23 İyun 2026 09:00
188
İQTİSADİYYAT
A- A+
Yağışlar baramaçılığa təsir etsə də...

Yağışlar baramaçılığa təsir etsə də...


Tovuzda baramaçılığa böyük maraq var. Təkcə keçən il 20 kümçü 40 qutu tut ipəkqurdu götürərək 1841,5 kiloqram yaş barama təhvil vermişdir. 

Lakin Tovuz baramaçıları bu rəqəmi son hədd hesab etmirlər. Bu il də 20  kümçü 70 qutu  barama tut ipəkqurdu götürmüşdür. Onlar əvvəlki ildəkindən xeyli çox - 2800 kiloqram yaş barama istehsal etməyi qərara almışlar. Hazırda barama istehsalının gərgin dövrüdür. Kümçülər arıq 500 kiloqrama yaxın barama təhvil vermişlər.  

Cəlilli kənd sakini Kəmaləddin Məmmədov cari il öhdəlik götürdüyü 40 kiloqram əvəzinə indiyədək 41,2 kiloqram barama tədarük etmişdir. Düz Cırdaxan kənd sakini Samir Axundov da götürdüyü öhdəliyə əməl etmişdir - 60 kiloqram yaş barama təhvil vermişdir. Qədirli kəndinin sakini Bahadur Hüseynov həmkarından geri qalmır. O, 60 kiloqram əvəzinə 62,6 kiloqram yaş barama istehsal etmişdir.

Son illər Qazaxda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində əməli işlər görülür. Artıq 11-ci ildir ki, rayonda yenidən ipəkqurdu bəslənilir. 2025-ci ildə qazaxlı kümçülər "Azəripək" MMC-yə 1455,8 kiloqram yaş barama təhvil vermişlər. 

Bu il isə onların hədəfi 2000 kiloqramdır. İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Dəmirçilər, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Cəfərli kəndlərində kümçülərə ümumilikdə 50 qutu ipəkqurdu toxumu paylanmışdır.  Artıq kümçülər barama tədarükünə başlamışlar. 

Qeyd edək ki, bu il digər sahələr kimi baramaçılıqda da gərgin vəziyyət yaranmışdır. Havaların qeyri-sabit keçməsi nəticəsində temperatur tez-tez dəyişir ki, bu da baramaçılıqda anormal hal sayılır. Çünki belə havada ipəkqurdları məhv ola bilirlər. Nəticədə kümçülər tərəfindən çəkilən əziyyət heç olur.  Bütün bunları nəzərə alan  mütəxəssislər tez-tez kümçülərin yanında olur, onların işləri ilə maraqlanır, lazımi kömək göstərirlər. 


S.YUNİSOĞLU

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət qulluqçularının təltif edilməsi haqqında

01:50
24 İyun

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:49
24 İyun

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

23:07
23 İyun

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib  

22:21
23 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

22:18
23 İyun

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik  

21:34
23 İyun

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir 

21:02
23 İyun

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

20:57
23 İyun

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

20:46
23 İyun

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

20:35
23 İyun

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib  

20:01
23 İyun

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

19:51
23 İyun

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb  

19:46
23 İyun

Çin günəş paneli sektorunda liderdir

19:39
23 İyun

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

19:38
23 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:33
23 İyun

Enerji böhranında dövlət yardımları iqlimə zərər verir

19:27
23 İyun

Türk dövlətləri arasında rəqəmsal ticarətdə yeni dövr başlayır

19:08
23 İyun

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib  

18:54
23 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

18:52
23 İyun

Süni intellektə keçid edən texnologiya nəhəngi “Oracle” 21 min işçisini ixtisar edib

18:51
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!