17 Oktyabr 2024 09:05
3145
Səhiyyə
A- A+
Vegetarianlıq sağlamlıqdırmı?

Vegetarianlıq sağlamlıqdırmı?


Düzgün qidalanma sağlamlığın əsas şərtlərindən biridir. Gündəlik ehtiyac olan mineral və vitaminləri qəbul etmək həm fiziki, həm də psixoloji sağlamlığa birbaşa təsir edir.

İnsanların bir qismi bütün ərzaq məhsullarının daxil olduğu ənənəvi qidalanmaya üstünlük verərkən, bir qisim də vegetarian qidalanma və onun növlərinə üz tutur.  Heyvan və heyvan mənşəli qidalardan imtinanın bir çox səbəbi var. Bəzi insanlar ət və ət məhsullarından imtinanı heyvanlara tolerant münasibət kimi qiymətləndirsələr də, digərləri heyvan mənşəli qidaların müxtəlif xəstəliklərə səbəb olduğunu düşünürlər.

Bu, həqiqətən də, belədirmi? Vegetarian qidalanma nədir və onun növləri arasında fərqlər hanıslardır? Müxtəlif təbii qidalardan imtinanın sağlamlığa təsiri necədir? Bəs heyvan mənşəli qidalardan imtina etdikdə orqanizmin ehtiyac duyduğu müxtəlif yağları, amin turşularını, vitaminləri və mineralları hansı bitkilərdən əldə etmək olar? 


Sümük əriməsi, unutqanlıq, xroniki yorğunluq


Mövzu ilə bağlı qəzetimizə danışan həkim-diyetoloq Tutu Zeynalovanın sözlərinə görə, vegeterianların hamısı heç də eyni qaydada qidalanmır: "Məsələn, Ovo vegeterianlar heyvan mənşəli qidalardan yalnız yumurtadan, Lakto vegeterianlar isə yalnız süddən istifadə edirlər.  Lakto ovo vegeterianlar yumurta və süd məhsulları yesələr də, ət məhsulları yemirlər. Ən qatı vegeterianlar isə veqanlar hesab olunur. Onlar yalnız bitkilərlə qidalanır, hətta bal belə qəbul etmirlər. Heyvan mənşəli qidalardan imtina edənlərin çox az hissəsi veqanlardır. Onların 90 faizi Lakto ovo vegeterianlardır". 

Vegetarian qidalanmanın individual seçim olduğunu qeyd edən həkim-diyetoloq buna müdaxilə edilməməsini tövsiyə edir: "Əgər bir şəxs veqan və ya vegeterian qidalanma tərzini seçəcəksə, əvvəlcə araşdırıb onlar haqqında ətraflı məlumat toplamalıdır ki, qarşıda bununla bağlı hansısa problemlə üzləşməsin. Yaxud hansı fəsildə hansı vitamin və mineralları qəbul etməlidir. Orqanizm vacib elementlərin bəzilərini bitkilərdən alsa da, onun tutumu bütün ehtiyacları tam ödəməyə kifayət etmir. Bu da vitamin və mineral defisitinə səbəb olur. Nəticədə immunitet zəifləyir, sümük əriməsi, unutqanlıq, diqqətsizlik, xroniki yorğunluq, yuxu rejiminin pozulması, saç tökülməsi, dəri quruması  və sair kimi sağlamlıq problemləri yaranır. Veqanlar həm də D3 vitamini, omeqa-3 yağ turşuları, selen, yod və fol turşusu çatışmazlığından əziyyət çəkirlər". 


Ətdəki dəmirlə paxlalılardakı dəmir eyni olmur


Bitkilər protein, lif və minerallar baxımından zəngin olsalar da, insan orqanizmini heyvan mənşəli qidalardan ala bildiyi zülallarla təmin etmirlər. Heyvan mənşəli qidalardan alınan yüksəkkeyfiyyətli protein bədəni əsas amin turşuları ilə təmin edir. Veqan pəhrizdə, xüsusilə balanslı protein mənbələrinə diqqət yetirilmədikdə, bu zaman amin turşularının bəzilərinin əskikliyi baş verə bilər. Bu da əzələ kütləsinin itirilməsinə və bərpa prosesinin gecikməsinə səbəb ola bilər. 

Tutu Zeynalova deyib ki, qırmızı ət yemədikləri üçün vegeterianlarda B12 vitamini, dəmir, sink, maqnezium, kalsium və digər mikroelementlərin səviyyəsi aşağı olur: "Bu problemi həll etmək üçün qida rasionuna paxlalılar, bulqur, badımcan, göbələk, çərəzlər, küncüt, çörəkotu, çia və kətan toxumu əlavə edilməlidir. Bulqur lif baxımından olduqca zəngindir, eyni zamanda qlisemik indeksi aşağı, zülal dəyəri isə yüksək olan qidadır. B1, B6 vitaminləri ilə zəngindir, kalium və dəmirdən ibarətdir. Bulqur quru paxla fəsiləsindən olan bitkilərlə birlikdə qəbul edildikdə zülal keyfiyyəti artır. Lif, B vitamini və kaliumla zəngin olan badımcan isə ət əvəzinə istifadə edə biləcəyimiz tərəvəzdir". 

100 qram göbələyin tərkibində təxminən 2-5 qram zülal, 4-6 qram karbohidrat və yalnız 0,3-1 qram yağ olduğunu bildirən həkim-diyetoloq onun ət yeməyən insanların sağlamlığını qoruyan əhəmiyyətli qida olduğunu vurğulayıb. Vegetarianlar üçün quru paxla fəsiləsindən olan lobya, noxud və mərci zülal, fol turşusu, dəmir, maqnezium və kalium mənbələri ilə zəngin olduğu üçün olduqca önəmlidir. Mütəxəssisin sözlərinə görə, ətdəki dəmirlə, paxlalılardaki dəmir eyni olmur. Belə ki, ətdən alınan dəmir orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Buna görə də yaranan vitamin defisitləri kənardan vitamin D, B12, maqnezium, dəmir, sink, kalium kimi qida əlavələri ilə bərpa edilməlidir. Bu qidalanma növlərini seçənlər, xüsusilə veqanlar hər 3 və ya 6 aydan bir qan analizləri verib çatışmayan vitamini kənardan qida əlavəsi olaraq qəbul etməlidirlər. Ancaq bu, mütləq mütəxəssis tövsiyəsi ilə həyata keçirilməlidir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hindistanda təhlükəsizlik qüvvələri ilə toqquşmada 10 maoçu öldürülüb  

13:13
22 Noyabr

Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının rəhbəri iqlim investisiyalarını artırmağa çağırıb  

13:12
22 Noyabr

COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib  

13:11
22 Noyabr

İsveçrə nümayəndəsi: İnanıram ki, COP29 doğru bir yol olacaq  

13:10
22 Noyabr

COP29 Malayziya mətbuatında  

13:09
22 Noyabr

Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib  

12:07
22 Noyabr

Türkiyədə I İstanbul Enerji Forumu keçirilir  

12:05
22 Noyabr

Amerikalıların 50 faizi Trampın kadr təyinatlarını müsbət qiymətləndirir  

12:04
22 Noyabr

COP29-un nigeriyalı iştirakçısı: Burada iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm  

12:03
22 Noyabr

COP29-un iştirakçısı: Burada aparılan müzakirələr nəticəsində iqlim probleminin öhdəsindən gəlmək mümkündür  

11:50
22 Noyabr

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  

11:49
22 Noyabr

Ötən ay yaşa görə sosial müavinət alanların sayı 155 mindən çox olub  

11:46
22 Noyabr

Azərbaycan nefti bahalaşıb  

11:46
22 Noyabr

Meksikalı icraçı direktor: Məqsədlərə çatmaq istəyiriksə, maliyyə dəstəyini artırmalıyıq  

11:42
22 Noyabr

Seneqallı iştirakçı: Ümid edirik ki, COP29-dan sonra daha çox ölkə iqlimlə bağlı maliyyə ayıracaq  

11:19
22 Noyabr

COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub  

11:02
22 Noyabr

On ayda əhaliyə ödənilən müavinətlərin statistikası açıqlanıb  

10:59
22 Noyabr

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib  

10:41
22 Noyabr

Lester Universitetinin professoru: COP29 biomüxtəlifliyin qorunması üsullarını müzakirə etmək üçün imkan yaratdı

10:37
22 Noyabr

Sərhəd Qoşunlarının komandanı azad olunan ərazilərdə dövlət sərhədinin mühafizəsi istiqamətində görülən işlərdən danışıb  

10:22
22 Noyabr

DSX rəisinin müavini: Bu il dövriyyədən çıxarılan narkotik vasitələrin ümumi dəyəri 13 milyon 174 min manat təşkil edib  

10:05
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!