30 Mart 2026 14:59
637
Mədəniyyət
A- A+
Xalq artisti Rasim Balayev son mənzilə yola salınıb YENİLƏNİB

Xalq artisti Rasim Balayev son mənzilə yola salınıb YENİLƏNİB


Yaratdığı bənzərsiz obrazlarla tamaşaçıların yaddaşına əbədi həkk olunan, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli Xalq artisti Rasim Balayevlə martın 30-da Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, vida mərasimində Baş nazir Əli Əsədov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Mərhumun cənazəsi Akademik Milli Dram Teatrının matəmsayağı bəzədilən səhnəsində postament üzərinə qoyulub.

Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət təşkilatları adından əklil düzülüb.

Xalq artisti Rasim Balayevin həmkarları, dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun sənətini sevənlər teatrın binasına gələrək, unudulmaz aktyora son borclarını veriblər.

Vida mərasimində əvvəlcə Rasim Balayevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət naziri Adil Kərimlinin adından başsağlığı verib.

O, Rasim Balayevin vəfatının Azərbaycan mədəniyyəti və milli kinosu üçün ağır itki olduğunu qeyd edib: “Parlaq siması ilə hər kəsin qəlbində silinməz iz buraxan Rasim Balayevin vəfatı hamımızı dərindən sarsıdıb. O, çəkildiyi filmlərlə Azərbaycan kinosunun nüfuzunu daim uca tutub və yaradıcılığı 200-ə yaxın filmi əhatə edir. Sənətkarın çoxillik fəaliyyəti daim dövlətin diqqət mərkəzində olub, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev onun yaradıcılığına xüsusi qayğı göstəriblər. Rasim Balayevin yaradıcılığı gənc aktyorlar üçün bir məktəbdir”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, Rasim Balayev Azərbaycan kino sənətinin ən parlaq ulduzlarından və ən böyük ifaçılarından biri olub. O, sənətkarın canlandırdığı obrazlara əbədi həyat verdiyini qeyd edib və əlavə edib ki, onun insani keyfiyyətləri və bənzərsiz obrazları hər zaman yaddaşlarda yaşayacaq.

Xalq artisti Şəfiqə Məmmədova Rasim Balayevin vəfatının onu dərindən sarsıtdığını diqqətə çatdırıb. “Bu itki Azərbaycan kinosu üçün çox böyük və ağırdır. Sənətkar haqqında keçmiş zamanda danışmaq çətindir, Rasim Balayev şərəfli bir ömür yaşayıb, dostluqda isə son dərəcə sadiq və vəfalı insan olub”,- deyə o əlavə edib.

Xalq artisti Oqtay Mirqasımov vurğulayıb ki, onlar bir neçə filmdə birlikdə çalışıblar. “O, doğrudan da böyük aktyor, yaxşı dost idi. Onunla işləmək insana zövq verirdi”.

Ailə üzvləri adından çıxış edən Asim Balayev atasının sənətinə hər zaman böyük diqqətlə yanaşan ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Xalq artisti Rasim Balayevin cənazəsi teatrın binasından qaldırılaraq Fəxri xiyabana gətirilib. Burada mərhumun ruhuna dualar oxunub. Görkəmli sənətkarın cənazəsi torpağa tapşırılıb. Məzarı üzərinə əklillər, gül dəstələri düzülüb.

Rasim Balayevin sənət irsi və xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!