16 Yanvar 2025 16:47
484
CƏMİYYƏT
A- A+
Vəkillər Kollegiyası ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşüb.

Bu barədə "Azərbaycan" qəzetinə Vəkillər Kollegiyasından məlumat verilib. Görüşdə nazir bildirib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızda hüquqi dövlət quruculuğu və qanunun aliliyi təmin olunur. Ölkəmizdə məhkəmə-hüquq sisteminin fəaliyyəti təkmilləşdirilir, insan hüquq və azadlıqları etibarlı müdafiə olunur. Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov isə məhkəmə-hüquq sisteminin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə aparılan islahatlar, Vəkillər Kollegiyası tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. Anar Bağırov vurğulayıb ki, qanunvericilik və institusional islahatlarla ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində effektiv müdafiə mexanizmləri formalaşdırılıb. Vəkillik institutunu ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən mühüm təsisat adlandıran sədr insan hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin etibarlı müdafiə edilməsinin və onlara peşəkar, yüksəkkeyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsinin əsas vəzifələrdən olduğunu diqqətə çatdırıb.

Görüş zamanı dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi, əhaliyə göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, keyfiyyətinin və səmərəliliyinin artırılması, bu sahədə səmərəli və işgüzar münasibətlərin yaradılmasının vacibliyi, aqrar sahədə ixtisaslaşmış hüquqşünasların formalaşması və digər məsələlər müzakirə olunub.

Görüş çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi və Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəddə kənd təsərrüfatı sahəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, kənd təsərrüfatı münasibətlərinin subyektləri, nazirliyin əməkdaşları, vəkillər, aqrar sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər üçün hüquqi maarifləndirmə ilə bağlı seminar, təlim, konfrans və təşviqat tədbirlərinin keçirilməsi, Vəkillər Kollegiyasının Akademiyasında aqrar hüququn tədrisi ilə bağlı tədbirlərin görülməsi, aqrar hüquq sahəsində elmi və elmi-praktiki araşdırmaların təşviq edilməsi və maarifləndirici vəsaitlərin hazırlanması, beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi öz əksini tapıb.

Tədbirin sonunda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-cu ildönümü qeyd edilib

21:18
28 İyul

Çinin hərbi attaşesi: Azərbaycan ilə hərbi əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm hissəsidir

20:33
28 İyul

Çin səfiri: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlığı daha da dərinləşdirməyə hazırdır

20:26
28 İyul

Fransanın Jirond departamentində yanğınlar davam edir, ərazidəki bəzi müəssisələr bağlanır

20:16
28 İyul

Qədim Qəbələnin yerləşdiyi ərazidə saray tipli ictimai binanın qalıqları aşkarlanıb

20:09
28 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb

20:02
28 İyul

Azərbaycan-Serbiya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

19:54
28 İyul

Ağ evdə Trampla Zelenski arasında görüş keçirilir

19:47
28 İyul

Sənətşünas: “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası ölkənin beynəlxalq imicini daha da gücləndirəcək

19:40
28 İyul

Naxçıvanda iyul ayı üzrə bütün növ sosial müavinətlərin ödənilməsi başa çatıb

19:33
28 İyul

Azərbaycan Milli QHT Forumu BMT-nin Ətraf Mühit Proqramında rəsmi müşahidəçi statusu qazanıb

19:26
28 İyul

İnformasiya Texnologiyaları İnstitutunda proqram mühəndisliyi istiqamətində elmi tədqiqatlar aparılır

19:19
28 İyul

Azərbaycan-Almaniya münasibətlərində strateji gündəliyin əhəmiyyəti vurğulanıb

19:12
28 İyul

Milli Məclisin sədri Efiopiyada rəsmi səfərdədir

19:05
28 İyul

I və IV ixtisas qrupları üzrə imtahanlarda ən yüksək nəticə göstərən abituriyentlər məlum olub

18:58
28 İyul

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:51
28 İyul

İyulun 12-də keçirilən qəbul imtahanının nəticələri elan edilib

18:44
28 İyul

Orta Dəhliz Avrasiya məkanında yeni iqtisadi əməkdaşlıq modelini formalaşdıran strateji platformadır

18:37
28 İyul

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb

18:30
28 İyul

Tramp: İranla razılaşmasaq, Pikaks dağını da məhv edəcəyik

18:23
28 İyul

Rəqəmsallaşma Orta Dəhlizlə yükdaşımaların həcmini daha da artıracaq

18:16
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!