respublikasının nümayəndəsi Ləzzət Kerimkulovnaya təhvil verilib.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə telekanalı: Xankəndi inkişafının yeni səhifəsinə hazırlaşır
27 Iyul
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Iyul
İstanbulda PKK-nın 13 tərəfdarı saxlanılıb
27 Iyul
İranın yeni seçilən prezidenti sabah and içəcək
27 Iyul
Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb
27 Iyul
Viktor Orban: Avropa sülh siyasətini qəbul etməlidir
27 Iyul
Olimpiadada jurnalistləri daşıyan avtobus qəzaya düşüb
27 Iyul
AKAF-ın baş katibi: Parisdə yaxşı nəticə göstərəcəyimizə inanıram
27 Iyul
Paris-2024-də ilk medalçılar bəlli olub
27 Iyul
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
Uzaqgörənlik24 Iyul 2024
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!