03 Oktyabr 2024 19:27
7536
Səfərlər
A- A+
Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib YENİLƏNİB

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, “Sarıqışlaq” SES Oxçuçayın üzərində kaskad üsulla tikilən Zəngilan silsiləsindəki 4 SES-dən biridir və buna qədər digər 3 SES - “Cahangirbəyli”, “Şayıflı” və “Zəngilan” Su Elektrik stansiyaları dövlətimizin başçısının iştirakı ilə istismara verilib.

Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq tikilən “Sarıqışlaq” SES-də eyni vaxtda derivasiya borularının montajından, bünövrə işlərindən tutmuş maşın zalının tikilməsinə, açıq paylayıcının qurulmasına qədər bütün işlər tam normativ qaydalara uyğun həyata keçirilib.

Flora və faunanın qorunması üçün xüsusi qurğular quraşdırılmaqla yaradılan baş suqəbuledicidən çıxan suyun 35 faizi çay məcrasında saxlanılmaqla derivasiya boruları çəkilib və borudan çıxan suyun itkisiz şəkildə çaya təkrar buraxılması təmin edilib.

“Sarıqışlaq” SES-də tikilən maşın zalında çayda su azalarkən özünü avtomatik dayandıra bilən 2 ekoturbin quraşdırılıb ki, bu turbinlər Oxçuçayın ekoloji axımından iki dəfə artıq suyun çayda saxlanılmasını təmin edir.

Qeyd olunub ki, su elektrik stansiyasında 110 kV-luq açıq paylayıcı qurğu tikilib. Bu qurğu nəinki “Sarıqışlaq” SES-də, eyni zamanda “Şayıflı” SES-də istehsal olunan yaşıl enerjinin sistemə ötürülməsi funksiyasını icra edir. Burada həm yarımstansiya, həm də bütövlükdə su elektrik stansiyası rəqəmsal avadanlıqlarla təchiz edilərək avtomatik idarəetmə sistemi ilə təmin olunub.

“Sarıqışlaq”da il ərzində 33 milyon kilovat-saatadək elektrik enerjisinin istehsal olunması, bununla da 7,4 milyon kubmetr qaza qənaət edilməsi və atmosferə atılan 13 min ton karbon qazının qarşısının alınması nəzərdə tutulur.

Prezident İlham Əliyev “Sarıqışlaq” Su Elektrik Stansiyasını işə saldı.

Qeyd edək ki, “Sarıqışlaq” SES-in də daxil olduğu 4 SES-dən ibarət 42 meqavatlıq Zəngilan silsiləsi işğaldan azad edilən ərazilərdə yaradılan ən böyük silsilədir.

Yerli mütəxəssislər tərəfindən layihələndirilməklə, tam yeni tikilmiş 42 MVt gücündə kaskad tipli bu 4 stansiya qoyuluş gücünün 70 faizdən çox hissəsi ilə çalışır. Burada istehsal olunun enerjinin bir hissəsi daxili tələbata sərf edilir, artıq qalan enerji isə ölkə enerjisisteminə yönləndirilir. Bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.

Ümumilikdə isə bu günədək “AzərEnerji” tərəfindən Qarabağda və Şərqi Zəngəzurda istismara verilən 270 meqavat gücündə 32 Su Elektrik Stansiyasında hava şəraitindən asılı olan digər bərpaolunan enerji mənbələrindən fərqli olaraq, 24 saat fasiləsiz yaşıl enerji istehsal edilir.

Prezident İlham Əliyevin regionun yaşıl enerji zonasına çevrilməsi barədə qəti mövqeyinin nəticəsi kimi ölkə enerjisistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionları istismarda olan su elektrik stansiyaları hesabına ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı bölgəyə çevrilib və elektrik enerjisi tələbatı tam həcmdə yaşıl enerji hesabına təmin edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yeni dişlərin yetişdirilməsinə kömək edən dərmanın testlərinə başlanılıb

18:22
23 Dekabr

İdmanda 2025-ci il üçün qadağan edilmiş maddələrin siyahısı Azərbaycan dilinə tərcümə olunub

18:20
23 Dekabr

Honda və Nissan birləşmək niyyətindədirlər

18:18
23 Dekabr

Hidrogenlə işləyən yük maşını dünya rekordu qırıb

18:17
23 Dekabr

Serbiyanın Baş nazirinə Azərbaycanın yaşıl enerji istehsalı potensialı barədə məlumat verilib  

18:16
23 Dekabr

Ceyhun Bayramov Serbiya Prezidenti ilə görüşündə regional təhlükəsizlik məsələlərini müzakirə edib

18:15
23 Dekabr

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

18:14
23 Dekabr

Vyetnamda ilk dəfə metro fəaliyyətə başlayıb

18:09
23 Dekabr

Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib YENİLƏNİB

18:08
23 Dekabr

Dövlət Sərhəd Xidməti ilə Türkiyə Respublikasının Quru Qoşunları arasında əməkdaşlıq genişlənəcək  

18:06
23 Dekabr

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

18:05
23 Dekabr

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçdən

18:04
23 Dekabr

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

18:02
23 Dekabr

Qazaxıstanın nəqliyyat naziri: 2025-ci ildə Ələt limanında terminal tikintisinə başlanılacaq

18:01
23 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

18:00
23 Dekabr

Videolarda insanların realistik şəkildə yaşını dəyişən süni zəka alqoritmi təqdim edilib

17:46
23 Dekabr

Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib – SƏRƏNCAM

17:42
23 Dekabr

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında

17:39
23 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab nəşr olunub

17:13
23 Dekabr

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

17:11
23 Dekabr

TÜRKSOY-un Baş katibi Sultan Raevdən

17:10
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!