18 Iyul 2024 09:00
294
Oxucu məktubları
A- A+

Xəzəl dolu küçələr bizi məyus edir

 

Göyçay rayonu həmişə səliqə-sahmanı ilə seçilib. Son illərdə rayonda böyük dəyişikliklər olub. Göyçayın şəhər planı da fərqli qurulub. Səliqəli və işıqlı küçələr, xüsusi zövqlə tikilən iaşə obyektləri və digər yaşayış strukturu buraya qədəm basan hər kəsi cəlb edir. Rayon mərkəzində ötən əsrin 70-ci illərində inşa edilən yeraltı keçid Şirvan bölgəsində yeganədir.

Bir müddət idi ki, işimlə bağlı rayondan uzaq düşmüşdüm. Həmişə səliqə-sahmanlı gördüyümüz Göyçayın küçələrində xəzəl topalarını, daşınmaz vəziyyətdə qalan zibil yeşiklərini gördük. Sual oluna bilər ki, ağacın xüsusiyyəti xəzəllə sonuclanmaq deyilmi? Bəli, lakin xəzəl töküldüyü yerdə qalanda zibilə çevrilir. Vaxtında təmizlənməyəndə daha eybəcər mənzərə yaradır.

Çox istərdik ki, Göyçay həmişə səliqə-sahmanını qoruyub saxlasın. İnanırıq ki, qısa bir zamanda xəzəl qalaqları təmizlənəcək və küçələrimiz həmişəki kimi səliqəsi ilə seçiləcək. Uca çinarlar isə yaraşıq verdikləri şəhərimizin bəzəyinə çevriləcək. 

Uğur MƏMMƏDOV,

Göyçay rayon sakini

 

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video