13 Sentyabr 2025 19:02
964
CƏMİYYƏT
A- A+
Xocalının Daşbulaq kəndinə ilk köç olub 

Xocalının Daşbulaq kəndinə ilk köç olub 

Qarabağa böyük qayıdış prosesi davam edir. Sentyabrın 13-də Xocalı rayonunun Daşbulaq kəndinə yola salınan ilk köç ünvana çatıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən xəbərə görə, 67 nəfərdən ibarət 13 ailəyə müasir tələblərə cavab verən fərdi evlərin açarları təqdim olunub. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, kənddə sakinlərin yaşayışı üçün lazımi infrastruktur yaradılıb, yaşayış məntəqəsi içməli su, elektrik enerjisi, qazla təmin edilib.

Daşbulağa qayıdan sakinlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Beləliklə, Xocalının Daşbulaq kəndinə ilk köçün reallaşması Böyük Qayıdış Proqramının daha bir uğurlu mərhələsi kimi tarixə düşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkədə muzdla çalışan işçilərin sayı artıb

13:00
10 Sentyabr

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

12:55
10 Sentyabr

Koreya səfiri: "KOICA Qarabağ və Şərqi Zəngəzurda kəhrizlərin bərpası layihəsinə başlayacaq "

12:50
10 Sentyabr

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Zati-aliləri cənab İsmail Uld Şeyx Əhmədə

12:45
10 Sentyabr

Sabah Bakıda hava şəraiti dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

12:43
10 Sentyabr

Haqsız rəqabətə qarşı nəzarət güclənir

12:40
10 Sentyabr

Tovuzda bu il ali məktəblərə qəbul olunanlar sırasında şəhid övladları da var

12:35
10 Sentyabr

“Qarabağ KOB-ları” layihəsində yeni mərhələ

12:30
10 Sentyabr

AMB və Dünya Bankı əməkdaşlığın yeni perspektivlərini müzakirə ediblər

12:25
10 Sentyabr

Lənkəranda dövlət proqramının icrası çərçivəsində növbəti hədəflər müəyyən edilib

12:20
10 Sentyabr

Bir qrup gənc Şəmkir RİH-də könüllülük fəaliyyətini başa vurub

12:15
10 Sentyabr

YAP Neftçala rayon təşkilatının XI hesabat konfransı keçirilib

12:10
10 Sentyabr

Salyanda pambıq yığımına hazırlıq yekunlaşmaq üzrədir

12:05
10 Sentyabr

Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

12:00
10 Sentyabr

İsraildə körpə qidasına anestezik maddə qatmaqda şübhəli bilinən şəxsə ittiham irəli sürülüb

11:50
10 Sentyabr

UNESCO xəbərdarlıq edir: Dünyada məktəblərə hücumlar 2025-ci ildə 33 faiz artıb

11:47
10 Sentyabr

D.Tramp, respublikaçılar Konqresə nəzarəti saxlayarsa, hər bir yetkin amerikalıya 5000 dollar vəd edib

11:45
10 Sentyabr

Serbiya Prezidenti növbədənkənar parlament seçkiləri elan etdi

11:43
10 Sentyabr

Suriyada baş verən partlayışda 14 nəfər həlak olub

11:40
10 Sentyabr

Ötən gün 71 cinayətin açılması təmin olunub

11:37
10 Sentyabr

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib  

11:35
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!