07 İyul 2026 09:13
229
SİYASƏT
A- A+
Türkiyəli ekspert: "Dünyada artan münaqişələr fonunda Azərbaycanın sabitliyi və təhlükəsizliyi güclü dövlətçilik modelinin təzahürüdür"

Türkiyəli ekspert: "Dünyada artan münaqişələr fonunda Azərbaycanın sabitliyi və təhlükəsizliyi güclü dövlətçilik modelinin təzahürüdür"


"Dünyanın müxtəlif regionlarında müharibələrin, silahlı münaqişələrin, geosiyasi qarşıdurmaların və təhlükəsizlik risklərinin artdığı, beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənliyin dərinləşdiyi bir dövrdə Azərbaycanın sabitlik və təhlükəsizliyi yüksək səviyyədə təmin etməsi ölkənin güclü dövlətçilik ənənələrinin, düşünülmüş idarəetmə modelinin və milli maraqlara əsaslanan siyasətinin uğurlu nəticəsidir".

Bu fikirləri Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri, türkiyəli siyasi ekspert Bilal Dündar AZƏRTAC-a açıqlamasında deyib.

Bilal Dündar qeyd edib ki, son illər dünyanın müxtəlif bölgələrində baş verən müharibələr, terror aktları, humanitar böhranlar, qanunsuz miqrasiya axınları, enerji təhlükəsizliyi problemləri və iqtisadi qeyri-sabitlik dövlətlərin milli təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirməsinə səbəb olub. Onun sözlərinə görə, belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın sabit və təhlükəsiz ölkə kimi mövqeyini qoruyub saxlaması xüsusi diqqət çəkən məqamlardandır: "Təhlükəsizlik anlayışı müasir dövrdə yalnız hərbi güclə məhdudlaşmır. Siyasi sabitlik, iqtisadi dayanıqlılıq, sosial rifah, milli birlik, effektiv dövlət idarəçiliyi, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi və ictimai asayiş bütöv təhlükəsizlik sisteminin əsas elementləridir. Azərbaycan bu istiqamətlərin hər biri üzrə ardıcıl siyasət həyata keçirərək mühüm nəticələr əldə edib. Ölkədə hüquq-mühafizə orqanlarının və digər dövlət institutlarının koordinasiyalı fəaliyyəti, ictimai təhlükəsizliyin etibarlı qorunması və qanunun aliliyinin təmin olunması vətəndaşların dövlətə inamını daha da möhkəmləndirib. Bu isə öz növbəsində cəmiyyətin sabit inkişafına və milli həmrəyliyin güclənməsinə xidmət edir".

Türkiyəli ekspert vurğulayıb ki, Azərbaycanın suverenliyinin tam təmin olunmasından sonra ölkənin təhlükəsizlik sistemi daha da möhkəmlənib. Dövlət idarəçiliyinin bütün ölkə ərazisində vahid prinsiplər əsasında həyata keçirilməsi, sərhədlərin etibarlı mühafizəsi və qanunvericiliyin tam tətbiqi uzunmüddətli sabitlik üçün mühüm zəmin formalaşdırıb.

Onun fikrincə, Azərbaycanın əldə etdiyi sabitlik iqtisadi inkişafın da əsas təminatlarından biridir. Ölkədə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, sənayenin inkişafı, rəqəmsal transformasiya, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi təhlükəsiz və proqnozlaşdırılan mühit sayəsində uğurla reallaşdırılır.

Bilal Dündar bildirib ki, Azərbaycan bu gün Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Orta dəhlizin inkişafı, beynəlxalq yükdaşımaların artması, enerji marşrutlarının təhlükəsiz fəaliyyəti və regionlararası iqtisadi əməkdaşlığın genişlənməsi ölkənin sabitliyinin beynəlxalq əhəmiyyətini daha da artırır.

Ekspert qeyd edib ki, xarici investorların Azərbaycana olan etimadının əsas səbəblərindən biri ölkədə hökm sürən sabitlik və təhlükəsizlik mühitidir. İnvestisiya layihələrinin etibarlı şəkildə həyata keçirilməsi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və müasir hüquqi bazanın mövcudluğu Azərbaycanın iqtisadi cəlbediciliyini artıran əsas amillərdəndir.

O vurğulayıb ki, Azərbaycan beynəlxalq münasibətlərdə balanslaşdırılmış və praqmatik siyasət həyata keçirən, sülhü və dialoqu təşviq edən dövlətdir. Rəsmi Bakının regional əməkdaşlığa verdiyi önəm Cənubi Qafqazda etimad mühitinin möhkəmlənməsinə və yeni iqtisadi imkanların yaranmasına xidmət edir.

Bilal Dündar bildirib ki, Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji müttəfiqlik münasibətləri də regionun təhlükəsizlik arxitekturasının mühüm sütunlarından biridir. Müdafiə sənayesi, hərbi əməkdaşlıq, enerji, nəqliyyat, ticarət və humanitar sahələrdə həyata keçirilən birgə layihələr iki qardaş ölkənin gücünü artırmaqla yanaşı, regional sabitliyə də mühüm töhfə verir.

Ekspert əlavə edib ki, beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə təşkili ölkənin təhlükəsizlik sisteminin səmərəliliyini nümayiş etdirir. Dünyanın müxtəlif ölkələrindən gələn dövlət rəsmilərinin, iş adamlarının və beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycana inamla səfər etməsi ölkənin beynəlxalq nüfuzunun göstəricilərindən biridir.

Bilal Dündar qeyd edib ki, Azərbaycan multikultural dəyərlərin qorunmasına, dini və etnik tolerantlığın inkişafına xüsusi önəm verir. Fərqli mədəniyyətlərin və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşaması da ölkədə sabitliyin möhkəmlənməsinə xidmət edən mühüm amillərdəndir.

Onun sözlərinə görə, milli həmrəylik və vətəndaşların dövlət ətrafında sıx birləşməsi Azərbaycanın ən böyük üstünlüklərindən biridir. Bu birlik ölkənin istənilən daxili və xarici çağırışlara qarşı dayanıqlılığını artırır və inkişaf strategiyasının uğurla həyata keçirilməsini təmin edir.

Türkiyəli siyasi ekspert vurğulayıb ki, qlobal təhlükəsizlik sistemində ciddi dəyişikliklərin baş verdiyi indiki mərhələdə Azərbaycan öz sabitliyi, təhlükəsizliyi və inkişaf modeli ilə fərqlənən dövlətlər sırasında yer alır. Onun fikrincə, bu model milli maraqlara söykənən siyasətin, güclü dövlət institutlarının, peşəkar idarəetmənin və xalq-dövlət birliyinin məntiqi nəticəsidir.

Bilal Dündar əminliyini ifadə edib ki, Azərbaycanın həyata keçirdiyi ardıcıl dövlət siyasəti bundan sonra da ölkədə sabitliyin və təhlükəsizliyin etibarlı şəkildə qorunmasına, iqtisadi inkişafın sürətlənməsinə, beynəlxalq nüfuzun daha da artmasına və Cənubi Qafqazda sülhün, əməkdaşlığın və rifahın möhkəmlənməsinə mühüm töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

4SİM-in proqramı çərçivəsində 80 prioritet texnoloji həll seçilib

20:06
07 İyul

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

20:03
07 İyul

Azərbaycan və Zimbabve siyasi dialoq və parlamentlərarası əməkdaşlığı genişləndirmək niyyətindədir

19:47
07 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:43
07 İyul

Azərbaycan-ABŞ strateji tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub

19:35
07 İyul

Milli Məclisin komitəsində sığorta, innovasiya və rəqəmsal iqtisadiyyatla bağlı dəyişikliklərə baxılıb

19:10
07 İyul

İlyas Demirci: Qarabağdakı şəhərsalma təcrübəsi Türk dünyası üçün istinad mənbəyi olacaq 

19:05
07 İyul

Avropadakı qaz anbarlarının doluluq nisbəti ötənilki göstəricidən 8,3 faiz azdır

19:00
07 İyul

Daha 30 ukraynalı uşaq reabilitasiya məqsədilə ölkəmizə gətirilib

18:55
07 İyul

Donald Tramp Rusiya və Ukrayna prezidentlərinin razılıq əldə etmək istədiklərini açıqlayıb

18:50
07 İyul

Gənclər Kitabxanasında “Türk Dünyası Həftəsi” adlı elektron resurs bazası istifadəçilərin ixtiyarına verilib

18:47
07 İyul

İsrailli politoloq: Prezident İlham Əliyev cavabdehlik daşıyan siyasətçi imici formalaşdırmağa nail olub

18:44
07 İyul

Özbəkistanlı ekspert:Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqazın daha sıx inteqrasiyasına şərait yaradır

17:49
07 İyul

Dövlət İdarəçilik Akademiyasında “Məzun günü” qeyd olunub

17:45
07 İyul

Daha iki qanun layihəsi parlamentin iclasına tövsiyə edilib

17:44
07 İyul

Sinqapurun xarici işlər naziri Azərbaycanın azad edilmiş ərazilərindəki bərpa işləri barədə məlumatlandırılıb

17:03
07 İyul

Bu il 19 nəfər sudaboğulma təhlükəsindən xilas edilib

16:59
07 İyul

Ankarada Ərdoğanla Tramp arasında görüş keçirilir

16:59
07 İyul

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

16:56
07 İyul

Valideyn himayəsindən məhrum uşaqlar üçün “Karyera düşərgəsi”nə start verilib

16:53
07 İyul

Ərdoğan-Tramp görüşündə hansı məsələlər müzakirə olunacaq?

16:51
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!