Yurd həsrəti ilə dünyadan köçən alim
Azərbaycan mətbuatının görkəmli tədqiqatçılarından biri yazıçı, tənqidçi, pedaqoq, filologiya elmləri doktoru, professor Nazim Fərrux oğlu Axundov 20 iyun 1924-cü ildə Şuşa şəhərində müəllim ailəsində anadan olub. Həyatını ədəbi-mədəni yaddaşımızın öyrənilməsinə həsr edən görkəmli alim Nazim Axundov ilk təhsilini Tərtər rayonunun Qazax kəndində alıb.
Professor Nazim Axundovun ömür yolu, xüsusilə həyatının gənclik illəri olduqca keşməkeşli bir dövrü əhatə edib. Stalin-Beriya cütlüyünün dəhşətli repressiya maşını insanları "üyütdüyü" bir zamanda o, 1937-ci ildə Bakı Pedaqoji Məktəbinə daxil olub. Bu dəhşətli illərdən salamat qurtulan Nazim Axundov pedaqoji təhsilini başa vurduqdan sonra müharibə illərində - 1940-1944-cü illərdə kənd məktəblərində müəllimlik edib. İşlədiyi illərdə təhsilinin qayğısına qalmağı da unutmayıb. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsində ali təhsilini tamamlayan Nazim Axundov 1945-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasına daxil olub.
1948-ci ilin oktyabrında "Molla Nəsrəddin" jurnalının nəşri tarixinə aid tədqiqlər" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adını alıb.
1966-cı ildə isə "Azərbaycan satira jurnalları" mövzusunda doktorluq dissertasiyası müdafiə edən N.Axundov elmi axtarışları, ədəbi irsi, bədii yaradıcılığı qədər həyat və fəaliyyəti də zəngin olub.
Nazim müəllim 1948-1950-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinin dekanı, 1950-ci ilin mart ayından 1952-ci ilə qədər Quba Pedaqoji İnstitutunun, 1953-1956-cı illərdə isə H.Zərdabi adına Kirovabad (indiki Gəncə) Pedaqoji İnstitutunun direktoru işləmişdir. 1953-cü ildə Elmi-Tədqiqat Pedaqogika İnstitutunda baş
elmi işçi, 1958-ci ildən isə Azərbaycan SSR Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru olmuşdur. 1961-ci ilin iyunundan Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutunun dövri mətbuat və biblioqrafiya şöbəsinin müdiri, 1971-ci ildən "XX əsr Azərbaycan ədəbiyyatı" şöbəsində baş elmi işçi vəzifələrində çalışmışdır.
Ömrünü elmi axtarışlarda, arxivlərdə keçirən Nazim Axundovun ilk monoqrafiyası və mətbuat tariximizin öyrənilməsində ilk sanballı tədqiqat sayılan "Molla Nəsrəddin" jurnalının nəşri tarixi" 1959-cu ildə işıq üzü görüb.
Nazim Axundov həm mətbuat tariximizin, həm də ədəbiyyatımızın cəfakeş tədqiqatçılarındandır. Alimin 100-dən artıq elmi-tənqidi və biblioqrafik məqaləsi, broşür və kitabı nəşr olunub. "Molla Nəsrəddin" jurnalının tarixinə və nəşrinə dair tədqiqatlar N.Axundov yaradıcılığında xüsusi yer tutur. Alim yuxusuz gecələrinin, gərgin əməyinin nəticəsi ilə ərsəyə gətirdiyi "Azərbaycanda dövri mətbuat", "Azərbaycan satira jurnalları", "Azərbaycan mətbuatının ilki ("Əkinçi"-100)", "Azərbaycan dövri mətbuatı (biblioqrafiya)", "Hümmət" qəzetinin izahlı biblioqrafiyası", "Sənədlərin dili ilə" kitabları mətbuat tariximizin öyrənilməsində və tədqiqində müstəsna əhəmiyyətə malikdir.
Nazim Axundovun elmi-ədəbi fəaliyyəti böyük bir spektrı əhatə edir. "Nizaminin epoxası", "Mirzə Fətəli Axundov", "Mirzə Ələkbər Sabir", "Məmməd Səid Ordubadi", "Cəfər Cabbarlı" kimi sanballı əsərləri, bir çox biblioqrafik kitabları Azərbaycan ədəbiyyatşünaslığını zənginləşdirən olduqca dəyərli nümunələrdir.
Nazim müəllim qarabağlı idi. Şuşanın buz bulaqlarının suyunu içib, təmiz havasını udub, gözəl, səfalı ormanlarında gəzib böyümüşdü. Ermənilər Qarabağda separatçılığa başlayanda professor Nazim Axundov 1991-ci ildə "Qarabağnamələr" kitabını tərtib edərək yenidən çap etdirir. Bu kitab Qarabağın tarixinə aid faktlarla olduqca zəngin, o zaman tarixi faktları saxtalaşdıran erməni tarixçilərinə verilən tutarlı bir cavab idi. 1992-ci ilin may ayında ermənilərin Şuşanı işğal etmələri vətənsevər, yurdsevər alimə bir dərd oldu. Şuşa həsrətinə dözməyən alim 1994-cü ilin mart ayında dünyasını dəyişdi.
Professor Nazim Axundovun canı qədər sevdiyi Şuşanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qəhrəman oğullarımız canlarını fəda edərək azad etdilər. Bu gün Şuşa mədəniyyət paytaxtı olmaqla sülhün, birliyin, qardaşlığın rəmzinə çevrilib. Şuşa yenidən bərpa edilir, qurulur, gündən-günə gözəlləşir.
İndi Şuşa həsrətinə dözməyib dünyadan köçən insanların ruhu da bu gözəl məkanın özü kimi rahatdır.
Elşən QƏNİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Iyul
İstanbulda PKK-nın 13 tərəfdarı saxlanılıb
27 Iyul
İranın yeni seçilən prezidenti sabah and içəcək
27 Iyul
Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb
27 Iyul
Viktor Orban: Avropa sülh siyasətini qəbul etməlidir
27 Iyul
Olimpiadada jurnalistləri daşıyan avtobus qəzaya düşüb
27 Iyul
AKAF-ın baş katibi: Parisdə yaxşı nəticə göstərəcəyimizə inanıram
27 Iyul
Paris-2024-də ilk medalçılar bəlli olub
27 Iyul
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
Rəssam dronun ilk əsəri nümayiş olunub
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!