03 Oktyabr 2024 09:52
1407
Mədəniyyət
A- A+
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində BMT Qadınlar Gildiyasının üzvləri üçün təqdimat keçirilib  

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində BMT Qadınlar Gildiyasının üzvləri üçün təqdimat keçirilib  


Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində BMT-nin Vyana bölməsində fəaliyyət göstərən Qadınlar Gildiyasının (UNWG) üzvləri üçün Azərbaycan haqqında tanıtım tədbiri təşkil olunub.


AZƏRTAC xəbər verir ki, tədbirdə Vyanada müxtəlif ölkələrin səfirlikləri, BMT bölməsi və digər beynəlxalq təşkilatlarda çalışan qadın diplomatlar, eləcə də diplomatların həyat yoldaşı olan qadınlar iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan və BMT əlaqələrinin tarixinə nəzər salıb və qeyd edib ki, müstəqilliyini yeni əldə etmiş Azərbaycan 2 mart 1992-ci ildə BMT-yə üzv qəbul edilib. Ötən dövrdə beynəlxalq qurumla Azərbaycan arasında əlaqələr müxtəlif sahələrdə dərinləşib və yaxın həftələrdə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bu uğurlu əməkdaşlığın bariz nümunəsidir.


Azərbaycanın hüquq və dövlətçilik ənənələrinə toxunan L.Qasımova ölkəmizdə hələ 1918-ci ildə qadınların seçki hüququnun təsbit olunduğunu, bu gün qadınların cəmiyyətdə mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edilib ki, beynəlxalq əməkdaşlığa xüsusi diqqət ayıran Azərbaycan BMT-nin bütün təsisatları ilə əməkdaşlığı inkişaf etdirir. Məhz buna görə də, BMT Qadınlar Gildiyasının Vyanada təşkil etdiyi tədbirlər, xeyriyyə layihələri dəstəklənir və ötən illər ərzində dünyanın müxtəlif ölkələrində yoxsulluğa qarşı mübarizə üçün ianələrin toplanması məqsədilə təşkil olunan layihə, xeyriyyə bazarı və aksiyalarda Azərbaycan yaxından iştirak edib.


BMT Qadınlar Gildiyasının prezidenti Kati Kieffer və koordinatoru Maya Subki bildiriblər ki, təşkilat üzvləri mütəmadi şəkildə Vyanadakı diplomatik missiyalarda tanıtım tədbirləri təşkil edirlər. Bu təqdimatlar bir tərəfdən fərqli ölkələr barədə məlumat əldə etməyə, digər tərəfdən isə üzvlər arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir. Onlar Azərbaycan Mədəniyyət Mərkəzi ilə tanışlıq və təşkilat üzvlərinin şəbəkələşməsi üçün yaradılan şəraitə görə təşəkkür ediblər.


Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları Rəşidə Əsgərli və Gülər Əzizova təqdimatlarla çıxış ediblər. Qonaqlara Azərbaycan haqqında ümumi məlumat verilib, ölkənin tarixi, mədəni müxtəlifliyi və turizm potensialına dair videoçarxlar nümayiş etdirilib.


Tədbir çərçivəsində qonaqlara Azərbaycan milli mətbəxinin müxtəlif nümunələri təqdim olunub.


BMT-nin Qadınlar Gildiyası 1967-ci ildə yaradılmış xeyriyyə təşkilatıdır və onun Vyana bölməsi öz sıralarında 100-dən artıq ölkədən beş yüzədək üzvü birləşdirir. Azərbaycanın Avstriyadakı Səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin qadın diplomatlarının və səfirlik əməkdaşlarının xanımlarının fəal təmsil olunduğu BMT Qadınlar Gildiyası hər il xeyriyyə tədbirlərindən əldə olunan vəsaitləri Avropa, Asiya, Afrika və Latın Amerikasında yardıma ehtiyacı olan uşaqlar üçün müxtəlif layihələrin maliyyələşməsinə sərf edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!