Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcunun rəhbərlik etdiyi nümayəndə heyəti Xocalı və Xankəndiyə səfər edib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, türkiyəli qonaqlar əvvəlcə Xocalı rayonunda olub, burada aparılan tikinti-quruculuq işləri ilə maraqlanıblar. Onlara Xocalıda aparılan işlər barədə geniş məlumat verilib.
Nümayəndə heyəti sonra Xankəndidə Qarabağ Universitetində olub, Zəfər meydanında aparılan tikinti-quruculuq işləri, yeni layihələrlə maraqlanıblar. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qonaqlara bildirib ki, Xankəndi şəhəri işğaldan azad olunduqdan dərhal sonra burada geniş tikinti-quruculuq işlərinə start verilib.
Nazir müavini Mustafa Tuzcu deyib ki, Türkiyə işğaldan azad olunan torpaqların bərpasında iştirak edəcək. “Bizim şirkətlərimizin Qarabağa verəcəyi dəstək təkcə ticari-iqtisadi fəaliyyətlərdən ibarət deyil, bu, bizim üçün həm də bir məsuliyyətdir. Biz qardaş dövlət və millət olaraq əlimizdən gələni edəcəyik”, - deyə o bildirib.
Gənclər kitabxanası “Ədəbiyyatımızın Mir Cəlal zirvəsi” adlı elektron məlumat bazasını istifadəçilərə təqdim edib
DİN-dən kibertalamalarla bağlı çağırış: Şübhələndiyiniz ilk anda zəngi sonlandırın
Dünya bazarında qızıl 46 dollaradək ucuzlaşıb
“Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda ictimai müzakirə keçirilib
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb
Azərbaycan nefti bahalaşıb
İran dövlət televiziyasının Birinci Kanalının əməkdaşları həbs edilib
Tailandda polis təyyarəsinin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə edilib
Almaniya hökuməti bu il də iqtisadi artım gözləmir
ABŞ Prezidenti: Həm Rusiya, həm də Ukrayna münaqişəyə son qoymaq istəyir
Hakan Fidan: Ankara ilə Türk dövlətləri arasında münasibətlərə zərbə vurmaq cəhdləri uğursuzluğa məhkumdur
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib
Qazaxıstan Prezidenti İstanbulda baş verən zəlzələ ilə bağlı Türkiyə liderinə dəstəyini ifadə edib
Tramp: Növbəti bir neçə gün Ukrayna danışıqları üçün çox vacib olacaq
Vladimir Fekete: Papa Fransisk bütün dini liderlər üçün əsl nümunədir
Danışıqlar da, savaş da davam edir
Azərbaycanın ilk pediatrının həyatından bəhs edən videoçarx hazırlanıb
Keşməkeşlər içində keçən ömür...
"Onları əzin!"
Cəfəng "böyük Ermənistan" xülyası real Ermənistanı məhvə aparır
Dəmir iradənin qüdrəti22 Aprel 2025
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib21 Aprel 2025
335 körpü, 45 tunel, 163 yerüstü və yeraltı keçid, 21 min kilometr yol20 Aprel 2025
İlham Əliyevin bir tələbi ilə...19 Aprel 2025
Azərbaycan Gürcüstanın əsas enerji təminatçısı, Gürcüstan Azərbaycanın Avropaya açılan qapısıdır18 Aprel 2025
Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir17 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!