Zamanın fövqündə dayanan ədəbi irs
Azərbaycan ədəbiyyatının formalaşmasında, yeni yaradıcılıq prinsiplərinin işlənib hazırlanmasında və bədii kamillik zirvəsinə çatmasında böyük rol oynamış görkəmli yazıçı, nəzəriyyəçi və tənqidçilərdən biri də Mehdi Hüseyn olmuşdur.
Müasirləri onu yaradıcılığının ilk addımlarından son nəfəsinə qədər ədəbiyyat cəbhəsində vuruşan əsgər kimi tanımışlar. Həmişə sözə yüksək dəyər verən Mehdi Hüseyn yazdığı bir-birindən maraqlı əsərləri ilə ədəbiyyatımızı daha da zənginləşdirmişdir. Onun əsərləri bu gün də sevilə-sevilə oxunur.
Mehdi Əli oğlu Hüseynov (Mehdi Hüseyn) 1909-cu il martın 22-də Qazax rayonunun II Şıxlı kəndində anadan olub. 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1938-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində akademiya tipli kinossenaristlər kursunda təhsil alıb. Mehdi Hüseyn əlli altı illik ömrünün qırx ilini XX əsr Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafına həsr edib. Xalq yazıçısı Mehdi Hüseyn keçmiş SSRİ və Azərbaycan Ali Sovetlərinə deputat seçilib. Böyük yazıçı, dövlət adamı, ictimai-siyasi xadim olan Mehdi Hüseyn xalqımızın çoxəsrlik ədəbiyyatını və zəngin mədəniyyətini dünyanın bir sıra ölkələrində layiqincə təmsil edib.
Yaşadığı ömür yollarını vərəqlədikcə öyrənirik ki, Mehdi Hüseyn yaradıcılığa müxbir yazıları ilə başlayıb. Bir-birinin ardınca müxtəlif mövzularda bir sıra məqalələr qələmə alan Mehdi Hüseyn çox keçmədən klassik irsə münasibət, yeni insan təsviri, yeni mövzular aləmi ilə bağlı geniş mühazirələrdə çıxış edib. Yazıçı bu məqalələri ilə gələcək yaradıcılıq yollarına yeni uğurlar açıb. Mehdi Hüseyni fərdi xüsusiyyətlərə malik nasir kimi tanıdan ilk əsəri "Tərlan" romanı olub.
Mehdi Hüseyn otuzuncu illərdən bir nasir kimi bədii əsərlərlə çıxış etməyə başlayıb. O, ilk olaraq 1930-cu ildə "Xavər" və "Bahar suları" adlı hekayələrini oxuculara təqdim edib. Mehdi Hüseyn 1931-1937-ci illərdə daha irihəcmli əsərlər yazmağa başlayıb və uğur qazanıb.
Böyük yazıçının ilk hekayəsi 1927-ci ildə nəşr edilib. İlk irihəcmli əsəri məhəbbət mövzusunda yazdığı "Kin" povestidir. Yazıçı müharibə mövzusunda "Nişan üzüyü" hekayəsini, "Fəryad" və "Ürək" povestlərini yazıb. Bakı neftçilərinin bədii obrazını 1948-ci ildə yazdığı "Abşeron" romanında bütün dolğunluğu ilə əks etdirib. Bu roman ona böyük şöhrət qazandırıb, dərsliklərə salınıb.
Mehdi Hüseyn tarixi mövzuda dram əsərləri də qələmə alıb. "Cavanşir", "Nizami", "Şamil" pyeslərində görkəmli şəxsiyyətlərin obrazlarını geniş işıqlandırıb. Yazıçı bu dramlarında Azərbaycan xalqının vətənpərvərliyini, qəhrəmanlıq ənənələrini qabarıq şəkildə əks etdirib.
M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini "Yeraltı çaylar dənizə axır" romanında bədii şəkildə, böyük sənətkarlıqla əks etdirib. O, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan Xalq yazıçısı və SSRİ Dövlət mükafatı laureatıdır. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930-34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958-1965) vəzifələrində çalışıb.
Mehdi Hüseynin "Bizdə futurizm cərəyanı" ilk tənqidi məqaləsi 1926-cı ildə işıq üzü görmüşdür. "Daşqın" (1933-36) romanında nasir fərdi xüsusiyyətləri ilə seçilən süjetlər yaratmışdır. Azərbaycan ədəbiyyatının ən mühüm tarixi əsəri olan "Səhər" (1953), "Tərlan" (1940), "Vətən çiçəkləri" (1942), "Moskva" (1942), "Ürək" (1945), "Fəryad" (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, insanların mərdliyi və qəhrəmanlığı geniş şəkildə tərənnüm olunmuşdur.
Neftçilərin həyatından bəhs edən "Abşeron" (1949), müəyyən mənada onun davamı olan "Qara daşlar" (1957-59) və ölməz "Yeraltı çaylar dənizə axır" (1965-1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından oxucuların diqqətini cəlb edir.
M.Hüseynin romanları həqiqi bədii istedadın və yüksək təfəkkürün məhsuludur. Görkəmli yazıçının əsərlərində zəngin məna potensialı var. Bu cəhət onun əsərlərinin bütün zamanlarda oxunacağına zəmanət verir. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunub.
Dərinməzmunlu əsərləri ilə ədəbiyyatımıza böyük töhfələr vermiş Mehdi Hüseyn 1965-ci il martın 10-da Bakıda vəfat etmişdir. Mehdi Hüseyn böyük bir məktəb idi. Həmin məktəbdən bu gün yenə də milyonlarla oxucu faydalanır. Əsərlərinin dolğunluğundan, zamanla səsləşməsindəndir ki, onun qoyub getdiyi ədəbi irsə maraq heç vaxt azalmır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən ad...
09 May
Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar
09 May
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
09 May
Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib
09 May
Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlar...
09 May
İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik ...
09 May
Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək
09 May
Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq
09 May
Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq ...
09 May
Azərbaycan sabitlik və iqtisadi möcüzələr yaradan ölkədir
09 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!