12 Dekabr 2025 08:40
381
SİYASƏT
A- A+
Azərbaycanın xilaskarı  

Azərbaycanın xilaskarı  


Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımız tərəfindən hər zaman böyük minnətdarlıqla yad olunur. Müasir, müstəqil Azərbaycan məhz bu dahi şəxsiyyətin siyasi fəaliyyətinin şah əsəridir. Ölkəmizin bugünkü bütün nailiyyətlərinin təməlində Heydər Əliyev ideyaları, onun siyasi kursunun davam etdirilməsi dayanır. Vəfatının 22-ci ildönümündə bir daha Heydər Əliyevi yad edir, dövlətimiz və xalqımız qarşısındakı xidmətlərini xatırlamaqla, bu dahi şəxsiyyətə minnətdarlığımızı ifadə edirik.

Heydər Əliyevin böyüklüyü ondadır ki, bu böyük şəxsiyyət siyasi rəhbərliyi dövründə respublikamızı tarixin burulğanlarından, ağır sınaqlarından layiqincə çıxarıb, tənəzzüldən xilas edib. Ulu Öndərin Azərbaycana həm birinci, həm ikinci rəhbərliyi dövrünün reallıqları fonunda bunu aydın görmək mümkündür. Bu dövrlərdə ölkəmizin tarixində qürurdoğuran hadisələr baş verib. Heydər Əliyevin hər iki rəhbərliyi dövrü respublikamızda yüksəliş mərhələsi olmuşdur.

 Hələ sovet dövründə Heydər Əliyevin qətiyyəti, milli təəssübkeşliyi və prinsipiallığı nəticəsində Azərbaycan öz tarixinin ən qüdrətli mərhələsinə yüksəlmişdi. 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayan dahi şəxsiyyətin uğurlu fəaliyyətinin nəticəsi olaraq cəmi bir neçə il ərzində elə bir iqtisadi və sosial dəyişikliklər baş vermişdi ki, respublikamız öz göstəricilərinə görə müttəfiq respublikaların böyük əksəriyyətini geridə qoymuşdu. Azərbaycan sözün bütün mənalarında keçmiş ittifaq rəhbərliyini təəccübləndirmişdi. İnkişaf isə cəmiyyət həyatının bütün sahələrində - iqtisadiyyatda, qeyri-neft sektorunda, kənd təsərrüfatında, elm, təhsil və mədəniyyət sferalarında yaxından hiss olunurdu. Ən mühümü o idi ki, Azərbaycan yalnız keçmiş ittifaqda və sosialist düşərgəsində deyil, bütün dünyada yaxından tanınmağa başlamışdı.

Xüsusilə qeyd edilməlidir ki, bu yüksəliş fonunda Heydər Əliyev xalqımızın milli və mənəvi dəyərlərinin sovet ideologiyasının təsirlərinə məruz qalıb itməməsi üçün mühüm işlər görmüşdü. Azərbaycan tarixinin, milli mədəniyyətinin öyrənilməsi və təbliği işinin xüsusi diqqət mərkəzində saxlanılması, rəsmi ünsiyyətdə Azərbaycan dilinə üstünlük verilməsi, idarəçilikdə daha çox yerli kadrların önə çəkilməsi və sair bu kimi addımların atılması məhz bundan irəli gəlirdi. Əlbəttə, sovet rejiminin sərt ideoloji tələbləri qarşısında bütün bunları etmək böyük cəsarət  tələb edirdi. Bu baxımdan, həmin dövrdə Azərbaycan cəmiyyətində baş verən sürətli milli oyanış Heydər Əliyevin cəsarətinin, vətənpərvərliyinin nəticəsi idi.

Sovetlər dövründə olduğu kimi,  müstəqilliyimizin ilk illərində də Azərbaycanın böhrandan xilası Heydər Əliyevin sayəsində mümkün oldu. Bu dəfə Heydər Əliyev itirilmək təhlükəsi qarşısında olan müstəqilliyimizi xilas etdi, dövlətçiliyimizə qənim kəsilmiş xarici qüvvələrin planlarını puça çıxardı. Heydər Əliyev siyasi müdrikliyi və qətiyyəti ilə müstəqilliyimizin ilk illərində qarşılaşdığımız bütün ağır sınaqları böyük uzaqgörənlik və siyasi iradə ilə dəf etdi. Ulu Öndərin yaratdığı Azərbaycan Ordusu Ermənistanın artan hərbi hücumlarının qarşısını qətiyyətlə alaraq, cəbhə xəttində düşmənin hərbi birləşmələrini geri çəkilməyə məcbur etdi. Heydər Əliyev hüquqi dövlət quruculuğunu həyata keçirdi, dövlətçiliyimizin əsaslarını möhkəmləndirərək, Azərbaycanı inkişaf yoluna çıxardı. Məhz Heydər Əliyevin sayəsində tanınmış xarici neft şirkətləri Azərbaycanın neft sənayesinə sərmayə yatırdılar, respublikamız beynəlxalq birlikdə özünün layiqli yerini tutdu.

Müstəqil dövlətimizin bərqərar edilməsinin və müasir dövlətçiliyimizin ideoloji prinsiplərinin və konseptual əsaslarının müəyyən edilməsi məhz Heydər Əliyevin sayəsində mümkün oldu. Ümummilli Lider Azərbaycanda xalqımızı bir məfkurə əsasında birləşdirən milli dövlətçiliyi ideoloji konsepsiya olaraq formalaşdırdı və bununla da Azərbaycanın suverenliyinin və davamlı yüksəlişinin sarsılmaz təməllərini yaratdı. Ona görə xalqımızın XX əsrdə yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Heydər Əliyev siyasi irsi hər zaman öyrənilməli və təbliğ edilməli mükəmməl siyasət məktəbidir. 

Heydər Əliyev özünün ölməz ideyaları ilə xalqımızın qəlbində yaşayır. Onun siyasi kursu dövlətçilik fəlsəfəsinin davamlılığını təmin edən strateji yoldur. Bu yolun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin və dövrün çağırışlarına uyğun olaraq daha da zənginləşdirilməsinin nəticəsi olaraq Azəbaycan dövləti nümunəyə və milli modelə çevrilən inkişafa nail olub.

Azərbaycanın ötən 22 illik tarixi çox möhtəşəm uğurlar və hadisələrlə zəngindir. Hansı ki, bu uğurların hər biri ölkəmizin nüfuzunu artırıb, onu regionda və dünyada söz sahibinə çevirib. Bu dövrdə cənab İlham Əliyevin liderliyi ilə Heydər Əliyevin müəyyən etdiyi enerji siyasəti dinamizmlə davam etdirilib, Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Cənub qaz dəhlizi" çəkilib. Müdrik enerji diplomatiyasının nəticəsidir ki, bu gün Azərbaycan yalnız regionda deyil, daha uzaq coğrafiyalarda söz sahibi və etibarlı strateji tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin dekabrın 8-9-da Slovkiyaya rəsmi səfəri bunu bir daha təsdiq etdi. 

Prezident İlham Əliyev həm də Orta dəhlizin inkişafında mühüm rol oynayan və əsas bağlayıcı seqment olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşa edilməsinin təşəbbüskarı və müəllifidir. Hazırkı geosiyasi və geoiqtisadi mənzərə Prezident İlham Əliyevin illər öncə bu nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı nə qədər uzaqgörən siyasət yürütdüyünü göstərir.

Heydər Əliyev siyasi yolunun layiqli davamının ən böyük hadisəsi torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpasıdır. Prezident İlham Əliyev respublikamıza rəhbərliyinin ilk günündən torpaqlarımızın işğaldan azad olunmasını öz fəaliyyətinin prioritetlərindən biri elan etdi və bu istiqamətdə qətiyyətli, milli maraqlarımızı inamla təmin edən siyasət yürütdü. Bu siyasətin nəticəsi olaraq 2020-ci ilin Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi. 2023-cü ilin sentyabrında Azərbaycan dövlətinin konstitusion hüquqları Qarabağda bərpa olundu. Bu tarixi hadisələr bir daha Heydər Əliyev siyasətinin təntənəsinə çevrildi.

2003-cü ildə xalqa müraciətində Heydər Əliyev demişdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".  

Azərbaycanın ötən 22 ildə qazandığı bütün uğurlar, xüsusən torpaqlarımızın işlağdan azad edilməsi Ulu Öndər Heydər Əliyevin inamında nə qədər haqlı və müdrik olduğunu göstərir. Uğurlarımız isə davamlıdır və cənab Prezident İlham Əliyevin liderliyi ilə bundan sonra tariximizin şərəfli səhifələri yazılacaq.


Müşfiq MƏMMƏDLİ, 

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!