13 Oktyabr 2024 09:25
2632
Mədəniyyət
A- A+
Zəfər abidəsi gənclərin gözü ilə

Zəfər abidəsi gənclərin gözü ilə


Üstündən illər, əsrlər keçsə də, xalqların tarixində baş vermiş böyük əhəmiyyətə malik hadisələr heç vaxt unudlumur, yaddaşlara həkk olunaraq daim yaşayır və yaşadılır. Zaman keçdikcə bu tarixi hadisələr haqqında bir-birindən qiymətli kitablar yazılır, dəyərli tarixi filmlər çəkilir, möhtəşəm  abidələr ucaldılır. Xalqın taleyində böyük rol oynamış həmin hadisələr bu kitablarda, bu filmlərdə, bu abidələrdə əbədi olaraq tarixləşir. 

27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlanan 44 günlük Vətən müharibəsinin Zəfərlə başa çatması hamımızın qəlbində böyük qürur hissi oyatdı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında 30 ilə yaxın davam edən işğala birdəfəlik son qoydu. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda uğurla həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran və başqa şəhərlər, qəsəbələr illərdən bəri bu bölgədə kök salmış erməni separatçılarından və Ermənistan silahlı qüvvələrinin tör-töküntülərindən təmizləndi. Təbiidir ki, qələbə asanlıqla qazanılmadı. Torpaqlarımızın azadlığı uğrunda cəsur oğullarımız şəhid oldular. Zəfər Azərbaycan dövlətinin və xalqının  gücü, qüdrəti, sarsılmaz birliyi ilə əldə olundu. Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu. Buna görə də inamla demək olar ki, İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Müzəffər Ali Baş Komandanın şah əsəridir. Bu zəfər nəticəsində xalqımız çoxdan gözlədiyi arzusuna çatdı. 44 günlük Vətən müharibəsi haqqında zaman-zaman kitablar yazılacaq, filmlər çəkiləcək, abidələr ucaldılacaq.

Təbiidir ki, bu kitabların yazılmasında, filmlərin çəkilməsində və abidələrin ucaldılmasında cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclər də fəal iştirak edirlər.  Bakı Mühəndislik Universitetinin Dizayn-memarlıq fakültəsinin 3-cü kurs tələbələri Kənan Behbudzadə və İbrahim Mahmudov düşmən üzərində qazanılan Zəfərə öz töhfələrini veriblər. Bu tələbələrin ikisi də müharibə nə olduğunu çoxlarından yaxşı bilirlər. Çünki Kənanın da, İbrahimin də ataları Qarabağ müharibəsinin od-alovundan keçiblər. 

Gənclərin bacarıqlarını nəzərə alan modelləşdirmə fənnini tədris edən müəllim Rasim Qurbanov onlara Zəfər günü ilə bağlı sərgi üçün eksponat hazırlamağı tapşırıb. Təbiidir ki, sərgiyə yüksək peşəkarlıqla hazırlanmış əsərlər təqdim edilməliydi. Bunu ürəklərində, qəlblərində duyan tələbələr işə böyük məsuliyyətlə yanaşaraq, bacarıqlarını ortalığa qoyub bir-birindən fərqli eskizlər çəkir, mövzuya uyğun müzakirə və təhlillər aparırdılar. Əsərlərinin bəyənilməsi, başqalarından seçilməsi üçün ən yaxşı formaya üstünlük verirdilər. Yaxşı əsərlərin yaranması, meydana gəlməsi üçün yüksək təfəkkür tələb olunur. Bu günə qədər yaradılan bütün dəyərli əsərlərin arxasında bacarıq, gərgin zəhmət və zəngin təcrübə dayanıb. Hər iki tələbədə Zəfər günü üçün bəyəniləcək, diqqətləri cəlb edəcək eskiz yaratmağa kifayət qədər təfəkkür və bacarıq var idi. Elə ona görə də qısa müddət ərzində ortaya çox maraqlı əsər qoydular. 

İkinci Qarabağ müharibəsinin tarixinə dərindən bələd olan gənclər döyüşlərin davam etdiyi günlərin sayının rəmzi olan 44 rəqəmini yaratdıqları əsərin fabulası kimi təqdim ediblər: Yan tərəflərdən 44, üst tərəfdən 8 rəqəmləri isə Azərbaycan gerçəkliyinin, 8 Noyabr - Zəfər Gününün simvoludur. Eskizdən aydın göründüyü kimi, 44 rəqəmi 8 rəqəmi ilə üzvi şəkildə bir-birinə bağlıdır. Quruluşuna görə 8 rəqəmi həm də sonsuzluğu, yəni zəfərimizin, qələbəmizin əbədiliyini göstərir. Tələbələr bu eskizləri ilə demək istəyirlər ki, 44 gün davam edən və noyabrın 8-də qazanılan Zəfər xalqımızın yaddaşında daim qürurla yaşadılacaq, iftixarla xatırlanacaq! Tələbələrin Zəfərimizə töhfələri olan bu əsəri qürurun abidəsi adlandırmaq çox düzgün olardı.

Bakı Mühəndislik Universitetinin müəllimləri, tələbələri Kənanla İbrahimin  Zəfərimizə həsr etdikləri əsərinə çox böyük heyranlıqla baxırlar. Ali təhsil ocağına gələn rəsmi qonaqlar da tələbələrin təfəkkürlərinin məhsulu olan eskizləri yüksək qiymətləndirirlər. Göründüyü kimi, 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən gənclik Zəfər abidəsinin hazırlanmasına da öz töhfələrini verir.

Kənan Behbudov bizimlə söhbətində dedi ki, sərgiyə hazırlaşanda xeyli müzakirədən sonra məhz 44 və 8 rəqəmlərini həm ayrılıqda, həm də vəhdətdə təqdim etmək fikrinin üstündə dayanıblar. İbrahimlə birgə zəfərimizə layiq əsər hazırlamaq üçün müxtəlif eskizlər üzərində işləyiblər. Nəhayət ki, axtarışlar müsbət nəticə verib: "Əsərimizin bəyənildiyini eşidəndə sevindik. İbrahimlə düşünürük ki, bu, yalnız başlanğıcdır. Biz gələcək fəaliyyətimizdə də Zəfərimizə böyük töhfələr verəcəyik, maraqlı və dəyərli eskizlər hazırlayacağıq". 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!