21 Aprel 2025 11:35
2403
COP29
A- A+
Vyanada COP29-un energetika təşəbbüsləri müzakirə olunub

Vyanada COP29-un energetika təşəbbüsləri müzakirə olunub


COP29-un sədrliyi Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə əməkdaşlıq şəraitində Vyana Beynəlxalq Mərkəzində “COP29-un energetika təşəbbüsləri və öhdəlikləri: tərəqqi və növbəti addımlar” mövzusunda hibrid konfrans keçirib.

COP29-un sədrliyindən AZƏRTAC-a bildirilib ki, tədbir iqlim və enerji ilə bağlı beynəlxalq əlaqələrdə davamlılığın təşviqi və COP30-a dəstək və hərəkətlərin səfərbər edilməsi yolu ilə COP29-un impulsunu artırmaq məqsədi daşıyırdı.

Konfrans Vyanadakı diplomatik nümayəndəliklərin, hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, özəl sektorun və vətəndaş cəmiyyətinin şəxsi və virtual iştirakçılarını bir araya gətirib.

Tədbirin məqsədi qlobal energetika təşəbbüslərində geniş iştirakın təşviqi, çoxtərəfli dialoqun gücləndirilməsi və dayanıqlı enerji sistemlərinə keçidin sürətləndirilməsi istiqamətində növbəti addımların konseptuallaşdırılması olub.

Konfransı UNIDO-nun iqlim və texnologiya tərəfdaşlıqları üzrə baş texniki məsləhətçisi Hen Lyu açıb. O, həm də tədbirin moderatoru olub.

Konfransda UNIDO Baş direktorunun müavini və Qlobal tərəfdaşlıqlar və xarici əlaqələr şöbəsinin icraçı direktoru Fatu Haydara, Azərbaycanın Avstriyadakı səfiri və ölkəmizin UNIDO yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli çıxış ediblər.

Daha sonra UNIDO-nun Enerji və iqlim üzrə fəaliyyət şöbəsinin rəhbəri Rana Qoneym, COP29-un Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədrləri Elmar Məmmədov və Jalə İbrahimova, qrupun üzvü Lalə Mehdiyeva və Azərbaycan Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Əşrəf Şıxəliyev COP29-da energetika təşəbbüsləri ilə bağlı birgə təqdimatla çıxış ediblər.

Vyanada konfransın açılış gününə olan məlumata görə, “Yaşıl enerji zonaları və dəhlizlər üzrə öhdəlik” COP29-da 57 tərəf və 9 qeyri-tərəf ölkə tərəfindən təsdiq edilib.

“Hidrogen Bəyannaməsi” 63 tərəf və 15 qeyri-tərəf ölkə, “Enerji saxlama və şəbəkə öhdəliyi” isə COP29-da 65 tərəf və 42 tərəf olmayan ölkə tərəfindən təsdiqlənib. Eyni zamanda, bütün öhdəliklər təsdiq üçün açıq qalır, tərəf olmayan ölkələr və maraqlı tərəflər [email protected], [email protected][email protected] e-poçt ünvanlarına məktub, yaxud verbal nota göndərərək öz dəstəklərini ifadə edə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:51
13 Mart

Azərbaycan neftinin qiyməti 105 dolları ötüb 

10:40
13 Mart

Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir

10:39
13 Mart

XIII Qlobal Bakı Forumunun ikinci günü: “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”  

10:38
13 Mart

BMT Baş katibinin müavini ilə ətraf mühitin mühafizəsi sahəsində perspektivlər müzakirə olunub  

10:37
13 Mart

Ceyhun Bayramovla Pakistanın xarici işlər naziri arasında telefon danışığı olub

10:25
13 Mart

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib

10:24
13 Mart

Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi üçün Milli Fəaliyyət Planı qəbul edilib  

10:21
13 Mart

Britaniya qoşunları İraqdakı bazaya yönələn İran dronlarını vurub  

10:05
13 Mart

UEFA Avropa Liqası: 1/8 finalın ilk oyunlarında qapılara 13 qol vurulub  

09:58
13 Mart

İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum olub, 6 fransız hərbçisi yaralanıb  

09:56
13 Mart

Türkiyə Jandarm Qüvvələri Komandanlığı Daxili Qoşunlar Günü münasibətilə Azərbaycanı təbrik edib  

09:42
13 Mart

Azərbaycan- Aİ tərəfdaşlığı bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir

09:39
13 Mart

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır  

09:36
13 Mart

Qoca qitə lider böhranı yaşayır

09:15
13 Mart

Məsafədən cərrahiyyə

09:10
13 Mart

Müəllimin acı taleyi

09:05
13 Mart

Uçurum

09:05
13 Mart

Yel baba 

09:00
13 Mart

Qubanın Novruz adətləri

08:55
13 Mart

"Cıdır tamaşaları"

08:50
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!