13 Aprel 2024 16:12
478
DÜNYA
A- A+

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: Şərq cəbhəsində vəziyyət daha da gərginləşib

 

“Son günlər şərq cəbhəsində vəziyyət daha da gərginləşib. İşğalçılar hücumlarını gücləndirib və hücumlar üçün texnikadan istifadə edirlər”.

AZƏRTAC xəbər verir ki, bu barədə cəbhə bölgəsinə növbəti səfərindən sonra Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski teleqram kanalında yazıb.

Baş komandan qeyd edib ki, Rusiyada keçirilən prezident seçkilərindən sonra qarşı tərəfin hücum hərəkətləri daha da güclənib.

“Düşmən Liman və Baxmut istiqamətində bizim mövqelərimizə zirehli texnikanın dəstəyilə hücum qrupları ilə aktiv şəkildə hücum edir”, - deyə Sirski bildirib.

Onun sözlərinə görə, quru hava cəbhədə zirehli texnikanın istifadəsinə şərait yaradır. Hava şəraiti açıq ərazilərin əksəriyyətini tanklar üçün əlçatan edib.

“Əhəmiyyətli itkilərə baxmayaraq, düşmən zirehli texnikalarda yeni birləşmələrdən istifadə etməklə səylərini artırır və bunun sayəsində vaxtaşırı taktiki uğur qazanır”, - deyə Baş Komandan vurğulayıb.

Sırski döyüş bölgəsinə gedib və müdafiənin ən problemli sahələrinin elektron müharibə, hava hücumundan müdafiə vasitələri ilə gücləndirilməsinə yönəlmiş qərarlar qəbul edilib. Bütün növ pilotsuz uçan aparatların və tank əleyhinə raketlərin ehtiyatları da artırılıb, əlavə qüvvə və vasitələrin ehtiyatı köçürülüb.

Baş komandan qeyd edib ki, yüksək texnologiyalı silahlarda düşmən üzərində texniki üstünlüyə nail olmaq məsələsi yenidən gündəmə gəlib.

“İkinci ciddi problem hərbi personalın, ilk növbədə piyada birləşmələrinin təlim keyfiyyətinin yaxşılaşdırılmasıdır ki, onlar hərbi texnikanın və Qərb silahlarının bütün imkanlarından maksimum istifadə edə bilsinlər”, - deyə o əlavə edib.

Bu problemlərin həlli Quru Qoşunlarının komandanlığına həvalə edilib.

Səfər zamanı Sırski əsgərlərə mükafatlar da təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video