15 Aprel 2025 08:25
529
SİYASƏT
A- A+
"Xristian klubu"nun böhtanları bitmək bilmir

"Xristian klubu"nun böhtanları bitmək bilmir


AŞPA prezidentinin ifadələri isə siyasi əxlaqsızlığın nümunəsidir


"Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, dünyada söz sahibinə çevrilməsi bir sıra böyük beynəlxalq iqtisadi layihələrdə vacib  tərəf kimi çıxış etməsi Azərbaycana düşmən qüvvələri, dövlətləri, xüsusilə, erməni lobbisini çox narahat edir. Korrupsiya və rüşvətxorluğa qurşanmış AŞPA beynəlxalq təşkilat statusundan çıxaraq müəyyən dövlətlərin, qüvvələrin əlində alətə çevrilib".

Bu sözləri "Azərbaycan" qəzetinə Bakı Dövlət Universitetinin kafedra müdiri Kamilə Əliyeva deyib. Bu qurumun mütəmadi olaraq Azərbaycana qarşı qərəzli, böhtan xarakterli qərar və qətnamələr qəbul etdiyini vurğulayan ekspert bildirib ki, bu qərəzli sənədlərin qəbul edilməsinin arxasında Azərbaycana qarşı düşmən qüvvələrin dayandığı heç kimə sirr deyil: "AŞPA-nın başıpozuq bir quruma çevrilməsinə səbəb ona yarıtmaz, başqalarının əlində oyuncaq olan insanın rəhbərlik etməsidir. AŞPA Prezidenti Teodoros Rusopulosun "Alpha News" qəzetinə müsahibəsi zamanı ölkəmizə qarşı səsləndirdiyi fikirlər bu şəxsin nadanlığından, beynəlxalq siyasətdən anlayışı olmamasından xəbər verir. Azərbaycanla bağlı işlətdiyi ifadələr heç bir çərçivəyə sığmır, mədəniyyətsizliyin, siyasi əxlaqsızlığın nümunəsidir. Hazırda AŞPA-nın fəaliyyətı acınacaqlı vəziyyətdədir. Bu, ona rəhbərlik edən şəxsin diktator təfəkkürlü olmasından, eləcə də siyasi əqidəsizliyindən irəli gəlir. Avropa Şurası nizanaməsinin pozulması, AŞPA-nın səlahiyyətlərini aşması nəticəsində Azərbaycan əleyhinə addımlar atılır. Azərbaycan tərəfinin dialoqa açıqlıq nümayiş etdirməsinə baxmayaraq, Rusopulos, Şvabe və  bir sıra şəxslər ölkəmizə qarşı düşmən mövqe nümayiş etdirir, dövlətimizin beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə söykənən mövqeyinə kölgə salmağa çalışırlar".

K.Əliyeva xatırladıb ki, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və siyasi cəhətdən heç bir əsası olmayan qərarının qəbul edilməsinin lehinə səs vermiş 76 üzvünün, o cümlədən Teodoros Rusopulosun adları haqlı olaraq qara siyahıya salınıb və onların Azərbaycana gəlməsi mümkün deyil. Kimliyindən, hansı təşkilatı təmsil etməsindən  asılı olmayaraq, Azərbaycana qarşı haqsız, ədalətsiz, eləcə də düşmən mövqe nümayiş etdirən hər kəs dövlətimiz tərəfindən layiqli cavab alacaq.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!