08 Avqust 2025 09:10
459
CƏMİYYƏT
A- A+
Vətən sevgisi, qəhrəmanlıq nəğməsi

Vətən sevgisi, qəhrəmanlıq nəğməsi


Həyatı dərk etdiyimiz ilk günlərdən qoynunda dünyaya göz açdığımız yurdun, el-obanın gözəlliyinə vurulur, saf ürəklə, xoş niyyətlə, həssas və incə tellərlə ona könül bağlayırıq. Bizi əhatə edən gözəlliklər qoynunda yaşayıb böyüdükcə, yaşa dolduqca ürəyimizin dərinliklərindəki Vətən sevgisi daha da gurlaşıb artır. 

Bizi içində yaşadan zaman heç kimə, heç nəyə məhəl qoymadan, tabe olmadan dünyaya meydan oxuya-oxuya öz axarı ilə ötdükcə, illər üst-üstə qalandıqca, ömür karvanı irəli dartındıqca bu sevgi, bu istək qol-budaq atıb şaxələnir, sarmaşıq kimi ürəyimizə sarılır. Zərrə-zərrə qəlbimizə, ruhumuza hopan Vətən sevgisi zaman-zaman qəhrəmanlıq nəğməsinə çevrilərək daim bizi yurdun müdafiəsinə, qəhrəmanlığa, igidliyə səsləyir.

Ömrümüz özümüz də hiss etmədən yavaş-yavaş ötüb arxada qaldıqca, yaşa dolduqca, nə zamansa insanın gücü tükənə bilər. Amma Vətən sevgisi heç vaxt azalmaz, ömrünün sonunadək yol yoldaşı olar. Özümüzdən asılı olmadan torpağa, yurda bağlanmağımızda, ona sevgi bəsləməyimizdə heç bir qüvvənin qarşısını ala bilməyəcəyi təbii bir qanunauyğunluq var. Axı insan Vətənin oğludur, torpağın yetirməsidir, Yer kürəsinin sakinidir, bəşəriyyətin övladıdır. Məhz elə buna görə də qoynunda dünyaya göz açdığı Vətəni sevir, yurda ürəkdən bağlanır. Bu bağ heç vaxt üzülmür, qırılmır. Canında can, damarında qan qalana qədər üstündə böyüdüyü torpağı sevir, onu göz bəbəyi kimi qorumağı özünə ən müqəddəs və şərəfli borc bilir. Bu borcu ləyaqətlə, sədaqətlə yerinə yetirir, tutduğu müqəddəs yoldan heç vaxt dönmür. Öləndə də son nəfəsində müdafiəsinə qalxdığı torpağın qoynuna atılır, onu möhkəm-möhkəm qucaqlayıb bağrına basaraq son nəfəsini çəkib canını tapşırır. Yavaş-yavaş torpağa qarışır. Torpağa qarışır ki, Vətən bir ovuc da böyüsün. Başdan-ayağa təbiət şairi olan Musa Yaqub Vətənə olan sevgi və istəyini çox ürəyəyatan gözəl misralarla ipə-sapa düzüb:


Bəlkə də borcundan çıxmadım, Vətən!

Ömür bahar deyil bir də qayıtsın.

Ölsəm də qoynunda qoy ölüm ki mən,

Çürüyüm bir ovuc torpağın artsın.


Peşəsindən, kimliyindən və yaşından asılı olmayaraq, hamımız üçün Vətən hər şeydən uca, müqəddəs və qiymətlidir. Heç nə ilə əvəz olunmayan dəyərli, əlçatmayan bir nemətdir. Qoynunda doğulub yaşadıqca ona istəyimiz və məhəbbətimiz daha da artıb Vətən sevgisinə çevrilir. Vətən sevgisinin cazibəsi hər addımda ahənrüba kimi bizi özünə çəkir. Çünki olduqca qüvvətli və qüdrətlidir. Bu cazibə daim bizi səngərlərə - yurdumuza keşik çəkməyə aparır. 

Yurdumuzun keşiyində həmişə ayıq-sayıq dayanaraq onu göz bəbəyimiz kimi qoruyuruq. Əldə silah vətəni qoruduqca, torpağın xoş ətrini sinəsinə çəkdikcə  fikirləşirik ki, üstündə qürurla, vüqarla addımladığımız, yaşadığımız bu Vətən asanlıqla Vətən olmayıb. Onu bizə əmanət etmiş babalarımız zaman-zaman torpaq uğrunda qılınc oynatmış, ox atmış, düşmən üzərinə güllələr yağdırmış, cəng meydanlarında böyük cəsarətlə vuruşaraq Zəfər çalmışlar, yadelliləri məğlub etmişlər. Bu yolda qanlarını tökmüş, canlarını qoymuşlar. Səngərlərində sonadək qətiyyətlə dayanmış, qəhrəmanlıq göstərərək Vətəni qorumuşlar, sarsılmaz dövlət qurmuşlar, onu qəsbkarlardan müdafiə edərək gələcək nəsillərə ötürmüşlər. 

Gərək biz də babalarımızın əmanətini düşmənlərdən göz-bəbəyimiz kimi qoruyaq, həmişə var edək ki, gələcək nəsillər yurdsuz, vətənsiz qalmasın. Qoy Yer üzünün bu gözəl guşəsində vətənimiz daim olsun, əbədi yaşasın! Vətənimizin əbədiliyi naminə həmişə savaşa, mübarizəyə, Zəfər çalmağa hazır olaq. 

Vətəni qorumaq şərəfli və əvəzsiz bir borcdur. Hamımız bu borcu sədaqətlə və ləyaqətlə yerinə yetirməliyik. 


V.MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

T.Ə.Bakıxanovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

03:28
09 Dekabr

Azercell abunəçilərinin nəzərinə

03:25
09 Dekabr

Moskvada Xəzəryanı əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib  

23:27
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

23:26
08 Dekabr

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB  

22:22
08 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində növbəti panel müzakirəsi təşkil olunub  

22:20
08 Dekabr

Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib  

22:09
08 Dekabr

Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib  

21:54
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar YENİLƏNİB  

21:53
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər  

21:41
08 Dekabr

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib  

21:19
08 Dekabr

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb 

21:06
08 Dekabr

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

20:49
08 Dekabr

Macarıstan Türkiyəyə 600 at satıb

20:29
08 Dekabr

Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib  

20:29
08 Dekabr

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

20:23
08 Dekabr

Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

20:11
08 Dekabr

Ekspert: Orta Dəhliz son illər ərzində heyrətamiz artım nümayiş etdirir  

19:58
08 Dekabr

“İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” mövzusunda müzakirə aparılıb  

19:39
08 Dekabr

Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

19:34
08 Dekabr

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

19:21
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!