11 Dekabr 2025 08:30
246
İQTİSADİYYAT
A- A+
Uzaq qonşu, yaxın dost

Uzaq qonşu, yaxın dost


Slovakiya və Azərbaycan arasındakı iqtisadi əlaqələr enerji, nəqliyyat, ticarət və investisiya sahələrində əməkdaşlığı əhatə edir. Bu mənada Azərbaycan qazının Avropaya nəqli və bu prosesdə Slovakiyanın rolu  ikitərəfli əlaqələrin əsas istiqamətlərindən biridir. Eləcə də ticarət dövriyyəsinin artırılması, işgüzar forumların təşkili və yeni iqtisadi layihələrin müzakirəsi də qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edir. 

Qeyd edək ki, 2024-cü ilin mayında Bakıda iki ölkə arasında imzalanan "Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə" münasibətlərin inkişafını yeni səviyyəyə qaldırdı. Sənəd imzalandıqdan sonra Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə birgə mətbuata bəyanat verərkən Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifənin açıldığını vurğulamış və bu müştərək yolun uğurlu olacağına ümidvar olduğunu bildirmişdir: "Bu, çox ciddi siyasi sənəddir və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji Tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr həm niyyətlərimizi, həm də əməkdaşlığın gələcək perspektivlərini müəyyən edir".

Strateji Tərəfdaşlıq Bəyannaməsinin praktiki əhəmiyyəti Slovakiya Prezidenti Peter Pelleqrininin COP29 çərçivəsində Azərbaycana səfəri zamanı  açıq şəkildə özünü göstərdi. İki ölkə rəhbərlərinin  2024-cü il noyabrın 11-də keçirilən görüşündə Azərbaycan və Slovakiya arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyi vurğulandı. Görüşdə birgə sənaye müəssisələrinin  yaradılması,  İKT sahəsində  əməkdaşlıq və Qarabağda həyata keçirilən quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı əsas müzakirə mövzuları oldu. 

Məsələyə eyni prizmadan yanaşsaq deyə bilərik ki, Prezident İlham Əliyevin Slovakiyaya bu günlər baş tutan ilk  rəsmi  səfəri də iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi sahələrdə ikitərəfli münasibətlərin  genişləndirilməsinə yönəlmiş addımdır. Hazırda Azərbaycan və Slovakiya arasında müəyyən sahələr üzrə əməkdaşlıq nəzərəçarpacaq dərəcədə genişlənib ki, bu da uzunmüddətli perspektivlər vəd edir. Sözsüz ki, bu həm də iki ölkə arasında münasibətlərin daha intensiv və geniş formatda inkişafına öz töhfəsini verəcək. 

Xatırladaq  ki, Azərbaycan üçün Avropa İttifaqı (Aİ) artıq uzun illərdir əsas ticarət tərəfdaşıdır və son illərdə bu əlaqələr əhəmiyyətli dərəcədə dərinləşib. Belə olan halda Aİ ilə münasibətlərin genişlənməsi, xüsusən də enerji sahəsində əməkdaşlığın dərinləşməsi Azərbaycan üçün ittifaq daxilində tərəfdaş ölkələrin rolunu  bir qədər artırır. Bu kontekstdə Slovakiya da Avropa İttifaqının üzvü kimi Azərbaycandan təbii qaz alan və onun Avropa bazarlarına çıxışında rol oynayan  tərəfdaşdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədovun sözlərinə görə, Azərbaycan "Cənub qaz dəhlizi" vasitəsilə də Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır: "Hazırda illik 25 milyard kubmetr təbii qaz ixracının təxminən yarısı Avropa bazarlarına çıxarılır. Aİ-nin 8 üzvü Azərbaycan təbii qazının alıcısıdır. 2024-cü ildə Slovakiyanın neft emalı zavodunda Azərbaycan neftinin ilk partiyası emal edilib ki, bu da iki tərəfli münasibətlərin inkişafı üçün mühüm məsələdir. Slovakiya yalnız  təbii qaz  alıcısı deyil, həm də İT sahəsinin, rəqəmsallaşmanın, süni intellekt və data mərkəzlərinin inkişaf etdiyi bir ölkədir və bu sahələrin ciddi enerji təminatına ehtiyacı var. Yaxın gələcəkdə Azərbaycan Slovakiyaya elektrik enerjisi ixrac edə bilər. Məlumdur ki, ölkəmizdə 2030-cu ilə qədər alternativ enerji mənbələrinin geniş  istehsalı nəzərdə tutulur ki, bunun da əsas hissəsi ixraca yönəldiləcək". 

Prezident İlham Əliyev Slovakiyada mətbuata bəyanatında bəhs etiyimiz məsələyə belə toxunub: 

"Bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 giqavata çatdırılacaq. Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir. Əlbəttə ki, iqlim də burada önəmli amildir. Baxmayaraq, biz Cənub ölkəsiyik, amma bizim çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik".

İki ölkə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsindəki birgə layihələrdir. Slovakiya artıq bir neçə ildir Azərbaycanın iştirakı ilə həyata keçirilən beynəlxalq nəqliyyat təşəbbüslərində fəal tərəfdaş kimi çıxış edir. Xüsusilə Orta dəhlizin imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlıq iki ölkənin strateji maraqlarına tam uyğundur. Azərbaycanın Avrasiyanın yeni nəqliyyat xəritəsində mühüm rol oynamasını  dövlətimizin başçısı Slovakiyada mətbuat konfransındakı bəyanatında da diqqətə  çatdırıb: "Biz eyni zamanda bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan "Şərq-Qərb" nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir. Gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanlarımızı genişləndirəcəyik. Hesab edirəm ki, biz Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahəni də diqqətdən kənarda qoymamalıyıq. Çünki bunun çox böyük potensialı vardır". 

Azərbaycan-Slovakiya münasibətləri işğaldan azad edilmiş ərazilərin bərpasına da öz töhfəsini verməkdədir. Slovakiya şirkətlərinin Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması prosesinə maraq göstərməsi bu ölkənin regionda uzunmüddətli əməkdaşlıq niyyətini aydın şəkildə ortaya qoyur. Slovakiya tərəfi həm humanitar, həm də infrastrukturyönümlü layihələrdə iştirak etməyə hazır olduğunu bəyan edib və bu, Avropa ilə Cənubi Qafqaz arasında yeni əməkdaşlıq körpüsünün formalaşmasına xidmət edir. Bu çərçivədə Ağdamın Baş Qərvənd kəndində fərdi yaşayış evlərinin tikintisi üçün Slovakiya şirkəti ilə müqavilə bağlanılıb və artıq tikinti işlərinə başlanılıb.

Bütün bunlar Azərbaycan-Slovakiya münasibətlərinin qarşıdakı illərdə daha sürətlə və daha geniş miqyasda inkişaf edəcəyinə ciddi əsas yaradır. Bu dinamika iki ölkənin siyasi dialoqunu möhkəmləndirməklə yanaşı, enerji, nəqliyyat, texnologiya və bərpa-quruculuq sahələrində əməkdaşlığın dərinləşəcəyinə dair real perspektivlər vəd edir. Ona görə də formalaşan yeni tərəfdaşlıq modeli Azərbaycan-Slovakiya münasibətlərini regional əməkdaşlıq sistemində mühüm və perspektivli istiqamətlərdən birinə çevirir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!