Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vətənin nəbzi ilə döyünən ürək” adlı tədbir keçirilib
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçi və benefisiarlarının ifasında Ümummilli Liderə həsr olunmuş kompozisiyalar təqdim edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vətənin nəbzi ilə döyünən ürək” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Xalq rəssamı, akademik Ömər Eldarov, hökumət qurumlarının nümayəndələri, Milli Məclisin üzvləri və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbir iştirakçıları “Heydər Əliyev İli” çərçivəsində mərkəzin təlimçiləri və benefisiarlarının hazırladığı əl işlərindən ibarət sərgi, habelə mərkəzdə yaradılmış şəraitlə, peşə-yaradıcılıq otaq və studiyaları ilə tanış olublar.
Tədbirin açılışında çıxış edən Ö.Eldarov Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vətənin nəbzi ilə döyünən ürək” adlı tədbirdə iştirak etdiyinə görə məmnunluğunu ifadə edib və mərkəzdə əlilliyi olan şəxslərin və digər həssas qrupların bacarıqlarının inkişaf etdirilməsi üçün görülən işlərin əhəmiyyətini vurğulayıb.
S.Babayev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin sosial inkişaf strategiyasının nailiyyətlərini, həmin strategiyanın Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi nəticəsində sosial sahədə əldə olunan mühüm uğurları diqqətə çatdırıb.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən şəhid ailələrinə, əlilliyi olanlara, digər həssas qruplara, onların qabiliyyət və istedadlarının inkişafına daim xüsusi qayğı göstərilib. 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də Ulu Öndər Heydər Əliyevin həssas qrupların yaradıcı potensialının inkişafına böyük qayğısının uğurla davam etdirildiyini təcəssüm etdirir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəzdə həssas qrupların istedad və bacarıqlarının inkişaf etdirilməsi, sosial inteqrasiyası məqsədilə aparılan işlər qeyd edilib.
Sonra DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçi və benefisiarlarının ifasında bədii-musiqili hissə təqdim olunub. Mərkəzin zərb alətləri üzrə təlimçisi, “Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov, tar ifaçılığı üzrə təlimçi, Əməkdar artist Şəhriyar İmanov, kamança ifaçılığı üzrə təlimçi Elnur Mikayılov, piano ifaçılığı üzrə təlimçi Naibə Şahməmmədova, mərkəzin İnklüziv Kamera Orkestri (bədii rəhbər və dirijor, professor Məleykə Əhədzadə) və benefisiarları ilə birgə çıxış ediblər.
Həmçinin Azərbaycan Dövlət Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin solisti Mirələm Mirələmov, VII Muğam Televiziya Müsabiqəsinin xüsusi mükafatçısı Suma Tapdıqova, gənc ifaçıların 4-cü Respublika müsabiqəsində 1-ci yeri tutmuş Səməd Novruzov və başqaları benefisiarlarla eyni səhnəni bölüşüblər. Konsert proqramında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kompozisiyalar təqdim edilib, həyatının müxtəlif məqamlarını əks etdirən videomateriallar nümayiş olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Iyul
İstanbulda PKK-nın 13 tərəfdarı saxlanılıb
27 Iyul
İranın yeni seçilən prezidenti sabah and içəcək
27 Iyul
Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb
27 Iyul
Viktor Orban: Avropa sülh siyasətini qəbul etməlidir
27 Iyul
Olimpiadada jurnalistləri daşıyan avtobus qəzaya düşüb
27 Iyul
AKAF-ın baş katibi: Parisdə yaxşı nəticə göstərəcəyimizə inanıram
27 Iyul
Paris-2024-də ilk medalçılar bəlli olub
27 Iyul
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
Rəssam dronun ilk əsəri nümayiş olunub
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!