13 İyun 2026 14:25
686
İDMAN
A- A+
Hüquq qurumları arasında ilk dəfə “Hüquq Liqası 2026” şahmat turniri keçirilib

Hüquq qurumları arasında ilk dəfə “Hüquq Liqası 2026” şahmat turniri keçirilib


İyunun 12-də “İBİS” otelində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Hüquq Liqası 2026” şahmat turniri baş tutub. Vəkillər Kollegiyasının təşkilatçılığı ilə ilk dəfə keçirilən yarışın məqsədi hüquqşünaslar arasında intellektual rəqabəti və dostluq əlaqələrini gücləndirməkdir.

Turnirdə Vəkillər Kollegiyası, Baş Prokurorluq, Ədliyyə Nazirliyi və Hakimlər İttifaqının komandaları mübarizə aparıb. Hər qurum yarışda 7 nəfərlə təmsil olunub.

Açılışda çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov iştirakçıları salamlayıb və Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Sədr Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışının dövlətçilik tariximizdəki həlledici rolundan danışıb. O, dahi liderin siyasəti nəticəsində ölkədə hüquqi dövlət quruculuğu və vəkillik institutunun inkişafı üçün güclü zəmin yarandığını vurğulayıb. Anar Bağırov həmçinin rəhbərlik etdiyi qurumda idmanın təşviqinə xüsusi önəm verildiyini, 2019-cu ildən bəri şahmat üzrə 5-dən çox turnir təşkil edildiyini diqqətə çatdırıb. Sədr layihəyə dəstək olan tərəfdaşlara təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov turnirin əhəmiyyətini yüksək qiymətləndirib. O bildirib ki, bu cür yarışlar hüquq sahəsində fəaliyyət göstərən qurumlar arasında dostluq münasibətlərinin və peşəkar əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.

Daha sonra Vəkillər Kollegiyasının sədr müavini, “İdmançı Vəkillər” Fondunun İdarə Heyətinin sədri Pərviz Ələkbərov çıxış edib. O, belə turnirlərin hüquq ictimaiyyəti arasında həmrəyliyin möhkəmləndirilməsi, sağlam rəqabətin təşviqi və idmana marağın artırılması baxımından önəmindən  danışıb.

Sədr müavini təşkil olunan turnirin gələcəkdə də davam etdiriləcəyinə və  gözəl bir ənənəyə çevriləcəyinə əminliyini ifadə edib.

"BOA Agency” ASC-nin direktoru Samir Mustafayev çıxışında turnir iştirakçılarına uğurlar diləyib, intellektual və idman yönümlü layihələrin dəstəklənməsinin cəmiyyət üçün faydalı olduğunu deyib. O, gələcəkdə də bu kimi yarışların və sosial əhəmiyyətli təşəbbüslərin həyata keçirilməsinə dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

FİDE arbitri Cavanşir Bağırov oyun qaydaları barədə məlumat verərək yarışın dairəvi sistem üzrə 2 dövrədən ibarət olduğunu bildirib. 

Arbitr qeyd edib ki , bu format komandaların öz güclərini daha obyektiv şəkildə nümayiş etdirməsinə və yarışın yüksək rəqabət şəraitində keçməsinə imkan yaradır.

Sonra Anar Bağırov ilk gedişi edərək turniri açıq elan edib.

Gərgin və maraqlı keçən mübarizənin yekununda ədliyyə orqanlarının əməkdaşları I yerə layiq görülüblər. Vəkillər komandası II, hakimlər isə III yeri tutublar.

Qaliblərə kubok, diplomlar və “Baku Book Center” mağazasından hədiyyə kartları təqdim edilib.

Turnirə  təşkilati dəstək Azərbaycan Şahmat Federasiyası tərəfindən göstərilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!