25 Iyul 2024 15:34
210
İDMAN
A- A+

Yığma komandanın 5 üzvündə koronavirus aşkarlanıb


Paris-2024 Yay Olimpiya Oyunları başlamazdan əvvəl Avstraliyanın qadın su polosu komandasının beş üzvündə koronavirus aşkarlanıb. "Olimpiyadunyasi.com" "RMS Sport"a istinadən xəbər verir ki, komandanın digər üzvlərinin, eləcə də kişilərdən ibarət yığmanın infeksiyaya yoluxmaması üçün tədbirlər görülüb.
"Koronavirusu qrip kimi digər viruslarla eyni şəkildə müalicə edirik. Biz Tokioda deyilik. Komandamızın üzvləri arasında ciddi hal baş verməyib. Onlar məşqlərə davam edirlər. Parisə təcrübəli hakim personalı ilə gəlmişik. Onlar öz işinin öhdəsindən gələcəklər. Narahatlıq üçün heç bir əsas görmürük", - deyə Avstraliya nümayəndə heyətinin rəhbəri Anna Mears bildirib. 
Avstraliyanın qadınlardan ibarət yığmasının ilk oyunu iyulun 31-də Niderlanda qarşı olacaq.

“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video