24 Aprel 2025 16:16
494
SİYASƏT
A- A+
YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir  

YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir  

Çində səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 24-də Urumçi şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Siyasi Partiyalar Forumunun “İnkişaf imkanlarını paylaşmaq və iqtisadi qloballaşmanı təşviq etmək” adlı panel sessiyasında iştirak edib.

YAP-dan AZƏRTAC-a bildirilib ki, Tahir Budaqov panel sessiyasında çıxış edib.

O qeyd edib ki, müstəqil dövlətlər öz sosial-iqtisadi resurslarına, demoqrafik potensialına, coğrafi mövqeyinə və digər bir sıra mühüm amillərə görə strateji prioritetlərini müəyyən edərək çağdaş reallıqlara və qlobal çağırışlara uyğun siyasət həyata keçirməklə davamlı inkişafa nail olmağa çalışırlar. Ölkələrin hər biri spesifik xarakter daşısa da, ümumən başlıca sosial-iqtisadi məqsədləri, o cümlədən makroiqtisadi sabitliyin, sosial inklüzivliyin təmini, vətəndaş rifahının yüksəldilməsi kimi məsələləri özündə ehtiva edir.

YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, istər Cənubi Qafqaz regionunun lider dövləti olaraq beynəlxalq müstəvidə yüksək nüfuza malik Azərbaycan, istərsə də dünyada aparıcı güc mərkəzlərindən biri kimi çıxış edən Çin özünəməxsus inkişaf modelinə sahibdir: “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsi kimi yeni iqtisadi fenomen – “inkişafın Azərbaycan modeli” kimi səciyyələndirilən nümunə dünya siyasi və iqtisadi elitasının diqqətini cəlb edib. Müstəqillik illərində Azərbaycanın iqtisadi sistemi gücləndirilərək xarici təsirlərə davamlı hala gətirilmiş, maliyyə imkanları genişləndirilmiş, ümumdaxili məhsul, büdcə gəlirləri, xarici ticarət dövriyyəsi, ixracın həcmi dəfələrlə artmış, ölkənin strateji valyuta ehtiyatları xarici borcu 14 dəfə üstələmişdir”.

Ölkəmizin iqtisadi inkişafı prosesində milli və qlobal çağırışlardan irəli gələn vəzifələrin, o cümlədən ətraf mühitin mühafizəsi faktorunun ön plana çəkildiyini söyləyən Tahir Budaqov vurğulayıb ki, biomüxtəlifliyin, su hövzələrinin, o cümlədən Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi, ekoturizmin inkişafı, təbii sərvətlərdən və bərpaolunan enerji mənbələrindən səmərəli istifadə xüsusi diqqət mərkəzində saxlanılır. Azərbaycanın ötən ilin noyabr ayında COP29-a uğurla ev sahibliyi etməsi və bunun nəticəsi olaraq paytaxt Bakıda iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair qlobal əhəmiyyətli qərarların qəbulu isə ölkəmizin “yaşıl inkişaf” siyasəti həyata keçirməklə iqtisadi qloballaşmanın təşviqində mühüm rol oynadığını təsdiqləyir.

YAP Sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi prioritetlər öz əksini tapıb. Bu prioritetlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi bütövlükdə isə qloballaşma şəraitində milli məqsədlərin gerçəkləşdirilməsi və dayanıqlı inkişafın təmini baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Bu gün ölkəmizin dostu və etibarlı strateji tərəfdaşı olan Çinin inkişaf yolunun da dünyada böyük maraq və diqqətlə izlənildiyini, həyata keçirilən siyasət nəticəsində qazanılan uğurların beynəlxalq müstəvidə, o cümlədən Azərbaycanda yüksək qiymətləndirildiyini vurğulayan YAP Mərkəzi Aparatının rəhbəri bildirib ki, Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin yeni dövrdə bərabərlik, sosial ədalət, ictimai rifah, kollektiv inkişaf və güclü dövlətçilik prinsiplərinə əsaslanan Çin xüsusiyyətli sosializm konsepsiyası həm Çinin müstəqil dövlət kimi tərəqqisinə, həm də bəşəri mahiyyəti ilə xalqların xoşbəxt gələcəyinə hesablanmışdır.

Tahir Budaqov vurğulayıb ki, dövlət başçılarının iradələri sayəsində müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi məqsədilə ötən il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"də əksini tapan mühüm məsələlərdən biri də qarşılıqlı fəaliyyət əsasında hər iki ölkənin davamlı inkişafının təşviqidir.

YAP Sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi dövlət səfəri ölkələrimiz arasında əməkdaşlığın inkişafına əlavə təkan verəcək və yeni məzmun kəsb etməklə ümumi dəyərlərə, mədəni köklərə və qarşılıqlı iqtisadi maraqlara əsaslanan çoxəsrlik Azərbaycan-Çin münasibətlərinin növbəti tarixi mərhələsinin əsasını qoyacaqdır. Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası isə ənənəvi dostluq münasibətlərinə və ötən ilin noyabrında imzalanmış əməkdaşlıq memorandumunun müddəalarına əsaslanaraq bu prosesdə fəal iştirak etmək və qarşıya qoyulan vəzifələri inamla yerinə yetirmək əzmindədir.

YAP nümayəndə heyəti forumdan sonra Çinin Çjetsyan vilayətinin Xançjou şəhərinə yola düşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!