14 İyul 2025 16:16
523
DÜNYA
A- A+
Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb


Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 14-də ABŞ-ın təhlükəsizlik və müdafiə üzrə xüsusi nümayəndəsi Kit Kelloq ilə görüşüb.

AZƏRTAC bu barədə Ukrayna Prezidentinin ofisinə istinadla xəbər verir.

Dövlət başçısının sözlərinə görə, danışıqlar məhsuldar keçib, təhlükəsizliyin və sülhün gələcəyinin əsas məsələlərinə toxunulub.

Volodimir Zelenski deyib: “Biz sülhə gedən yolu və onu yaxınlaşdırmaq üçün praktiki olaraq birlikdə nə edə biləcəyimizi müzakirə etdik. Bu, Ukrayna üçün hava hücumundan müdafiəni gücləndirmək, birgə istehsal və Avropa ilə birlikdə müdafiə silahlarının alınması məsələləridir”.

Prezident vurğulayıb ki, Ukrayna Rusiyanın təcavüzünün qarşısının alınmasında ABŞ-ın aparıcı rol oynayacağını gözləyir. O qeyd edib ki, Moskvanın qeyri-adekvat ambisiyalarının qarşısı güc yolu ilə alınmasa, Kreml dayanmayacaq. Bundan əlavə, tərəflər Rusiya Federasiyası və onun müttəfiqlərinə qarşı sanksiyaların gücləndirilməsi məsələsinə də toxunublar.

Ukrayna Prezidenti Kit Kelloqa Kiyevə səfərinə görə təşəkkür edib, həmçinin dəstək siqnallarına və hər iki dövlət üçün müsbət qərarlara görə Donald Trampa minnətdarlığını bildirib. O vurğulayıb ki, Ukrayna Amerika xalqının dəstəyini yüksək qiymətləndirir.

Qeyd edək ki, Kelloq bu gün səhər saatlarında Ukraynaya gəlib. O, səfərini ötən həftə elan edib. Sonradan məlum olub ki, Kelloqa Rusiyanın hərbi potensialı və Ukraynanın perspektivləri ilə bağlı məlumatlar veriləcək. Prezident tərəfindən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskiyə və Baş Qərargah rəisi Andrey Qnatova müvafiq tapşırıqlar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!