21 May 2026 15:46
266
SİYASƏT
A- A+
YAP-da Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq müstəvisində inkişafı vurğulanıb

YAP-da Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq müstəvisində inkişafı vurğulanıb


Mayın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çinin ölkəmizdəki səfiri Lu Mey arasında görüş keçirilib.

YAP-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə dövlət başçılarının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan-Çin münasibətlərinin dostluq və hərtərəfli strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, iki ölkə arasında konstruktiv siyasi dialoq şəraitində son zamanlar iqtisadi-ticari, nəqliyyat-logistika, təhsil, turizm, mədəni, humanitar və digər sahələrdə əlaqələr daha da genişlənib.

Mayın 17-də Bakıda öz işinə başlayan və Çinin yüksəksəviyyəli nümayəndə heyətinin də təmsil olunduğu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13 Sessiyasının qlobal urbanizasiya gündəliyi ilə əlaqədar aktual mövzuların müzakirəsi və beynəlxalq müstəvidə dayanıqlı şəhərsalma siyasətinin təşviqi baxımından əhəmiyyəti qeyd olunub. Forum çərçivəsində mayın 18-də Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çinin Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçi arasında keçirilən görüşün əhəmiyyəti vurğulanıb. Separatizmin bütün forma və təzahürlərini pisləyən Azərbaycanın “Vahid Çin” siyasətinə, həmçinin Çinin ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qətiyyətli dəstəyinin müstəsna önəm daşıdığı qeyd edilib.

Görüş zamanı YAP ilə Çin Kommunist Partiyası (ÇKP) arasında əlaqələrin sürətli inkişafından məmnunluq ifadə olunub. 2024-cü ilin noyabrında hakim partiyalar arasında imzalanmış Əməkdaşlıq memorandumundan irəli gələn vəzifələrin uğurla icra edildiyi bildirilib.

2026-cı il mayın 11-15-də YAP nümayəndə heyətinin dost ölkəyə səfəri çərçivəsində keçirilən məhsuldar görüşlərin həm partiyalar, həm də dövlətlər arasında münasibətlərin inkişafına xidmət etdiyi vurğulanıb. Təmasların intensivləşdirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin və birgə layihələrin həyata keçirilməsinin önəminə diqqət çəkilib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov səfər zamanı göstərilən yüksək diqqətə və qonaqpərvərliyə görə Çin Kommunist Partiyasının rəhbərliyinə və səfirə təşəkkürünü bildirib. O, əməkdaşlığın dərinləşdirilməsinə hədəflənən qarşılıqlı səfərlərin davamlı xarakter daşıyacağına və birgə fəaliyyət nəticəsində bundan sonra da ardıcıl nailiyyətlərin qazanılacağına inamını ifadə edib.

Səfir Lu Mey YAP nümayəndə heyətinin səfərlə bağlı xoş təəssüratlarının məmnunluq doğurduğunu diqqətə çatdırıb. Çinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edən səfir qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün mövcud imkanlardan səmərəli istifadənin vacibliyinə toxunub.

YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərov isə səfər çərçivəsində DİA ilə ÇKP Mərkəzi Komitəsinin Ali Partiya Məktəbi arasında Anlaşma Memorandumunun imzalanmasının dövlət idarəçiliyi və kadr hazırlığı sahəsində əhəmiyyətini nəzərə çatdırıb.

Görüşdə cari ildə nəzərdə tutulan tədbirlər, partiyalararası əməkdaşlığın gələcək istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gecə Bakı və və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq - XƏBƏRDARLIQ

17:35
21 May

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

17:32
21 May

WUF13: “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda PANEL  

17:31
21 May

Bakı-Tbilisi marşrutunda bütün siniflər üzrə minimal tariflər açıqlanıb  

17:26
21 May

Nazir: “Yaşanıla bilən Bakı” layihəsi şəhərdə ekoloji mühitin yaxşılaşdırılması baxımından strateji əhəmiyyətə malikdir  

17:21
21 May

“AzerGold” sədri ilə Esvatini Kralı arasında görüş baş tutub

17:19
21 May

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan  

17:15
21 May

Ukrayna səfiri Azərbaycana göstərilən dəstəyə görə təşəkkür edib

17:13
21 May

Azərbaycan və Tacikistan arasında parlamentlərarası əməkdaşlıq güclənir

17:10
21 May

İspaniyalı ekspert: Urbanizasiyaya sürətli keçid lokal təşəbbüsləri aktual edir

17:07
21 May

BMT rəsmisi: WUF13 ölkələrin bir-birinə dəstəyi baxımından mühüm əhəmiyyət daşıyır

16:57
21 May

UNITAR "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir

16:54
21 May

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan

16:52
21 May

Alissa Bankovska: Evlərin təhlükəsiz şəkildə tikilməsi gələcəkdə yarana biləcək risklər baxımından vacibdir  

16:52
21 May

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib  

16:50
21 May

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən

16:49
21 May

Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostindən

16:48
21 May

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən  

16:47
21 May

Ombudsman Aparatı ilə AHİK arasında əməkdaşlıq memorandumu imzalanıb

16:46
21 May

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Böyük Qayıdış Proqramını yüksək qiymətləndirib  

16:45
21 May

Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Kristin Karla Kanqaludan

16:45
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!