13 İyul 2026 13:23
530
İQTİSADİYYAT
A- A+
Ümumdünya Gömrük Təşkilatının Baş katibi Azərbaycanda səfərdədir

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Azərbaycanda səfərdədir

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Ian Saunders Azərbaycana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Baş katib əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi anılıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Səfər çərçivəsində Dövlət Gömrük Komitəsində Ian Saunders ilə keçirilən görüşdə ÜGT ilə Azərbaycan gömrük xidməti arasında uzunmüddətli və səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub, əlaqələrin daha da genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Baş katibə son illər Azərbaycan gömrük xidmətində həyata keçirilən rəqəmsal transformasiya, süni intellekt əsaslı həllər, innovativ layihələr və müasir idarəetmə yanaşmaları barədə təqdimatlar əsasında ətraflı məlumat verilib.

Daha sonra Ian Saunders Dövlət Gömrük Komitəsinin Hədəf Mərkəzinin fəaliyyəti və Gömrük Tarixi Muzeyi ilə tanış olub.

ÜGT-nin Baş katibi, həmçinin Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə görüşüb. O, gömrük işinin inkişafı istiqamətində tətbiq olunan yeni yanaşmalar, müasir çağırışlar, eləcə də Ümumdünya Gömrük Təşkilatının bu sahədə həyata keçirdiyi fəaliyyət və qarşıya qoyduğu hədəflər barədə fikirlərini bölüşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müttəfiqliyin yeni zirvəsi

08:15
25 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm geoiqtisadi körpü yaradır

08:10
25 Avqust

Tərəfdaşlıqdan "Əbədi dostluğ"a

08:05
25 Avqust

Əbədi dostluq, sarsılmaz qardaşlıq, çoxsahəli tərəfdaşlıq

08:00
25 Avqust

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!  

00:57
25 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb  VİDEO  

23:18
24 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

21:44
24 Avqust

Dünya okeanlarında temperatur rekord həddə çatıb

21:09
24 Avqust

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub 

20:40
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

19:57
24 Avqust

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

18:51
24 Avqust

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:07
24 Avqust

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

18:01
24 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

17:54
24 Avqust

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək  

17:46
24 Avqust

DSMF Tovuzda ictimai dinləmə təşkil edib

17:17
24 Avqust

“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq  

17:15
24 Avqust

Özbəkistanlı deputat : Azərbaycanla münasibətlərimiz konkret imkanlar diplomatiyasına keçid edir

17:13
24 Avqust

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

16:53
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar

16:49
24 Avqust

Buxara şəhərində “Ark” qalası ilə tanışlıq

16:41
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!