Xroniki yorğunluq mövsümi keçidlərdə özünü daha çox göstərir
Rastgəlmə tezliyi artan xəstəliklər arasında xroniki yorğunluq da yer alır. Mövsümi keçidlərdə isə bu hal özünü daha qabarıq şəkildə göstərir.
Əgər insan daim yorğun və halsızdırsa, bu vəziyyət 6 aydan çox davam edirsə və bu yorğunluğun səbəbini heç bir orqan və ya sistem patologiyası ilə izah etmək mümkün deyilsə, bu, xroniki yorğunluq sindromu ola bilər. O, çox yayılmış bir problem olsa da, dəqiq səbəbi hələ müəyyən edilməyib. COVID-19 pandemiyasından sonra isə o, ciddi şəkildə artmağa başlayıb.
Səbəbsiz yorğunluq
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyevin sözlərinə görə, xroniki yorğunluq sindromu bütün yorğunluğa səbəb olacaq amilləri aradan qaldırandan sonra da yorğunluğun davam etməsi deməkdir: "Burada ən böyük səbəb gərgin və stresli iş, yuxu rejiminin qaydasında olmaması, stres faktorunun doğru qiymətləndirilməməsidir. Bu insanlar depressiv olur, halsızlıq, yorğunluq hallarından, daim yatmaq istəyindən və həvəssizlikdən gileylənirlər. İnsanda yorğunluğun və buna bənzər simptomların fərqli bir alt xəstəlikdən qaynaqlandığını tam olaraq anlamaq üçün müvafiq qan testləri və görüntüləmə üsulları aparılmalıdır. Şikayətlərin altında yatan səbəblər araşdırılmalıdır. Xroniki yorğunluq sindromu diaqnozu qoyulan insanlarda müalicə prosesinin planlaşdırılması xəstəliyin şiddəti, gündəlik həyat və iş həyatına təsiri kimi faktorlardan asılıdır. Heç bir səbəb tapılmazsa, hər hansı bir mikroelement və ya vitamin çatışmazlığı aşkarlanmazsa, xroniki yorğunluq sindromunun müalicəsi ilə məşğul olan mütəxəssisə müraciət edib buna uyğun müalicə alınmalıdır".
Xroniki yorğunluğun simptomlarının qısamüddətli stres və yorğunluqdan yaranan simptomlara bənzədiyini söyləyən Z.Quliyev bildirib ki, bu, onların qarışdırılmasına səbəb ola bilər: "Bir insanda hər hansı bir xəstəlikdən sonra müəyyən müddət yorğunluq qala bilər. Daha sonra orqanizm bərpa olunur. Avtomobil idarə edərkən ekranda nasazlıqla bağlı xəbərdarlıq nişanı görən kimi onu ustaya aparırıq. Orqanizmimizdə də vəziyyət eynidir. Hər hansı bir normadan kənar simptom varsa, demək ki, bədənimiz bizə xəbərdarlıq edir. Bunu gözardı etməmək, zamanında müraciət edib problemi aradan qaldırmaq lazımdır.
İmmun zəifliyi xroniki yorğunluğa səbəb olur
Xroniki yorğunluğun bir səbəbi də immunitet zəifliyi ola bilər. İmmun sisteminin bizi kənar amillərdən qoruyan önəmli sistem olduğunu vurğulayan Z.Quliyev qeyd edib ki, bunu COVID-19 pandemiyası dövründə bir daha gördük: "Güclü immun sisteminə sahib olan insanlar koronavirusu daha yüngül keçirdilər. Aktiv və süni immun sistemimiz bizi daxili və xarici patogenlərə qarşı qoruyur. Hər hansı bir xəstəliklə qarşılaşandan sonra bədənimizdə aktiv immunitet yaranır. Süni immunitet isə xəstəliklərə yoluxmamaq üçün yaranmış üsuldur. O da aktiv və passiv olmaqla iki növə ayrılır. Süni aktiv immunitet vaksinlərlə, süni passiv immunitet isə ana bətnindən bədənimizə keçən antitellər ilə yaranır. Süni immunitetlə ya xəstəliyin yüngül keçirilməsi təmin edilir, ya da ümumiyyətlə, yoluxma baş vermir".
Mütəxəssis qeyd edib ki, immun sisteminin zəif olduğunu göstərən önəmli amillərdən biri də insanın tez-tez xəstələnməsidir: "İmmun sisteminin zəifliyi anadangəlmə və sonradan qazanılmış olmaqla müşahidə edilir. Onlar ayırd edilib müvafiq addımlar atılmalı, qabaqlayıcı tədbirlər görülməlidir. Vitamin balansının pozulması da bu hallara səbəb ola bilər. Hər bir vitamin çatışmazlığının öz əlamətləri var. Qış aylarında günəş şüalarından məhrum olduğumuz üçün D vitamini çatışmazlığı müşahidə edilə bilər. Bu, özünü oynaq və əzələ ağrıları, yorğunluq, saç tökülməsi, ayaqlarda spazmlar kimi büruzə verir. Yaddaş zəifliyi, başgicəllənməsi müşahidə edildikdə bu, B12 vitamininin azlığına işarədir. Dəmir çatışmazlığı, qalxanabənzər vəzi xəstəlikləri zamanı saç tökülməsi, dırnaq kövrəkliyi və quru dəri ilə üzləşirik. Sadalanan vitamin çatışmazlığının ortaq əlamətləri kəskin halsızlıq, yorğunluq və yatmaq istəyi gətirir".
Həkim bildirib ki, güclü immunitet üçün doğru yuxu rejimi, balanslı qidalanma, aktiv həyat tərzi önəmli faktordur: "Yuxu rejimi qaydasında olmayan bir insanın güclü immunitet sistemindən söhbət gedə bilməz. Bir insan stres faktorlarını doğru idarə edə bilmirsə, su yerinə enerji içkiləri istifadə edirsə, immun sistemi kəskin zəifləyə bilər. "Fastfood" qidaların üstünlük təşkil etməsi və oturaq həyat tərzi də immunitetimizi zəiflədir. Balanslı və mövsümə uyğun, vitamin və mikroelement cəhətdən zəngin meyvə-tərəvəz qəbulu vacibdir. Lakin əgər bir insanda ciddi immunitet çatışmazlığı varsa, bunu yalnız qidalanma ilə aradan qaldırmaq mümkün deyil. Mütləq mütəxəssisə müraciət edilməlidir".
Ülkər XASPOLADOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2
09 May
Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb
09 May
İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır ...
09 May
“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO ...
09 May
Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb ...
09 May
Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən ad...
09 May
Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar
09 May
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
09 May
Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib
09 May
Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlar...
09 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!